Naxçıvanda avtobuslar kart sisteminə keçir
Naxçıvan Muxtar Respublikasında ictimai nəqliyyat sisteminin müasirləşdirilməsi və sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində növbəti mühüm addım atılır.
Oxu.Az NUHÇIXAN-a istinadla xəbər verir ki, bu çərçivədə Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC tərəfindən ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqi ilə bağlı təlimlərə başlanılıb.
Yeni sistem gediş haqqının bank kartları və xüsusi nəqliyyat kartları vasitəsilə ödənilməsinə imkan yaradaraq ödəniş prosesini daha rahat, operativ və şəffaf edəcək.
Layihənin uğurla həyata keçirilməsi məqsədilə avtobus sürücüləri və aidiyyəti əməkdaşlar üçün xüsusi təlimlər təşkil olunur. Təlimlər zamanı ödəniş terminallarından düzgün istifadə qaydaları, sərnişinlərə xidmət standartları, eləcə də yeni sistemin texniki və funksional xüsusiyyətləri barədə ətraflı məlumat verilir.
İlkin mərhələdə nəqliyyat kartlarının satışı və kart balansının artırılması Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-nin şəhər ərazisində fəaliyyət göstərən bütün poçt şöbələrində həyata keçiriləcək. Gələcək mərhələlərdə isə bu xidmət şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Nağdsız ödəniş sisteminin tətbiqi nəqliyyat sahəsində rəqəmsal transformasiya prosesinin mühüm tərkib hissəsidir. Bu yenilik həm maliyyə əməliyyatlarının şəffaflığını artıracaq, həm də sərnişinlər üçün daha təhlükəsiz, sürətli və rahat xidmət mühiti formalaşdıracaq.
Yeni sistemin tətbiqi ictimai nəqliyyat xidmətlərinin müasir standartlara uyğunlaşdırılmasına, vətəndaş məmnuniyyətinin artırılmasına və rəqəmsal xidmətlərin genişləndirilməsinə mühüm töhfə verəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 145 Tarix: 29 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKeir Starmer NATO-nun baş katibi ola bilər
Keir Starmer gələcəkdə NATO-nun baş katibi postuna namizəd ola bilər. Məlumata görə, 2028-ci ildə baş katib vəzifəsinin yenidən vakant olacağı dövrdə Starmerin bu posta maraq göstərdiyi iddia edilir. Bildirilir ki, bu planın reallaşması üçün o, baş nazirlikdən ayrıldıqdan sonra da House of Commons-d
12:22 198 İlham Əliyev: "TDT layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır"
"Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Birinc
13:30 181 Azərbaycanda ilin sonunadək kripto haqqında qanun təsdiqlənə bilər
"Azərbaycan Mərkəzi Bankı (AMB) 2027-2030-cu illəri əhatə edəcək yeni maliyyə sektorunun inkişaf strategiyası hazırlayır. Strategiyada rəqəmsallaşma və süni intellekt əsas prioritetlərdən olacaq". xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyala
14:00 191 Tramp Peleni geridə qoyan yeganə futbolçunun adını çəkdi
ABŞ prezidenti bildirib ki, yalnız Lionel Messi əfsanəvi braziliyalıdan daha yaxşı hesab olunmağa layiqdir. ABŞ prezidenti Donald Tramp tarixin ən görkəmli futbolçuları haqqında fikirlərini bölüşüb və əfsanəvi Peleni geridə qoyan oyunçunun adını çəkib. -ın xarici mediaya istinadən xəbərinə görə, amerikal
16:00 158 Hörmüz boğazında gəmiçiliyin tam bərpası aylarla vaxt apara bilər
Hörmüz boğazında minaların təmizlənməsi zərurəti bölgədə atəşkəsin qüvvədə qalacağı halda belə, beynəlxalq dəniz daşımalarının qısa müddətdə əvvəlki səviyyəyə qayıtmasına imkan verməyəcək. BİG.AZ Financial Times-a istinadən xəbər verir ki, bunu Yaponiyanın NYK Line şirkətinin prezidenti Takaya Soga bildirib
12:39 203 Yaponiyalı deputat Şahzadə Ayko barədə dediyi sözlərə görə üzr istəyib
Yaponiyada hakim Liberal-Demokrat Partiyasının deputatı Şahzadə Aykonun taxta çıxması ilə bağlı səsləndirdiyi fikirlərə görə böyük qalmaqala səbəb olub. -ya istinadən xəbər verir ki, deputat Hirofumi Nakasone Şahzadə Ayko taxt-tacı miras alacağı təqdirdə heç kimin onunla evlənməyəcəyini dediyi üçün üz
17:30 78 XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"
"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur". xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquq
12:00 183 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 30-u və iyulun 1-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan
17:24 85 Məşhur şairin oğlu vəfat etdi
Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib. xəbər verir ki, bununla bağlı sosial şəbəkədə yaxınları məlumat paylaşıb. Bildirilib ki, o, ötən gün 80 yaşında dünyasını dəyişib. Qeyd edək ki, A.Rüstəmzadə Süleyman Rüstəmin yeganə övladıdır. Onun bir oğlu, bir qızı var. A.Rüstəmzadə ərə
15:45 177