"İşləmək üçün yaşamaq"dan "yaşamaq üçün işləmək"ə keçid

"İşləmək üçün yaşamaq"dan "yaşamaq üçün işləmək"ə keçid"Gənclik illərində tez-tez belə bir fikir eşidilirdi: "Amerikalılar yaşamaq üçün işləyirlər, biz isə işləmək üçün yaşayırıq." Əslində, keçmiş illərlə müqayisədə bu yanaşmanın müəyyən reallıq payı olduğu da düşünülə bilər. Əvvəllər insanların həyat məqsədi və gündəlik ritmi daha çox iş üzərində qurulurdu".

Bunu BiG.AZ-a açıqlamasında psixoloq Samirə Bağırova bildirib.

O, qeyd edib ki, lakin son illərdə sərhədlərin nisbətən daha açıq olması, turizmin inkişafı və sosial şəbəkələrdə müxtəlif məkan və həyat tərzlərinin geniş şəkildə paylaşılması insanların həyata baxışını dəyişməyə başlayıb. İnsanlar artıq həyatın yalnız işləməkdən ibarət olmadığını, yaşamaq, hiss etmək və zamanın dəyərini anlamağın vacibliyini daha çox dərk edirlər. Bu da "işləmək üçün yaşamaq yox, yaşamaq üçün işləmək" düşüncəsini gücləndirir:
"İşləmək üçün yaşamaq"dan "yaşamaq üçün işləmək"ə keçid"Xüsusilə yay mövsümündə insanların gözləntiləri artır: istirahət etmək, səyahətə çıxmaq və həyatdan daha çox zövq almaq istəyi ön plana keçir. Sosial müqayisələrin genişlənməsi isə bu hissləri daha da gücləndirir. Lakin real həyatdakı iş yükü, maliyyə imkanları və ailə məsuliyyətləri hər zaman bu gözləntilərin həyata keçməsinə imkan vermir. Bu zaman insanlarda "hamı istirahət edir, mən isə yox" kimi düşüncələr yarana bilər.

Əslində isə sosial şəbəkələrdə daha çox insanların həyatlarının xoş və ideal tərəfləri paylaşılır, gündəlik çətinliklər isə görünmür. Bu da "FOMO" - yəni nəyisə qaçırmaq qorxusu hissini gücləndirir. İnsan başqalarının təcrübələrini izlədikcə öz həyatını onlarla müqayisə edir və bu zaman narazılıq hissi formalaşa bilər. Eyni zamanda gözləntilərlə reallıq arasındakı fərq də məyusluq yarada bilir.

İstirahət yalnız uzun səyahətlərlə məhdudlaşdırılmamalıdır. Qısa gəzintilər, təbiətdə vaxt keçirmək, hobbilərə zaman ayırmaq və gündəlik kiçik fasilələr də insanın psixoloji və fiziki bərpası üçün kifayət qədər effektivdir. Bundan əlavə, sosial media istifadəsini azaltmaq və öz həyatını başqalarının "vitrin görüntüləri" ilə müqayisə etməmək vacibdir.

Yorğunluğun səbəbinin yalnız iş yükü deyil, bəzən emosional və psixoloji tükənmişlik ola biləcəyi də nəzərə alınmalıdır. Ümumilikdə, insan rifahı üçün ən vacib amil uzun və bahalı səyahətlər deyil, ruhən, fiziki və zehni balansın qorunması və yaxın insanlarla keyfiyyətli vaxt keçirməkdir. Buna görə də yayda səyahət edə bilməmək mütləq şəkildə psixoloji problem demək deyil, lakin sosial müqayisə bu hissləri gücləndirə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 682   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

18:30 1
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 204
.

ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər

14:59 146
.

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu

10:40 148
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

12:36 256
.

Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə

10:39 156
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

14:24 192
.

Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c

11:12 222
.

Mağazaya süd almağa getdi, milyonçu oldu

Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo

18:15 1
.