Müəllim geyimi və fərdi azadlıq arasında balans necə qurulmalıdır?

Müəllim geyimi və fərdi azadlıq arasında balans necə qurulmalıdır?Müəllimlik yalnız biliklərin şagirdlərə ötürülməsi ilə məhdudlaşan mexaniki bir peşə deyil, o, həm də şəxsiyyətin, təfəkkürün və mənəvi dünyagörüşün formalaşdırılması sənətidir. Bu sənətin əsas dayaqlarından biri yaradıcılıq və fərdi yanaşmadır. Müəllim sinif otağına daxil olduğu andan etibarən təkcə danışığı və bilikləri ilə deyil, həm də davranışı, duruşu, səmimiyyəti və fərdi üslubu ilə bir təhsil mühiti formalaşdırır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, təhsil sistemində nizam-intizam və peşəkar yanaşma vacib hesab olunur. Eyni zamanda, müəllimin geyimi də onun daxili mədəniyyətini, peşəsinə və qarşısındakı insana verdiyi dəyəri əks etdirən elementlərdən biridir. Azərbaycan pedaqoji ənənəsində də müəllim obrazı hər zaman səliqəli, ciddi və nümunəvi görünüşü ilə seçilib və cəmiyyət üçün bir örnək rolunu oynayıb. Bu baxımdan, şagird üçün müəllim yalnız bilik mənbəyi deyil, həm də estetik və mədəni zövqün formalaşmasında ilkin nümunədir:

"Bununla yanaşı, hər bir müəllimin fərdi şəxsiyyət olduğu unudulmamalıdır. Onları eyni tipli və sərt çərçivələrə salmaq bəzən yaradıcılıq azadlığını məhdudlaşdıra və fərdi ifadə imkanlarını zəiflədə bilər. Həddindən artıq sərt uniforma yanaşması müəllimin fərdi üslubunu kölgədə qoya və onun pedaqoji təsir gücünü azalda bilər. Bundan əlavə, dərs prosesinin dinamikliyi nəzərə alındıqda, geyimdə rahatlıq və mövsümə uyğunluq da mühüm faktorlardandır.

İdeal yanaşma isə məktəbin tələb etdiyi rəsmi və etik çərçivələrlə müəllimin fərdi azadlığının balanslaşdırılmasıdır. Müəllimə müəyyən peşəkar standartlar daxilində öz üslubunu ifadə etmək imkanı verilməsi həm pedaqoji mühitin keyfiyyətinə, həm də motivasiyaya müsbət təsir göstərə bilər. Çünki təhsil prosesində yadda qalan təkcə qaydalar deyil, həm də müəllimin yaratdığı fərdi atmosfer və insani təsirdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 571   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

18:30 1
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 204
.

ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər

14:59 146
.

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu

10:40 148
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

12:36 256
.

Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə

10:39 156
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

14:24 192
.

Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c

11:12 222
.

Mağazaya süd almağa getdi, milyonçu oldu

Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo

18:15 1
.