Beş Avropa ölkəsinin lideri: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniyanın liderləri İranın heç vaxt nüvə silahı əldə etməməli olduğunu bəyan ediblər.
Gununsesi.info-nun xəbərinə görə, birgə bəyanat Berlində keçirilən görüşün yekununda yayımlanıb.
Görüşdə NATO-nun Baş katibi də iştirak edib. Liderlər ABŞ ilə İran arasında vasitəçi ölkələrin dəstəyi ilə imzalanmış son memorandumu alqışladıqlarını bildirərək, bu sənədi regionda sabitliyin bərpası və qlobal iqtisadiyyatın möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndiriblər.
Bəyanatda vurğulanıb ki, memorandumun davamlı sülhə nail olmaq məqsədilə təcili və hərtərəfli şəkildə həyata keçirilməsi vacibdir.
Eyni zamanda qeyd olunub ki, İranın nüvə silahı əldə etməsinin qarşısı qətiyyətlə alınmalıdır.
Liderlər bəyanatın sonunda Hörmüz boğazında beynəlxalq gəmiçiliyin tam və qeyd-şərtsiz azadlığının təmin edilməsinin də qlobal təhlükəsizlik və iqtisadi sabitlik üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 128 Tarix: 26 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMüzəffər Azərbaycan Ordusu: Müstəqilliyin və suverenliyin əsas qarantı
Qalib Azərbaycan Ordusu bu gün özünün 108 yaşını qeyd edir. O ordu ki, 44 gün ərzində 30 illik işğala son qoydu, bir gündə əzəli torpaqlarımızda separatizmin, terrorun mənbəyini qurutdu. 108 illik şanlı yol özünün enişli-yoxuşlu axarı ilə seçilir. Lakin bu gün heç bir qüvvənin dəyişdirə bilməyəcəyi bi
11:41 185 Britaniya kralının şəxsi vergi ödənişləri ilk dəfə olaraq açıqlanıb
Böyük Britaniyada monarxın şəxsi vergi ödənişləri ilk dəfə olaraq ictimaiyyətə açıqlanıb. Bukingem sarayının bəyanatında bildirilir ki, 2022-ci ildə taxta çıxdığı vaxtdan bəri Kral II Çarlz 30 milyon funt sterlinqdən (40 milyon dollar) çox vergi ödəyib. bu barədə TASS-a istinadən xəbər verir. "Kra
16:30 178 Kosmosun sərhədində yaranan gümüşü buludların sirri açıldı
Parlayan solğun-mavi zolaqlar şəklində qeyri-adi görünüşü ilə diqqət çəkən gümüşü buludlar atmosferin təxminən 80 kilometr hündürlüyündə - Yerin atmosferi ilə kosmosun sərhədində əmələ gəlir. xəbər verir ki, bu barədə nəşri məlumat dərc edib. Məlumata görə, bu buludlar meteor tozunun ən xırda hissəciklərin
15:30 194 Azərbaycan Ordusu: Uzaqgörən siyasətdən tarixi Zəfərə
"Müstəqillik əldə etdikdən sonra Azərbaycanda həyata keçirilən ordu quruculuğu prosesi özünəməxsus inkişaf yolu keçərək ölkənin dövlətçilik tarixində mühüm mərhələyə çevrilib. Bu prosesin təməli hələ Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə qoyulmuşdu. Azərbaycan hələ SSRİ-ni
11:49 239 İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Livanda "Hizbullah"ın 7 döyüşçüsü öldürülüb. APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Məlumata görə, Livanın cənubunda bufer zonası yaxınlığında silah daşıyan 7 "Hizbullah" üzvü öldürülüb
19:45 157 Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuların
17:15 189 Kadir İnanır vəfat edib
Kadir İnanır vəfat edib. NTV-nin xəbərinə görə, uzun müddətdir müalicə alan türkiyəli məşhur aktyor Kadir İnanır 77 yaşında vəfat edib
21:00 197 Filippində 6,7 maqnitudalı zəlzələ olub
Filippində 6,7 maqnitudalı zəlzələ baş verib. "Report" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanlar Saranqani əyalətindən 21 km cənub-qərbdə baş verib. Dağıntı və tələfat barədə məlumat verilmir
18:15 170 İnstaqram televizorda da olacaq
İnstaqram sosial şəbəkəsi striminq platformaları ilə ciddi rəqabətə girməyi planlaşdırır. Axşam.az xəbər verir ki, "TechCrunch"ın yaydığı məlumata görə, platforma bu məqsədlə uzunmüddətli videolar və canlı yayımlar funksiyasını istifadəyə verəcək. Yeni kontent formatları sosial şəbəkənin mobi
22:30 1