Həyat yoldaşına qarşı iddia: hansı hallarda mümkündür?

Həyat yoldaşına qarşı iddia: hansı hallarda mümkündür?"Mənəvi sarsıntı dedikdə şəxsin daxili emosional tarazlığını pozan stress, qorxu, qəzəb, kədər, utanma, alçaldılma və digər neqativ psixoloji vəziyyətlər nəzərdə tutulur. Mənəvi iztirab isə daha ağır halları əhatə edir və uzunmüddətli psixoloji əzab, depressiya, xəstəlik və ya fiziki ağrı ilə müşayiət oluna bilər".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qərarına əsasən, ər-arvadın da şəxsiyyət hüquqları qanunla qorunur. Ailə münasibətlərində tərəflər bir-birinin hüquq və azadlıqlarına hörmət etməli, ailənin möhkəmlənməsi və rifahı üçün qarşılıqlı məsuliyyət daşımalıdırlar:

"Bu hüquqların pozulması müxtəlif formalarda - məişət zorakılığı, psixoloji və fiziki təzyiq, şərəf və ləyaqətin alçaldılması, şəxsi və ailə sirrinin yayılması, köməksiz vəziyyətdə qoyma və digər davranışlarda ifadə oluna bilər. Belə hallarda mənəvi zərərin ödənilməsi barədə iddia qaldırmaq hüquqi baxımdan mümkündür.

Lakin boşanmaq istəyi, qanunla nəzərdə tutulmuş hüquqlardan istifadə və ya nikah münasibətlərinin faktiki pozulmasından sonra müəyyən davranışlar avtomatik olaraq hüquqazidd əməl sayılmır.

Mənəvi zərərin məbləği müəyyən edilərkən pozuntunun xarakteri, ağırlığı, nəticələri, tərəflərin vəziyyəti və digər faktiki hallar nəzərə alınır. Eyni zamanda, bu cür iddialarda əsas şərt zərərin və hüquq pozuntusunun sübut olunmasıdır.

Qeyd olunur ki, şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi ilə bağlı tələblərə iddia müddəti tətbiq edilmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 644   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ukraynaya gecə hücumu: Zelenski son vəziyyəti açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və ətraf bölgələrə gecə saatlarında həyata keçirilən kütləvi hava hücumu ilə bağlı açıqlama verib. xəbər verir ki, o, bununla bağlı Telegram kanalında paylaşım edib. Zelenskinin sözlərinə görə, hücum zamanı Ukrayna ərazisinə 24 ballistik raket, 4 "Tsirkon"

05.08.2026 237
.

Tibbdə süni intellekt: Diaqnoz qoyan yox, həkimə kömək edən texnologiya

"Tibb sahəsində süni intellektin Azərbaycanda tətbiqi mümkündür və bunun üçün zəruri rəqəmsal infrastruktur tədricən formalaşır. Təsadüfi deyil ki, ölkədə qəbul olunmuş 2025-2028-ci illər üzrə Süni İntellekt Strategiyası çərçivəsində səhiyyədə tibbi məlumatların vahid informasiya mühitində inteqrasiyas

05.08.2026 180
.

Hikmət Hacıyevin mesajı: Sülhün açarı Ermənistan Konstitusiyasındadır

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin "Haber Global" televiziya kanalına müsahibəsində Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasını

05.08.2026 182
.

Ürək xəstəliyini aşkar edən "ağıllı" tualet oturacağı

Almaniyalı alimlər ürək ritminin təhlükəli pozuntularından biri olan qulaqcıqların fibrilasiyasını (səyrimə aritmiyasını) tualetdən istifadə zamanı aşkar edə bilən qeyri-adi cihaz hazırlayıblar. xarici mediaya istinadla xəbər verir ki, söhbət elektrokardioqram (EKQ) sensorları ilə təchiz edilmiş "ağıllı"

05.08.2026 156
.

İran və Oman Hörmüz boğazı üzrə razılığa gəldilər

İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar. Yaxın vaxtlarda bununla bağlı birgə bəyanat dərc oluna bilər. TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. "Tərəflərin nəzərdən keçirdiy

05.08.2026 155
.

16 yaşına çatmayan uşaqlar sosial şəbəkələrdə hesab yarada bilməyəcək

Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşib. -ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əlavə edilən yeni maddələrdə əksini tapıb. Qanuna əsasən, 16 yaşı tama

05.08.2026 146
.

2000-ci illərin dəbli yaşıl şalvarları trendə qayıdır

"Vogue" jurnalının redaktorları 200-ci illər üslubunda yaşıl şalvarları yayın yeni trendi adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalın rəsmi saytında məlumat verilib. Dəbdə zeytun və xaki kimi yaşıl çalarlarında olan modellər olacaq. Redaktorlar xüsusilə kargo şalvarlarını ön

05.08.2026 216
.

Nümayəndələr Palatası uğrunda mübarizə: Trampı nə gözləyir?

ABŞ-da noyabrın 3-də keçirilməsi planlaşdırılan aralıq Konqres seçkiləri Prezident Donald Trampın Nümayəndələr Palatası üzərində nəzarəti itirməsi ilə nəticələnə və prezidentliyinin ikinci yarısını Demokratlar Partiyası ilə siyasi qarşıdurma şəraitində keçirməsinə səbəb ola bilər. xarici KİV-ə istinadə

05.08.2026 188
.

Mal əti bahalaşıb - VİDEO

İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti bir manat artaraq 17 manatdan 18 manata yüksəlib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bahalaşma satışa da ciddi təsir göstərib. Alıcılar da qiymət artımını təsdiqləyirlər. Onların sözlərin

05.08.2026 166
.

TOP MP3