Donald Tramp USMCA ticarət sazişinə ehtiyac olmadığını bildirib

Donald Tramp USMCA ticarət sazişinə ehtiyac olmadığını bildiribABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Amerika Birləşmiş Ştatları ABŞ-Meksika-Kanada (USMCA) ticarət sazişi olmadan daha yaxşı inkişaf edə bilər.

Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Evian-le-Bendən Parisə gələrkən Orli hava limanında jurnalistlərə açıqlamasında bildirib.

"Sazişin olmamasını üstün tutardım, ancaq onu imzalaya da bilərəm", - deyə Tramp jurnalistlərə bildirib. O əlavə edib ki, ölkə olaraq heç bir razılaşma olmadan daha uğurlu fəaliyyət göstərirlər.

Agentlik qeyd edir ki, hər üç dövlət iyulun 1-dək mövcud sazişin yenilənməsini təsdiqləməli və ya müqavilədən çıxmaq niyyətlərini bildirməlidir. Bu proses isə 10 il çəkəcək və dəyişikliklər üçün əlavə vaxt qazandıracaq. Məlumata görə iyulun 20-dən başlayan həftədə Mexiko şəhərində üçüncü mərhələ görüşlərinin keçirilməsi planlaşdırılır. Kənd təsərrüfatı təşkilatları isə Trampı USMCA-nın müddətini rüsumsuz ferma məhsulları ilə daha 16 il uzatmağa çağırır. Onlar, həmçinin Meksikada geni dəyişdirilmiş qarğıdalı və etanola çıxış şərtlərinin gücləndirilməsini, eləcə də Kanadanın, əsasən, qapalı olan süd məhsulları bazarına girişin asanlaşdırılmasını tələb edirlər.

"General Motors", "Ford Motor" və "Stellantis" şirkətlərini təmsil edən qrupun rəhbəri Mett Blant qeyd edib ki, ABŞ və Meksika Şimali Amerikanın avtomobil istehsalı və ticarətinin hazırda qarşılıqlı ticarət sazişləri olan digər avtomobil istehsalçısı ölkələrlə müqayisədə rəqabətdə geri qaldığını başa düşür. O, USMCA-nın nəzərdən keçirilməsi və yenilənməsinin bu problemi həll etmək üçün yaxşı bir fürsət olduğunu vurğulayıb.

Altıillik tarixə malik USMCA və onun sələfi olan müqavilə illik təxminən 1.6 trilyon dollarlıq üçtərəfli ticarəti dəstəkləyən yüksəkinteqrasiyalı Şimali Amerika iqtisadiyyatını formalaşdırıb. Lakin bu paktın gələcəyi növbəti aylarda aparılacaq danışıqlardan asılıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 537   Tarix: 18 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan tarixinin yeni mərhələsi

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

08:46 227
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

12:36 256
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını

10:00 143
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

17:22 66
.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30.09.2026 248
.

Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c

11:12 222
.

Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində

15:23 179
.

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu

10:40 148
.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

14:28 233
.