Rusiya afrikalıları müharibəyə belə cəlb edir
Rusiya Ukraynaya qarşı müharibədə iştirak üçün xarici vətəndaşların cəlb olunması məqsədilə iş təklifləri, təhsil proqramları, idman tədbirləri və miqrasiya agentliklərindən istifadə edir.
Bizim.Media xəbər verir ki, bu barədə "The Telegraph" nəşri Ukraynanın Strateji Kommunikasiyalar Mərkəzinin hesabatına və iştirakçıların ifadələrinə istinadən yazır.
Nəşrin məlumatına görə, 2025-ci ildə özünü Maykl kimi təqdim edən 25 yaşlı Keniya vətəndaşına Rusiyada arxa cəbhədə obyektlərin mühafizəsi ilə bağlı iş təklif olunub. Ona birdəfəlik təxminən 5,6 min funt sterlinq və aylıq 1,7 min funt maaş vəd edilib.
Lakin onun sözlərinə görə, Rusiyaya çatdıqdan sonra başa düşmədiyi rus dilində hərbi müqavilə imzalayıb, silahlandırılıb və demək olar ki, heç bir hazırlıq keçmədən Ukraynadakı cəbhəyə göndərilib.
"Bizə zirehli gödəkçələr və silah verdilər, sonra isə irəli getməyi əmr etdilər. Heç kim mənə təlim keçmədi. Silahdan istifadə etməyi başqalarına baxaraq öyrəndim", - deyə o bildirib.
Hesabat müəlliflərinin iddiasına görə, Kreml Afrika ölkələrindəki sosial-iqtisadi problemlərdən və insanların xaricdə iş tapmaq istəyindən istifadə edərək onları Rusiyaya cəlb edir, daha sonra isə hərbi müqavilələr bağlamağa sövq edir.
Ukrayna hərbi kəşfiyyatının məlumatına əsasən, Rusiya ordusu ilə müqavilə bağlayan Afrika ölkələri vətəndaşlarından ən azı 2965 nəfərin kimliyi müəyyənləşdirilib. Onların arasında əsasən Keniya, Misir, Kamerun, Qana, Nigeriya, Uqanda, Əlcəzair, Mali, Cənubi Sudan və Cənubi Afrika Respublikası vətəndaşları yer alır.
Maykl bildirib ki, əvvəlcə ərzaq daşınması ilə məşğul olsa da, sonradan ön xəttə göndərilib və daim Ukrayna pilotsuz uçuş aparatlarının hücum təhlükəsi ilə üzləşib.
Daha sonra fərarilik edərək Keniya səfirliyinin köməyi ilə ölkəsinə qayıda bilib.
Onun sözlərinə görə, birlikdə Rusiyaya gedən yeddi nəfərdən biri həlak olub, biri itkin düşüb, qalanları isə geri qayıdıb. Maykl həmçinin vəd edilən ödənişləri almadığını deyib.
"Bu, mənim razılaşdığım iş deyildi. Müharibə isə heç vaxt asan olmur", - deyə o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl "Foreign Policy" nəşri də Rusiyanın Ukraynaya qarşı müharibə üçün xarici vətəndaşların cəlb edilməsini genişləndirdiyini yazmışdı. Nəşr Keniya vətəndaşı Klinton Moqesanın nümunəsini göstərərək bildirib ki, ona Rusiyada iş təklif olunsa da, qısa müddət sonra hərbi hazırlığa cəlb olunub və sonradan işğal olunmuş Ukrayna ərazilərində həlak olduğu təsdiqlənib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 723 Tarix: 15 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb
Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis
20:30 1 Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
11:07 271 Qaraciyər transplantasiyası olunmalıdır
"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır. Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyad
20:45 1 Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir
"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd
10:33 218 Uzun fasilədən sonra İsrail-Qəzza sərhədində həyəcan siqnalı
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sərhəd ərazisində hava hücumu sirenləri səsləndirilib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz şəhərində şübhəli raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib. İlkin məlumatlar
10:23 148 Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
11:14 283 Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA
Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy
14:56 229 200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU
ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al
19:30 103 3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Lakin bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini
14:22 192