Məktəbli forması sadəcə geyim deyil - Təhsildə bərabərliyin mühüm simvolu
"Məktəbli forması mövzusu hər tədris ili ərəfəsində yenidən gündəmə gələn, həm pedaqoji, həm də sosioloji aspektləri olan çoxşaxəli bir məsələdir. Bəzi məktəblərdə formadan yayınma halları müşahidə olunsa da, bu geyimin əsas fəlsəfəsi sosial bərabərlik prinsipinə əsaslanır".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eskperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, məktəbli formasının ən mühüm missiyası təhsil müəssisəsində şagirdlər arasındakı maddi və sosial status fərqlərini vizual olaraq aradan qaldırmaqdır. Məktəb bilik və mənəviyyat məkanıdır. Burada şagirdlər geyimlərinin markası və ya qiyməti ilə deyil, bilikləri, davranışları və çalışqanlıqları ilə seçilməlidirlər:
"Vahid forma tətbiq olunmadıqda ailələrin maddi imkanları arasındakı fərqlər sinif otaqlarında da özünü göstərir. Bu isə aztəminatlı ailələrin övladlarında natamamlıq hissi, imkanlı ailələrin uşaqlarında isə əsassız üstünlük düşüncəsi yarada bilər. Məktəbli forması həmin süni maneələri aradan qaldırır və uşaqlara aşılayır ki, onlar sosial mənşəyindən asılı olmayaraq eyni hüquqlara malikdirlər.
Digər tərəfdən, məktəbli forması nizam-intizam və aidiyyət hissinin formalaşmasına da xidmət edir. Şagird həmin geyimi geyindikdə özünü küçədə və ya oyun meydançasında deyil, akademik mühitin bir hissəsi kimi hiss edir. Bu da məsuliyyət duyğusunun formalaşmasına və dərs prosesinə daha ciddi yanaşılmasına müsbət təsir göstərir.
Eyni zamanda, geyim seçimində yaranan rəqabətin aradan qalxması valideynlərin hər gün övladlarının geyimi ilə bağlı qərar vermək yükünü azaldır və əlavə xərclərin qarşısını müəyyən qədər alır.
Əlbəttə, bəzi məktəblərdə bu qaydaya tam əməl olunmaması nəzarət mexanizmlərinin zəifliyi və ya məktəbli formasının daşıdığı sosial bərabərlik ideyasının şagirdlərə və valideynlərə kifayət qədər izah edilməməsi ilə bağlı ola bilər.
Hesab edirəm ki, məktəbli forması sadəcə geyim deyil. O, təhsildə bərabərliyi, hər bir uşağın eyni start imkanlarına malik olduğunu ifadə edən mühüm bir simvoldur. Bu bərabərliyin qorunması isə gələcəkdə daha sağlam, özünəinamlı və komplekslərdən uzaq cəmiyyətin formalaşmasına xidmət edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 555 Tarix: 18 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan tarixinin yeni mərhələsi
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
08:46 227 Röya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
12:36 256 Paytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını
10:00 143 Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D
17:22 66 İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30.09.2026 248 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 222 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
15:23 179 Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib
Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu
10:40 148 Bu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
14:28 233