ABŞ-İran razılaşması neft bazarını silkələdi: Ucuzlaşma davam edəcəkmi? - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ ilə İran arasında mümkün razılaşma və regionda gərginliyin azalacağına dair gözləntilər beynəlxalq enerji bazarlarında neft qiymətlərinin aşağı düşməsinə səbəb olub. İran neftinin qlobal bazarlara daha geniş həcmdə qayıtması təklifin artmasına və qiymətlər üzərində əlavə təzyiqin yaranmasına gətirib çıxara bilər.
Bununla belə, neft qiymətlərindəki enişin uzunmüddətli olub-olmayacağı Yaxın Şərqdəki geosiyasi vəziyyət, OPEC+ ölkələrinin qərarları və qlobal iqtisadi artım tempindən asılıdır. Mövcud şəraitdə əsas sual budur: neft ucuzlaşmasının təsiri müvəqqətidir, yoxsa bazarda yeni qiymət dövrü başlayır?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, yox, hələ tam əminliklə demək çətindir. Düşüş əsasən gözləntilərə əsaslanıb - saziş indiyə qədər tam imzalanmayıb və icra mexanizmi qeyri-müəyyəndir. Onun sözlərinə görə, Rystad Energy kimi analitiklər də qeyd edir ki, İsrail razılaşmanı özü üçün öhdəlik kimi tanımır, tərəflər arasında ardıcıllıqla bağlı fikir ayrılıqları var və oxşar xəbər-korreksiya ssenariləri bazarda dəfələrlə təkrarlanıb: "Fitch Ratings-in proqnozuna görə Hörmüz boğazının tam açılması və Körfəz ölkələrinin hasilatının bərpası tədricən olacaq, ona görə də 2026-cı ilin orta Brent qiymətini 87 dollar/barel səviyyəsində gözləyir, ilin sonuna doğru isə 70 dollara enməsi mümkündür - yəni indiki səviyyədən də aşağı.
Amma bu proses xətti deyil: Livandakı vəziyyət, İranın daxili siyasi mövqeyi və ya sazişin icrasında hər hansı ləngimə yenidən qiymət yüksəlişinə səbəb ola bilər. Ona görə də qısamüddətli dövrdə volatilliyin davam etməsi, ortamüddətdə isə tədricən aşağı tərəfə meyl daha çox ehtimal olunur, lakin "stabil aşağı qiymət" fərziyyəsi hələ erkəndir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 538 Tarix: 18 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBeyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda
İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik
18:30 1 20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
12:17 204 ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"
ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər
14:59 146 Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib
Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu
10:40 148 Röya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
12:36 256 Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə
10:39 156 Sabah bu ərazilərdə su olmayacaq
Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır
14:24 192 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 222 Mağazaya süd almağa getdi, milyonçu oldu
Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo
18:15 1