Rusiya hökumətində gizli çevriliş - Mərkəzi Bankın rəhbəri "vuruldu"

Rusiya hökumətində gizli çevriliş - Mərkəzi Bankın rəhbəri "vuruldu"Rusiya Dövlət Duması hökumət tərəfindən cəmi iki gün əvvəl təqdim edilmiş Büdcə Məcəlləsinə düzəlişləri heç bir ciddi müzakirə aparılmadan, tələsik şəkildə eyni anda hər üç oxunuşda qəbul edib. 10 iyun çərşənbə günü baş tutan bu səsvermə Rusiya mətbuatında dərhal ört-basdır edilsə də, əslində ölkənin bütün büdcə sistemini və maliyyə elitasındakı güc balansını kökündən dəyişdirir.

NOCOMMENT.az xəbər verir ki, qəbul edilən yeni qanunla Rusiya qanunvericiliyi faktiki olaraq formal xarakter daşımağa başlayır. Yeniliklərin mərkəzində iki əsas məqam dayanır:

Rusiya hökuməti (faktiki olaraq Maliyyə Nazirliyi) bundan sonra qanunla müəyyən edilmiş büdcə limitlərini aşaraq, qanuna heç bir düzəliş etmədən və parlamentlə razılaşdırmadan istədiyi qədər vəsait xərcləyə bilər;

Maliyyə Nazirliyi daxili bazardan dövlət borcu limitlərinə məhəl qoymadan, ehtiyac duyduğu qədər istənilən məbləğdə borc almaq hüququ əldə edir.

Bu addım Rusiya deputatlarının ölkədəki iqtisadi proseslərə formal təsir imkanlarını da tamamilə sıfırlayır. Rusiya federal büdcəsi onsuz da son illərdə icrası məcburi olan qanun statusunu itirmişdi - təkcə ötən il büdcə defisitini 5 dəfə artıran kəskin dəyişikliklər qəbul edilmişdi. Lakin son düzəlişlər büdcə qanununu sadəcə hüquqi əsası olmayan bir "niyyət bəyannaməsi"nə çevirir.

Maliyyə naziri Anton Siluanov Dövlət Dumasının faktiki olaraq ona qeyri-məhdud səlahiyyət (kart-blanş) verdiyi bu tarixi iclasa qatılmağa ehtiyac belə duymayıb. O, həmin saatlarda Rusiya Prezidenti Vladimir Putinin yanında uşaq düşərgələrinin təşkili ilə bağlı hesabat dinləyirdi. Deputatların qarşısına isə nazir müavini İrina Okladnikova çıxıb və o, "ölkədə büdcə böhranının olmadığını, düzəlişlərin məhz bu böhranın qarşısını almaq üçün qəbul edildiyini" deməklə deputatları sakitləşdirib.

Kremlin daxili kuluarlarından sızan məlumatlar göstərir ki, maliyyə-iqtisad blokunda ciddi kadr və nüfuz yerdəyişməsi baş verir. Mərkəzi Bankın sədri Elvira Nabiullinanın qəfil "xəstələnməsi", Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edə bilməməsi və Putinin son iqtisadi müşavirəsində Mərkəzi Bankdan heç kimin iştirak etməməsi bu ehtimalı gücləndirir.

Putin hakimiyyətinin ilk illərindən bəri iqtisadiyyatda strateji xətti müəyyən edən vahid bir liderə xüsusi səlahiyyətlər verməyi xoşlayır. Əvvəlcə bu rolu "supernazir" German Qref, daha sonra Aleksey Kudrin, son illərdə isə Elvira Nabiullina oynayırdı. Lakin görünən odur ki, müharibənin Rusiya iqtisadiyyatına vurduğu ağır zərbələr artıq Nabiullinanın rəhbərlik etdiyi Mərkəzi Bankın "klassik bazar iqtisadiyyatı" prinsiplərinə sığmır.

Nabiullinadan fərqli olaraq, Anton Siluanov büdcənin vəziyyətindən asılı olmayaraq hər zaman "bədbinliyə qapılmayan" və Kremlin hər bir tapşırığını sorğusuz-sualsız icra edən kadr kimi tanınır.

Siluanov 2011-ci ildə o zamankı maliyyə naziri Aleksey Kudrinin səs-küylü istefasından sonra bu posta gətirilmişdi. Kudrin ordunun yenidən silahlandırılması üçün tələb olunan 20 trilyon rublu "bədxərclik və dəlilik" adlandıraraq büdcəni dəyişməkdən imtina etmişdi. Siluanov isə müavin postundan dərhal irəli çıxaraq həmin pulları tapacağına söz verdi və tapdı da. Bu pullar Rusiya iqtisadiyyatını 2010-cu illərdə durğunluğa sürükləsə də, Kremlin indiki müharibə hazırlığına şərait yaratdı.

Siluanovun əsas xüsusiyyəti kimin və nəyin üzərində qənaət etməyin mümkün olduğunu (və ya qətiyyən olmadığını) dəqiq bilməsidir:

2014-cü ildə Krımın ilhaqından sonra yaranan maliyyə boşluğunu doldurmaq üçün dərhal pensiya islahatlarını dondurdu. Və gələcək təqaüdçülərin yığımlarını Krımın inteqrasiyasına xərclədi. Sonra isə bildirdi ki, gələcək pensiyaçılara kompensasiya ödənilməyəcək, çünki büdcədə pul yoxdur.

Siluanovun bu cür çevikliyi və anlıq böhranları manipulyasiya etmək bacarığı iqtisadiyyatın uzunmüddətli inkişafı üçün fəlakətli olsa da, hazırkı şəraitdə Putini uzunmüddətli gələcək artıq maraqlandırmır. Kremlə bu gün və dərhal xərcləmək üçün limitsiz və rəsmi hesabat vermədən idarə olunan pul lazımdır. Büdcə Məcəlləsinə edilən son dəyişikliklər Anton Siluanovun Rusiya iqtisadiyyatının yeni və mütləq "supernaziri"nə çevrilməsinin rəsmi təsdiqidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 732   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

18:30 1
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 204
.

ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər

14:59 146
.

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu

10:40 148
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

12:36 256
.

Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə

10:39 156
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

14:24 192
.

Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c

11:12 222
.

Mağazaya süd almağa getdi, milyonçu oldu

Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo

18:15 1
.