Paylaşmazdan əvvəl düşünün: İnternet heç nəyi unutmur
"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində internet belə işləmir. Bir məlumat internetə yerləşdirildikdən sonra o, təkcə sizin profilinizdə deyil, müxtəlif serverlərdə, ehtiyat nüsxələrdə, axtarış sistemlərində və bəzən digər istifadəçilərin cihazlarında da qala bilər".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.
O, qeyd edib ki, bu gün insanların çoxu sosial şəbəkədə paylaşdığı şəkli və ya yazını sildikdə məsələnin bitdiyini düşünür. Halbuki həmin məlumat artıq başqa şəxslər tərəfindən paylaşılmış, kopyalanmış və ya arxivləşdirilmiş ola bilər. Bəzi hallarda məlumatın özü silinsə də, onunla bağlı müəyyən texniki qeydlər və ya metadata sistemlərdə qalmağa davam edir:
"İnsanlar internetdə iz qoyduqlarını çox vaxt hiss etmirlər. Hər dəfə tətbiqə daxil olmaq, hansısa saytı ziyarət etmək, qeydiyyatdan keçmək, şəkil paylaşmaq və ya hətta bir məhsula baxmaq belə müəyyən rəqəmsal iz yaradır. Bu məlumatların bir hissəsi istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün toplansa da, zamanla böyük məlumat bazalarına çevrilə bilir.
Sadə dillə desək, biz bir otaqda söz danışıb sonra onu geri almağa çalışa bilərik. Əgər həmin sözü 1-2 nəfər eşidibsə, bunu müəyyən qədər etmək mümkündür. Lakin minlərlə insanın eşitdiyi sözü sonradan hamının yaddaşından silmək mümkün deyil. İnternetdə paylaşılan məlumatlarla bağlı vəziyyət də buna bənzəyir.
Bu səbəbdən insanlara həmişə tövsiyə edirəm ki, hər hansı məlumatı paylaşmazdan əvvəl onu sonradan silməyin nə qədər çətin ola biləcəyini düşünsünlər. Xüsusilə şəxsiyyət vəsiqəsi məlumatları, biometrik məlumatlar, şəxsi sənədlər, ailə şəkilləri və maliyyə məlumatları internetdə paylaşılarkən daha diqqətli olmaq lazımdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 520 Tarix: 18 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan tarixinin yeni mərhələsi
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
08:46 227 Röya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
12:36 256 Paytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını
10:00 143 Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D
17:22 66 İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30.09.2026 248 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 222 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
15:23 179 Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib
Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu
10:40 148 Bu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
14:28 233