"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir" V gənclər düşərgəsi başa çatıb

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir" V gənclər düşərgəsi başa çatıbİyunun 12-14 də Gənclər və İdman Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyi, Qərbi Azərbaycan İcması, "ASAN Könüllüləri" Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Göygöl rayonunda "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir" V gənclər düşərgəsi keçirilib. Düşərgə çərçivəsində iştirakçılara "Regional İnkişaf" İctimai Birliyinin əməkdaşı Bəxtiyar Əliyev tərəfindən "Kommunikasiya və ictimai çıxış" mövzusunda, təlimçi Cəsur Mədətzadə tərəfindən komanda quruculuğu mövzusunda, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov tərəfindən İnnovasiya və Süni İntellekt mövzularında və təlimçi Raul Abbaszadə tərəfindən "Qərbi Azərbaycan - Qayıdış Konsepsiyasının müddəaları" mövzusunda təlimlər keçirilib. Düşərgədə həmçinin Qərbi Azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş "Nəsil ağacı" adlı sənədli filminin nümayişi olunub və "ASAN Könüllüləri" Təşkilatının əməkdaşı Leyla Babaşova tərəfindən ərazi üzrə xəzinə intellektual oyunu keçirilib. Düşərgənin sonunda bağlanış mərasimi keçirilib və bütün iştirakçılar sertifikatlarla təltif olunub. Qeyd edək ki, düşərgənin əsas məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları və Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması, onların proqram əsaslı fəaliyyətə cəlb olunması, eyni zamanda Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında sistemli şəkildə təbliğində gənclərin fəallığının təşviq edilməsi olub.

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir" V gənclər düşərgəsi başa çatıb"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir" V gənclər düşərgəsi başa çatıb"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir" V gənclər düşərgəsi başa çatıb"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir" V gənclər düşərgəsi başa çatıb"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir" V gənclər düşərgəsi başa çatıb"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir" V gənclər düşərgəsi başa çatıb"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir" V gənclər düşərgəsi başa çatıb"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir" V gənclər düşərgəsi başa çatıb"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir" V gənclər düşərgəsi başa çatıb


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 538   Tarix: 18 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan tarixinin yeni mərhələsi

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

08:46 227
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

12:36 256
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını

10:00 143
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

17:22 66
.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30.09.2026 248
.

Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c

11:12 222
.

Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində

15:23 179
.

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu

10:40 148
.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

14:28 233
.