Lukaşenko: Yaxın Şərq və Ukraynadakı müharibələri bu il bitirmək mümkündür

Lukaşenko: Yaxın Şərq və Ukraynadakı müharibələri bu il bitirmək mümkündürBelarus Prezidenti Aleksandr Lukaşenko Rusiya-Ukrayna münaqişəsinin və Yaxın Şərqdəki gərginliyin bu il həll edilə biləcəyinə əmin olduğunu bildirib.

"Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus lideri Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına müsahibəsində bildirib.

"O ki qaldı bu müharibələri ümumiyyətlə dayandırmağın mümkün olub-olmaması məsələsinə, xüsusən də burada, bizim regionumuzda, eləcə də sizin fəaliyyət göstərdiyiniz regionda - Yaxın Şərqdə, bizdə bu müharibələri dayandırmaq üçün indi əvvəlkindən daha böyük imkan var", - o bildirib.

Lukaşenko hesab edir ki, bütün bu münaqişələrin həlli "sözün əsl mənasında bir neçə nəfərin istəyindən asılıdır".

"Əgər belə bir istək olarsa, bu müharibələri bu il dəqiq bitirmək olar. Hətta Rusiya və Ukrayna münaqişəsini də bu il bitirmək mümkündür", - o deyib.

Yaxın Şərqdəki vəziyyətdən danışan Lukaşenko qeyd edib ki, o, hərbi əməliyyatların dayandırılmasından başqa çıxış yolu görmür.

"Və o, bu il dayandırılacaq. Ümid edirəm ki, yaxın vaxtlarda. İlk növbədə, ABŞ ilə İran arasında. Ancaq mən hesab etmirəm ki, bu, amerikalılarla iranlılar arasında müharibədir. Bu, ilk növbədə İsrail və İran arasındadır", - o bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 635   Tarix: 14 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"

"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentd

12:39 597
.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

14:28 283
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

12:30 251
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

21:00 84
.

Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi

Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma

21:15 67
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

14:24 267
.

Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində

15:23 250
.

Mağazaya süd almağa getdi, milyonçu oldu

Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo

18:15 171
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

16:13 193
.