G7 Sammiti qlobal gündəmi müəyyənləşdirir: Liderlərdən mühüm mesajlar - POLİTOLOQDAN AÇIQLAMA

G7 Sammiti qlobal gündəmi müəyyənləşdirir: Liderlərdən mühüm mesajlar - POLİTOLOQDAN AÇIQLAMAFransanın Evian şəhərində keçirilən G7 Sammiti qlobal siyasətin əsas gündəm mövzularını bir araya gətirib. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Kanadanın liderlərinin iştirak etdiyi toplantıda beynəlxalq təhlükəsizlik, Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, ticarət əlaqələri və süni intellekt sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur.

Sammit çərçivəsində liderlər arasında keçirilən ikitərəfli görüşlər də diqqət mərkəzindədir və bir sıra mühüm siyasi qərarların qəbul ediləcəyi gözlənilir.
G7 Sammiti qlobal gündəmi müəyyənləşdirir: Liderlərdən mühüm mesajlar - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, G7 sammitinin gündəliyinə nəzər yetirəndə aydın şəkildə müşahidə etmək mümkündür ki, Orta Şərqdə baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi, süni intellektlə bağlı olan yeni yanaşmalar və eyni zamanda ümum qlobal problemlər, iqtisadi problemlərin həll olunması istiqamətində ortaq addımların atılması və bu kimi bir sıra məsələlər gündəlikdə ən əsas prioritet istiqamət olaraq müəyyənləşdirilib. Onun sözlərinə görə, heç şübhəsizki Rusiya-Ukrayna müharibəsinin gələcəyi və ümumiyyətlə danışıqlar prosesi ilə bağlı olan məsələ bu sammitdə bütün dövlətlər üçün əsas prioritet olaraq müəyyənləşdirilib: "Xüsusi ilə ABŞ prezidenti Donald Trampın verdiyi müsahibəyə nəzər yetirəndə aydın şəkildə müşahidə etmək mümkündür ki, İranla olan böhran həll olunduqdan sonra Amerikanın xarici siyasətində yenədə Rusiya-Ukrayna müharibəsi ilə bağlı olan məsələ əsas prioritet istiqamətə çeviriləcək və buda onu deməyə əsas verir ki, G7 sammitindən sonrakı mərhələ və yaxın bir neçə ay müddətində biz Rusiya-Ukrayna müharibəsinin sona çatması və danışıqlar prosesində müəyyən irəliləyişlərin əldə olunması ilə bağlı təsir və təzyiq mexanizmlərinin maksimum dərəcədə istifadə olunması istiqamətində addımların atıla biləcəyini müşahidə edə bilərik. Xüsusi ilə Böyük Britaniya tərəfindən artıq Rusiyaya qarşı elan olunan növbəti sanksiyalar paketi onu deməyə əsas verir ki, bütün qlobal aktorlar üçün bu məsələ artıq kifayət qədər mühüm xarakterə malikdir və Rusiyaya qarşı təsir və təzyiq mexanizmlərinin daha geniş həcmdə istifadə olunması əsas hədəf olaraq müəyyənləşdirilib.

Həmçinin Zelenski ilə Trampın görüşü və ümumilikdə müzakirə olunan məsələlər bu istiqamətdə yaxın perspektivdə müəyyən irəliləyişlərin olması ilə bağlı ehtimalları səsləndirməyə icazə verir. Orta Şərqdə baş verən proseslər, gərginliyin aradan qaldırılması, İranla mümkün sazişin imzalanması istiqamətində əldə olunan razılıqlar və digər istiqamətdə süni intellekt, iqtisadi artım tempi, həmçinin qlobal iqtisadi böhranın qarşısının alınması ilə bağlı ortaq yanaşmaların müəyyənləşdirilməsi, G7 kontekstində gündəliyə daxil olan əsas istiqamətlər olaraq müəyyənləşdirilib. Diqqət yetirsək, bu platformada iştirak edən dövlətlərin hər biri yeni formalaşan dünya nizamında kifayət qədər önəmli təsir mexanizmlərinə sahib olan və qüvvələr balansının formalaşdırılmasında mühüm rola malik dövlətlərdir və ona görədə gündəliyə daxil edilən məsələlər və müzakirə olunan əsas istiqamətlər bütövlükdə qlobal sistemin əsas istiqamətlərindən biri kimi dəyərləndirilir.

Nəticə etibarı ilə G7 sammiti hər zaman olduğu kimi yenədə dünya ictimayyətinin, qlobal gündəliyin əsas prioritetlərini müəyyənləşdirən platformalardan biri kimi çıxış edir. Düşünürəm ki, əldə olunacaq nəticələr, yeni formalaşacaq dünya nizamı ilə bağlı mühüm fikirlər səsləndirməyə və ehtimalları dahada gücləndirməyə icazə verən yanaşmalardır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 528   Tarix: 18 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

18:30 1
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 204
.

ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər

14:59 146
.

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu

10:40 148
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

12:36 256
.

Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə

10:39 156
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

14:24 192
.

Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c

11:12 222
.

Mağazaya süd almağa getdi, milyonçu oldu

Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo

18:15 1
.