Cenevrədə baş tutacaq imzalanma mərasiminə Tramp da qatılacaq?
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı Birləşmiş Ştatlarla müqavilə imzalamaq məqsədilə Cenevrəyə səfər edəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti adının çəkilməsini istəməyən iranlı rəsmilərə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, iyunun 19-na planlaşdırılan imza mərasimində ABŞ tərəfini vitse-prezident Cey Di Vens təmsil edəcək. Nəşrin xəbərinə görə, bu tədbir baş tutacağı təqdirdə Vaşinqton və Tehran arasında son 47 ildə ən yüksəksəviyyəli görüş kimi tarixə düşəcək.
Bir qədər əvvəl Cey Di Vens "Fox News" telekanalına müsahibəsində sənədin imzalanması üçün ABŞ Prezidenti Donald Trampın da Cenevrəyə gedə biləcəyini istisna etməyib.
"Biz imza mərasimində dəqiq kimlərin iştirak edəcəyi ilə bağlı logistika məsələlərini hələ də həll edirik. Mən mütləq orada olacağam, lakin prezidentin özünün də iştirak etməsi ehtimalı var", - deyə o bildirib.
ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri razılaşmanın əldə olunduğunu təsdiqləyiblər. İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadinin sözlərinə görə, 60 günlük atəşkəs müddətində tərəflər İrana qarşı sanksiyaların ləğvi, ölkənin nüvə proqramı, dövlətin bərpası və iqtisadi inkişafı, eləcə də gələcək müqavilə iştirakçılarının öz öhdəliklərini yerinə yetirməsinə nəzarət mexanizmi kimi məsələləri müzakirə edəcəklər.
Nazir müavini vurğulayıb ki, danışıqların başlaması ABŞ-nin atacağı addımlardan, xüsusən də hərbi əməliyyatların dayandırılmasından, Hörmüz boğazının mühasirəsinin götürülməsindən və İran aktivlərinin dondurulmasının ləğvindən asılıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 564 Tarix: 15 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb
Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis
20:30 1 Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
11:07 271 Qaraciyər transplantasiyası olunmalıdır
"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır. Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyad
20:45 1 Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir
"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd
10:33 218 Uzun fasilədən sonra İsrail-Qəzza sərhədində həyəcan siqnalı
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sərhəd ərazisində hava hücumu sirenləri səsləndirilib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz şəhərində şübhəli raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib. İlkin məlumatlar
10:23 148 Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
11:14 283 Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA
Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy
14:56 229 200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU
ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al
19:30 103 3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Lakin bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini
14:22 192