Hakerlər süni intellekt müdafiəsi əleyhinə nüvə silahının hazırlanmasına dair sorğulardan istifadə edirlər
"Socket" şirkətinin kibertəhlükəsizlik sahəsindəki tədqiqatçıları proqram təminatı təchizat zənciri vasitəsilə hücumlar üçün nəzərdə tutulmuş yeni "Hades" zərərli proqram təminatını aşkar ediblər.
"Report" xəbər verir ki, bu barədə "Tom's Hardware" portalı məlumat yayıb.
"Hades"in xüsusiyyəti süni intellekt təhlil sistemlərini aşmaq üçün qeyri-standart mexanizmdən istifadə etməsidir. "JavaScript" fayllarında mütəxəssislər süni intellekt analizatorlarına ünvanlanmış təlimatları olan şərhlər tapıblar. Onların içində nüvə və bioloji silahların yaradılması ilə bağlı təxribat xarakterli sorğular var idi, bu səbəbdən də bəzi modellər zərərli kodun təhlilinə çatmamış faylın emalını dayandırırdı.
Tədqiqatçıların məlumatına görə, fayllardan biri "Anthropic"in "Claude" çat-botu tərəfindən yoxlanılarkən, analiz doğrudan da modelin təhlükəsizlik sistemi tərəfindən dayandırılıb.
Bununla belə, ənənəvi kibermüdafiə metodları "Hades"i uğurla aşkarlamağa davam edir. Xüsusilə, söhbət siqnatur analizindən, mənbə kodunun öyrənilməsindən, şübhəli fraqmentlərin axtarışından və nümunələrin təcrid olunmuş mühitdə işə salınmasından gedir.
Ekspertlər qeyd edirlər ki, zərərli proqram təminatının müəllifləri digər üsullarla da gizlənirlər. Zərərli yük "Python" skriptləri və ayrı-ayrı binar fayllar arasında bölünə bilər, bəzi komponentlər isə yalnız kod hədəf layihədə icra olunduqda aktivləşir.
"Hades"in əsas məqsədi tərtibat mühitinin təhlükəsizliyini pozmaqdır. Zərərli proqram "npm", "PyPI", "RubyGems", "JFrog", "Kubernetes" və AWS daxil olmaqla xidmətlərin və alətlərin uçot məlumatlarını və tokenlərini oğurlayır. SSH açarları, "Docker" konfiqurasiyaları, .ENV faylları, terminal komandalarının tarixçəsi və süni intellekt alətlərinin parametrləri də təhlükə altındadır.
"Socket"in məlumatına görə, hazırda yoluxma 37 "Python" paketində və 106 "JavaScript" paketində aşkarlanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 543 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSiyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"
"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentd
12:39 597 Bu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
14:28 283 Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır
Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild
12:30 251 Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab
Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl
21:00 84 Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi
Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma
21:15 67 Sabah bu ərazilərdə su olmayacaq
Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır
14:24 267 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
15:23 250 Mağazaya süd almağa getdi, milyonçu oldu
Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo
18:15 171 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo
16:13 193