ABŞ-dən UNO-lar haqqında yeni açıqlama: Məxfi fayllar ictimaiyyətə təqdim edildi
Pentaqon naməlum uçan obyektlərin (UNO) uçuşları barədə əvvəllər məxfi saxlanılan sənədlərin üçüncü hissəsini dərc edib.
Oxu.Az "RBC"yə istinadən xəbər verir ki, fayllar Pentaqonun "naməlum anomal hadisələr"ə həsr olunmuş xüsusi veb-səhifəsində yerləşdirilib.
Pentaqon ümumilikdə "naməlum anomal hadisələr" adı altında 72 fayl dərc edib. Bu fayllarda şahid ifadələri, kadrlar və rəsmlər yer alır.
Məsələn, dərc olunmuş fayllar arasında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 1955-ci ilin noyabrına aid olan və "uçan boşqablar"ın Budapeşt ilə Moskva arasında mümkün hərəkəti barədə məruzəsi var. Sənəd əslən Macarıstandan olan ABŞ vətəndaşının ifadələrinə əsaslanır. Məruzədə qeyd olunur ki, həmin şəxs Budapeştdəki bacısı qızından səmada sürətlə uçan UNO-lar haqqında bəhs edən məktub alıb.
"Uçan boşqablar" (raketlər) adlandırılan obyektlər bir neçə həftə ərzində insanları gərginlikdə saxlayıb. "Bu çox sürətli uçan obyektlər elmi dairələri ciddi şəkildə məşğul edib. Əminəm ki, qəzetlərdən artıq oxumusunuz: bu obyektlərin sürəti saatda 12 000 km kimi qiymətləndirilirdi", - deyə məruzədə bildirilir. Məlumata obyektlərin düzülüşünü və Moskva ilə Budapeşt arasındakı ehtimal olunan hərəkət istiqamətini göstərən rəsm də əlavə edilib.
Həmçinin fayllardan birində 2025-ci ilin iyuluna aid olan və öz arxa həyətlərinin ortasında parlaq işıq görən iki şahidlə müsahibə yer alıb. Bununla belə, onların adları və yaşayış yerləri açıqlanmır. Hesabata görə, şahidlərdən biri "heç vaxt bu qədər qırmızı bir şey görmədiyini" bəyan edib.
Materialda qeyd olunur ki, diametri təxminən bir metr olan qırmızı sferanın mərkəzində basketbol topu ölçüsündə "ağ plazma günəşi" olub. Sonradan şahidlər birinci ilə əlaqəli olduğu anlaşılan ikinci şar da görüblər.
Müsahibədə digər naməlum sferalar barədə məlumatlara da toxunulub. FTB-nin hesabatında deyilir: "Bu müşahidə az məskunlaşmış və yaxşı tanınan bir rayonda, "Üçbucaqlı sferalar", "Fırlanan qırmızı sferalar" və "Göl üzərindəki sferalar"ın təkrarlandığı yerlərdən 25 mil (40 km) radiusda baş verib".
Xatırladaq ki, Pentaqon UNO-lar barədə sənədləri ilk dəfə mayın 8-də dərc etmişdi. Sənədlərin ikinci hissəsi isə mayın 22-də işıq üzü görmüşdü.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 544 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSiyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"
"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentd
12:39 597 Bu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
14:28 283 Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır
Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild
12:30 251 Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab
Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl
21:00 84 Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi
Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma
21:15 67 Sabah bu ərazilərdə su olmayacaq
Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır
14:24 267 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
15:23 250 Mağazaya süd almağa getdi, milyonçu oldu
Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo
18:15 171 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo
16:13 193