"Bu gün "Qurtuluşdan Suverenliyə" ifadəsi sadəcə siyasi şüar deyil, tarixi reallıqdır" - BƏHRUZ QULİYEV

"Bu gün "Qurtuluşdan Suverenliyə" ifadəsi sadəcə siyasi şüar deyil, tarixi reallıqdır" - BƏHRUZ QULİYEV"15 İyun Azərbaycan xalqının taleyində sadəcə təqvim günü deyil, dövlətçiliyimizin xilası, milli birliyin bərpası və müasir Azərbaycanın təməlinin qoyulduğu tarixi dönüş nöqtəsidir. 1992-1993-cü illərdə ölkədə hökm sürən siyasi xaos, idarəçilik böhranı, hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti Azərbaycanı faktiki olaraq parçalanma və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə qoymuşdu. Dövlət institutları iflic vəziyyətinə düşmüş, iqtisadiyyat çökmüş, orduda pərakəndəlik yaranmış, torpaqlarımızın işğalı davam edirdi. Belə bir ağır və taleyüklü məqamda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın xilası oldu. 15 İyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Məhz buna görə də həmin gün xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi qəbul edilir". Bu sözləri BiG.AZ-a açıqlamasında Fəlsəfə üzrə fəlsəfə doktoru, SƏS Media Group-un baş redaktoru Bəhruz Quliyev bildirib.
"Bu gün "Qurtuluşdan Suverenliyə" ifadəsi sadəcə siyasi şüar deyil, tarixi reallıqdır" - BƏHRUZ QULİYEVO qeyd edib ki, Heydər Əliyev özünün böyük siyasi təcrübəsi, qətiyyəti və uzaqgörənliyi ilə dövlətçiliyin məhvinin qarşısını aldı, Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi və milli həmrəyliyi təmin etdi: "O dövrdə ən vacib amillərdən biri Heydər Əliyev və xalq birliyinin formalaşması oldu. Bu birlik dövlətçilik ideyasını milli maraqların fövqünə qaldırdı və Azərbaycanın gələcək inkişaf strategiyasının əsasını təşkil etdi.

Ulu Öndərin rəhbərliyi altında hüquqi, demokratik dövlət quruculuğu prosesi başlandı, Konstitusiya qəbul edildi, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm addımlar atıldı. Eyni zamanda vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması, azad medianın inkişafı, siyasi plüralizmin genişləndirilməsi üçün zəruri şərait yaradıldı. Azərbaycanın iqtisadi dirçəlişini təmin edən taleyüklü qərarlar qəbul edildi, neft strategiyası həyata keçirildi və ölkə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi möhkəmləndi.

2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursunun müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilməsi Azərbaycanın inkişafında yeni mərhələ yaratdı. Güclü iqtisadiyyatın qurulması, müasir ordunun formalaşdırılması, regional liderlik mövqeyinin möhkəmləndirilməsi və beynəlxalq nüfuzun artması nəticəsində Azərbaycan öz tarixinin ən qüdrətli dövrünə qədəm qoydu.

Bu siyasətin ən möhtəşəm nəticəsi 2020-ci ildə əldə edilən tarixi Zəfər və ölkəmizin ərazi bütövlüyünün böyük hissəsinin bərpası oldu. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi bütün ərazilərində tam təmin edildi. Beləliklə, bir əsrdən artıq müddətdən sonra Azərbaycan ilk dəfə olaraq öz sərhədləri daxilində tam suverenliyini təmin etmiş, bütöv və güclü dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Bu gün "Qurtuluşdan Suverenliyə" ifadəsi sadəcə siyasi şüar deyil, tarixi reallıqdır. Əgər 15 İyun 1993-cü ildə dövlətçiliyimiz xilas edilməsəydi, Azərbaycanın bugünkü gücündən, sabitliyindən, beynəlxalq nüfuzundan və tarixi qələbələrindən danışmaq mümkün olmazdı. Milli Qurtuluş Günü Azərbaycan xalqının müdrik seçiminin, Heydər Əliyev siyasi irsinin və dövlətçilik ənənələrinin təntənəsinin simvoludur. Bu yolun məntiqi nəticəsi isə suveren, qüdrətli, bütöv və gələcəyə inamla addımlayan Azərbaycandır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 581   Tarix: 15 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis

20:30 1
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

11:07 271
.

Qaraciyər transplantasiyası olunmalıdır

"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır. Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyad

20:45 1
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 218
.

Uzun fasilədən sonra İsrail-Qəzza sərhədində həyəcan siqnalı

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sərhəd ərazisində hava hücumu sirenləri səsləndirilib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz şəhərində şübhəli raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib. İlkin məlumatlar

10:23 148
.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

11:14 283
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

14:56 229
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

19:30 103
.

3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Lakin bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

14:22 192
.