İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya veribİran XİN: ABŞ-ın hücumları 18 iyun memorandumunun pozulmasıdır

APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyi ABŞ-ın bu gün axşam saatlarında ölkənin cənubundakı sahil nəzarəti obyektlərinə endirdiyi hava zərbələrini pisləyib və bunu BMT Nizamnaməsinin, eləcə də iyunun 18-də imzalanmış müharibənin dayandırılması haqqında memorandumun pozulması kimi qiymətləndirib. Nazirlik eyni zamanda İsrailin Livana eyni vaxtda həyata keçirdiyi hücumların da həmin razılaşmanın pozulması olduğunu bildirib.

Bəyanatda vurğulanıb ki, İran qanuni özünümüdafiə hüququ əsasında öz suverenliyini və təhlükəsizliyini qoruyur və İran Silahlı Qüvvələrinin ABŞ qüvvələri ilə əlaqəli hədəflərə endirdiyi zərbələr də bu çərçivədə həyata keçirilib. Həmçinin ABŞ və onunla əməkdaşlıq edən tərəflərin bu hadisələrin nəticələrinə görə məsuliyyət daşıdığı bildirilib.

İran Xarici İşlər Nazirliyi Fars körfəzinin cənub sahilində yerləşən ölkələri öz əraziləri və infrastrukturunun İrana qarşı istifadə olunmasına imkan verməməyə çağırıb. Nazirlik, həmçinin BMT-ni, Təhlükəsizlik Şurasını və digər beynəlxalq qurumları ABŞ-ın beynəlxalq hüququ pozduğu iddia edilən addımlarına qarşı tədbir görməyə çağırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 131   Tarix: 27 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dubayda raket hücumu xəbərdarlığı edildi

BƏƏ Daxili İşlər Nazirliyi mobil telefonlar vasitəsilə raket hücumu xəbərdarlığı yayıb. Bizim.Media xəbər verir ki, bu barədə "Fars News" məlumat yayıb. Xəbərdarlıqda vətəndaşlara təhlükəsiz yerlərdə qalmaq, pəncərələrdən uzaq durmaq barədə çağırış edilib. Məlumata görə, xəbərdarlıq Hörmü

26.06.2026 272
.

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,41% azalaraq 4,030.9 ABŞ dolların

26.06.2026 256
.

İstilər İspaniyada 200-dən çox insanın həyatına son qoydu - Turistlərə xəbərdarlıq

İspaniyada 2026-cı ilin iyun ayının ikinci yarısında Avropanı bürüyən anomal isti hava dalğası nəticəsində azı 212 nəfər həyatını itirib. Qaynarinfo "Majorca Daily Bulletin"ə istinadən xəbər verir ki, bu ilin ilk yay isti dalğası bazar günü başlayıb və ölkənin mərkəzi və şimal bölgələrinə dah

26.06.2026 293
.

İranın vitse-prezidenti İrəvana gəldi

İranın vitse-prezidenti Həmid Purməhəmmədi Ermənistana səfər edib. xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, Purməhəmmədini İrəvanın Zvartnots hava limanında Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan qarşılayıb

26.06.2026 318
.

Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb

Dağıdıcı zəlzələdən iki gün sonra Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib. Zəlzələ UTC vaxtı ilə saat 22:16-da Venesuelanın paytaxtı Karakasdan 80 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin yeri

10:15 164
.

Sabahın hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda hava necə olacaq?. İyunun 28-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında iyunun 27-dən 28-nə keçən gecə fasilələrlə davam edən intensiv, bəz

14:15 80
.

Kral Bukinqem sarayını TƏRK EDİR

Böyük Britaniya kralı II Çarlz Bukinqem sarayını tərk edir. Kral sarayda aparılan 10 illik bərpa işləri başa çatdıqdan sonra da oraya köçməyəcək. O, Londondakı Klarens Haus iqamətgahında yaşamağa davam edəcək. Bizim.Media xəbər verir ki, bu qərarla Bukinqem sarayının təxminən iki əsrdir Britaniya monarxlarını

12:00 156
.

ABŞ İran gəmisinin heyətini azad edib

ABŞ ordusu Oman körfəzində ələ keçirilən İranın "Touska" gəmisinin 22 heyət üzvü azad edib. "Report" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. Qeyd olunub ki, bütün heyət üzvləri Pakistanın Karaçi şəhərindəki İran konsulluğunun nümayəndəsinə təhvil verilib

26.06.2026 260
.

Kadir İnanır vəfat edib

Kadir İnanır vəfat edib. NTV-nin xəbərinə görə, uzun müddətdir müalicə alan türkiyəli məşhur aktyor Kadir İnanır 77 yaşında vəfat edib

26.06.2026 549
.

TOP MP3