"Uşağı tərəf seçməyə məcbur etməyin" - Psixoloq boşanmanın təsirindən danışdı

"Uşağı tərəf seçməyə məcbur etməyin" - Psixoloq boşanmanın təsirindən danışdıAilə cəmiyyətin təməl sütunlarından biri hesab olunsa da, son illərdə boşanmaların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Tərəflər üçün olduqca çətin və emosional baxımdan yüklü qərar olan ayrılıq prosesi təkcə həyat yoldaşlarının həyatına təsir göstərmir. Bu prosesdən ən çox təsirlənən tərəf isə uşaqlar olur. Mütəxəssislər bildirirlər ki, boşanmanın özü qədər, valideynlərin bu prosesi necə idarə etməsi, uşaqlarla necə ünsiyyət qurması və onların emosional ehtiyaclarına nə dərəcədə həssas yanaşması da uşağın gələcək psixoloji vəziyyətinin formalaşmasında mühüm rol oynayır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk iki ayında ölkədə 3376 boşanma və 5250 nikah qeydə alınıb. Ötən il isə ümumilikdə 48 min 546 nikah bağlanıb, 20 min 675 boşanma rəsmiləşdirilib. Rəqəmlər ailə institutunun qarşılaşdığı problemlərin getdikcə aktuallaşdığını göstərir.

Bəs görəsən, boşanma ərəfəsini necə idarə etmək lazımdır? Uşaqların bu prosesdən təsirlənməsini minimuma endirmək mümkündürmü?

Psixoloq Nicat Qurbanov məsələ ilə bağlı Lent.az-ın suallarını cavablandırıb.

- Valideynlərin boşanması uşaqlara ən çox hansı yaş dövründə təsir edir?

- Boşanma həm valideynlər həm də uşaqlar üçün çətin və emosional bir prosesdir. Boşanmalarda ən çox təsirlənən heç şübhəsiz uşaqlardır. Boşanma uşağın yaşından aslı olmayaraq müəyyən təsirləri olur. Lakin məktəbə qədər yaş dövrü və yeniyetməlik mərhələsi xüsusilə həsas olur.

Kiçik yaşlı uşaqlar baş verənləri tam anlaya bilmədikləri üçün özlərini günahlandır bilərlər, yeniyetmələr isə qəzəb və davranış problemləri göstərə bilərlər. Bununla belə uşağın psixoloji vəziyyətini müəyyən edən əsas amil valideynlərin boşanmanı necə idarə etməsidir.

- Bəs boşanma uşaqların cinsinə görə fərqli təsir edə bilərmi? Qız və oğlan uşaqlarında bu hadisəyə reaksiya necə dəyişir?

- Bəli, araşdırmalar göstərir ki, boşanma prosesi sağlam şəkildə həll edilmədikdə qız uşaqları həyatlarında daha çox münasibət problemləri ilə oğan uşaqlar isə davranış problemləri ilə qarşılaşırlar, emosiyalarını dava-dalaş vasitəsilə ifadə edirlər.

- Boşanmalarda uşaqların travma yaşamaması üçün nə etmək lazımdır?

- Uşaqlar üçün ən böyük risk valideynlərin ayrılması deyil, ayrılıq prosesində davam edən konfliktlərdir. Valideynlər uşağı tərəf seçməyə məcbur etməməli, bir-birlərini onun yanında pisləməməli və yaşına uyğun şəkildə vəziyyəti izah etməlidirlər. Uşaq bilməlidir ki, valideynlər həyat yoldaşı kimi ayrılırlar, amma valideyn olaraq onun yanında qalmağa davam edəcəklər. Təhlükəsizlik hissinin və gündəlik rutinlərin qorunması uşağın adaptasiyasını asanlaşdırır.

- Münasibətlərin bitmə səbəbi adətən nə olur?

- Münasibətlər adətən bir hadisəyə görə deyil, zamanla yığılan və həll olunmayan problemlər səbəbindən sona çatır. Həm yerli, həm də qlobal araşdırmalara görə, münasibətlərin bitməsinin ən çox rast gəlinən səbəblər arasında ünsiyyət çatışmazlığı, uzunmüddətli konfliklər, xəyanət, maliyyə çətinlikləri yer alır.

- Cütlük seanaları boşanmaların qarşısını ala bilirmi?

- Bəli, böyük ölçüdə ala bilir, lakin müəyyən şərtlərlə. Cütlük terapiyası seansları sehrli bir çubuq deyil, bir vasitədir. Terapevt cütlüyü barışdırmağa məcbur etmir onlara problemləri kor nöqtələrdən çıxarıb sağlam şəkildə həll etməyi öyrədir. Əgər hər iki tərəf münasibəti xilas etmək üçün istəklidirsə və problemlər xroniki çevrilməyibsə, cütlük seansları boşanma riskini kəskin azaldır. Lakin terapiyanın məqsədi hər vəziyyətdə boşanmanın qarşısını almaq deyil. Bəzən terapiya münasibəti bərpa etməyə, bəzən isə tərəflərin daha sağlam və hörmətli şəkildə ayrılmasına dəstək olur.

Yazı Medianın İnkişafı Agentliyinin "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 588   Tarix: 12 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

22:15 1
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

16:13 193
.

Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır

20:00 120
.

ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər

14:59 202
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa bölgəsinin Soma rayonunda yerləşən mədənlərdən birində uçqun baş verib. xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, uçqun altında qaldığı ehtimal edilən yeddi işçidən ikisi xilas edilib. Beş nəfərin dağıntılar altında qaldığı bildirilir

21:30 44
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

11:55 323
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

12:30 251
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

19:30 147
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

21:00 84
.