Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək
Ötən gün II və III ixtisas qrupları üzrə birinci cəhd blok imtahanının nəticələri açıqlandı. Cavablara əsasən, III qrupda 3 nəfər maksimum bal topladı. Qruplar üzrə ən yüksək ballar isə 688.9 və 690 oldu.
Əvvəlki illərdən fərqli olaraq bu il hələ ki, 700 bal toplayan abituriyent yoxdur. Bəs görəsən, maksimum balın olmaması ümumilikdə keçid ballarının aşağı düşməsinə səbəb ola bilərmi?
İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev Lent.az-a açıqlamasında bildirib ki, hazırkı nəticələr keçid ballarının aşağı düşəcəyindən xəbər verir:
"II və III ixtisas qruplarının blok imtahanında 400 bal toplayan abituriyentlər olsa da, ümumi nəticələr arasından təəssüf ki, 700 bal çıxmadı. Bunun əsas səbəbi buraxılış imtahanı suallarının çətinliyi idi. Dövlət İmtahan Mərkəzi sualların nə qədər çətin olmadığını söyləsə də, reallıq onun əksini göstərir. İmtahan verən abituriyentlərin yalnız 11 nəfəri 300 bal toplamışdı. Normal olaraq 700 balı həmin 11 abituriyentdən gözləyirdik. Əvvəlki son iki ilə 700 bal toplayanların olduğunu görürük. İndiki mənzərə isə heç xoş deyil.
Hazırda II və III qrupların maksimum balları 688-690 aralığındadır. Bu rəqəmlər hər bir abituriyentin balının getdikcə aşağı düşəcəyindən xəbər verir. Yəni 500-400-300 bal toplayanların sayı da əvvəlki illərə görə daha az olacaq. Bundan yola çıxaraq, onu deyə bilərik ki, birinci cəhd blok imtahanı nəticələrinə əsasən, ixtisasların keçid ballarında azalma olacaq. Yalnız ikinci cəhd blok imtahanı asan olarsa, o zaman ballarda dəyişiklik ola bilər. Hələlik proqnozlarımız isə balların aşağı düşməsindən yanadır.
Abituriyentlər ballarının gözlədiklərindən aşağı olduğunu, sınaqlarda daha yüksək nətiə göstərdiklərini qeyd edirlər. İkinci cəhd blok imtahanı bir az asanlaşdırılarsa, keçid ballarında müəyyən tənzimləmə olar. Lakin təcrübələrə əsasən, onu deyə bilərəm ki, DİM hər il blok imtahanlarını aşağı-yuxarı eyni səviyyədə keçirir.
Hazırkı ümumi mənzərə heç də ürəkaçan deyil. Çünki abituriyentin balı gözlədiyindən aşağı olanda istər-istəməz gərginlik keçirir, ruh düşkünlüyü keçirir, evdə-ailədə problemlər yaranır. Bunları nəzərə alaraq DİM nöbəti imtahanda sualları çətin salmamağa diqqət etməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 776 Tarix: 18 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan tarixinin yeni mərhələsi
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
08:46 227 Röya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
12:36 256 Paytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını
10:00 143 Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D
17:22 66 İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30.09.2026 248 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 222 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
15:23 179 Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib
Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu
10:40 148 Bu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
14:28 233