Azərbaycan öz güclü əlaqələri ilə regional və qlobal səhnədə mühüm iştirakçıya çevrilib

Azərbaycan öz güclü əlaqələri ilə regional və qlobal səhnədə mühüm iştirakçıya çevrilibİslam İnkişaf Bankı maliyyələşdirməni İslam prinsiplərinin əsasında aparılan beynəlxalq maliyyə-kredit qurumlarından biridir. Üzvləri müsəlman ölkələridir. Bankın məqsədi üzv ölkələrin (onun təsisçiliyində və üzvlüyündə təmsil olunan müsəlman ölkələr) və fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafının və sosial tərəqqisini İslam hüququ əsasında təmin etməkdir.
Bankın əsas funksiyası iqtisadi və sosial inkişaf üçün layihələrin maliyyələşdirilməsi, müəssisələrin xüsusi kapitalında iştirak və ya investisiya qoyuluşu, qrantların və ssudaların verilməsi şəklində üzv dövlətlərə maliyyə yardımını təmin etməkdən ibarətdir. İİB-lə əməkdaşlığa 1992-ci ildən başlanılıb. 2007-ci ildə Bankın Azərbaycan üzrə yerli nümayəndəsi təyin edilib.
İslam İnkişaf Bankı Qrupuna üzv olan 57 ölkə arasında iqtisadi əməkdaşlıq, davamlı inkişafın gücləndirilməsi istiqamətində mütəmadi müzakirələr aparılır, toplantılar keçirilir.
"Dayanıqlı rifah naminə regional inteqrasiya" mövzusuna həsr edilən builki Forum çərçivəsində yüksəksəviyyəli dialoqlar, B2B və B2G formatlı görüşlər, startapların cəlb edildiyi proqramlar və bilik mübadiləsi sessiyaları keçirilib, dövlət-özəl sektor tərəfdaşlığının möhkəmləndirilməsi, sahibkarlıq subyektlərinin və KOB-ların dəstəklənməsi, eləcə də üzv ölkələrin iqtisadiyyatlarında innovasiyayönümlü inkişafın təşviqi aparılıb.
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə illik toplantılarının Bakı şəhərində keçirilməsi barədə İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurası 2025-ci il mayın 22-də qərar qəbul edib. Bununla əlaqədar "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək illik toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu" imzalanıb.
İyunun 17-dən Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarına başlanılıb. Ayın 19-dək davam edən iclaslarda yüksəksəviyyəli dövlət rəsmiləri, üzv ölkələrin maliyyə, iqtisadiyyat, planlaşdırma, inkişaf və investisiya nazirləri, beynəlxalq və regional maliyyə institutlarının rəhbərləri və özəl sektor nümayəndələri iştirak edirlər.
İyunun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən İİB-nın 51-ci İllik toplantısının açılış mərasimində ölkə başçısı geniş çıxış edib. Mərasimdə çıxışında Prezident İlham Əliyev söyləyib ki, Azərbaycanın sabit, uğurlu inkişafı var. Bu, həyata keçirdiyimiz milli maraqlara əsaslanan siyasətin, qlobal səhnədə bütün iştirakçılarla olan münasibətlərin inkişafının və bizim uğurlu inkişafımızın nümayişidir.
Dövlətimizin başçısı qeyd edib ki, "2010-cu ildə toplantıya ilk dəfə evsahibliyi etdik. Həmin illik iclasda bizim tərəfdaşlığımıza güclü təkan verildi. Eyni zamanda, bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı apardığı islahatlara və enerji sektorundan asılılığın azaldılmasına verilən dəstək idi. Həmin vaxtdan Azərbaycanda və ətrafda bir çox dəyişikliklər baş verdi. Bir məsələ dəyişməz olaraq qalır. Azərbaycanın sabit, uğurlu inkişafı var".
Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır. Dövlət başçısı uğurlu inkişafın müxtəlif meyarlara əsaslandığını bildirib: "Azərbaycan cəmi 35 ildir müstəqil ölkədir və müstəqilliyin ilk iki ili işğal, müharibə, humanitar fəlakətlərlə yadda qalıb. Daha sonra ölkənin sabit inkişafı təmin edilməyə başladı, bu da hər bir ölkənin uğurunun əsasıdır. Çünki sabitlik pozulduğu zaman biz inkişafdan danışa bilmərik. Ona görə siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır".
Prezident qeyd edib ki, bu, həm də regional inkişafın təzahürüdür: "Regional və qlobal səhnədə Azərbaycan öz güclü əlaqələri ilə bir çox aspektlər baxımından mühüm iştirakçıya çevrilib".
2010-cu ildə İslam İnkişaf Bankı Qrupunun illik iclasından sonra Azərbaycan bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bu tədbirlər arasında ən önəmlilərindən biri 2024-cü ildə keçirilmiş və çox yaxşı nəticələrin əldə olunduğu COP29 tədbiridir. Ötən ay Azərbaycanda daha bir uğurlu beynəlxalq tədbi - Ümumdünya Şəhərsalma Forumu keçirilib. Bu da Azərbaycanın fəaliyyət gündəliyinin çoxşaxəli olduğunu bir daha göstərir. Ölkə genişmiqyaslı enerji təşəbbüslərinin müəllifi və həyata keçiricisi kimi tanınır. Azərbaycan Avrasiya bölgəsində iri enerji infrastruktur layihələrinin təşəbbüskarı və icraçısı kimi çıxış edib. Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib. Xüsusilə hazırkı dövrdə, enerji təchizatı marşrutlarının təhlükəsizliyinin və dayanıqlılığının böyük əhəmiyyət daşıdığı bir vaxtda bu rol daha da ön plana çıxır. Enerji təhlükəsizliyi bu gün bütün ölkələr üçün ən vacib meyarlardan biridir.
Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevrilməyə çalışır. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün təbii qazın təchizat coğrafiyası baxımından birinci yerdədir: "Azərbaycan bu gün 16 ölkəyə təbii qaz ixrac edir. Bu say ilbəil artır və artmaqda davam edəcək. Eyni zamanda neft təchizatı daha çox ölkələri əhatə edir. Bütün bunlar hasilatçılar, tranzit ölkələrin maraqlarına xidmət edir".
Prezident bildirib ki, Azərbaycan infrastruktura çox böyük sərmayə yatırır: "Nəinki ölkə daxilində, eyni zamanda ölkənin hüdudlarından kənarda da beynəlxalq ölçülü infrastruktur layihələrlə məşğuluq. Biz çalışırıq ki, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirək". Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, biz Azərbaycan vasitəsilə daşınan yüklərin həcminin iki dəfə artırılmasını istəyirik.
Dünyada olan ölkələrin əksər hissəsinin dəstəyinin qazanılması Azərbaycanın naliyyətlərinə əsaslanır. Prezident İlham Əliyevin sözlərinə görə, müstəqil xarici siyasət sayəsində Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyini qazanıb: "Dostlarımızın sayı ilbəil artır. Aydın şəkildə görünür ki, namizədliyimiz müxtəlif təchizatların namizədləri siyahısında olub. Biz hərtərəfli dəstək aldıq".
Prezident öz çıxışında BMT Təhlükəsizlik Şurasının namizədləri barədə də danışıb: Bildirib ki, "155 ölkənin dəstəyini qazandıq. Qoşulmama Hərəkatının sədri olduqda da bunu gördük. Biz seçildik və sədrliyimiz uzadıldı. Bu, beynəlxalq dəstəyin ən böyük təzahürüdür. Bəzi məhdud sayda inkişaf etmiş ölkələr özlərinə müəyyən adları istifadə etməyə can atırlar. Lakin BMT-nin üzv dövlətləri bütün beynəlxalq ictimaiyyətin əsasını təşkil edir".
Azərbaycan öz güclü əlaqələri ilə regional və qlobal səhnədə mühüm iştirakçıya çevrilibİsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 588   Tarix: 18 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

18:30 1
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 204
.

ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər

14:59 146
.

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu

10:40 148
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

12:36 256
.

Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə

10:39 156
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

14:24 192
.

Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c

11:12 222
.

Mağazaya süd almağa getdi, milyonçu oldu

Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo

18:15 1
.