Səyahət sığortası nədir?
"Səyahət sığortası sığorta məhsulları arasında ən vacib və əldə edilməsi zəruri olan xidmətlərdən biridir. Təəssüf ki, Azərbaycanda bu məhsula maraq hələ də kifayət qədər aşağı səviyyədədir". Bunu BiG.AZ-a açıqlamasında sığorta üzrə mütəxəssis Şahin İszmayılov bildirib.
O qeyd edib ki, şengen ölkələrinə səfər etməyi planlaşdıran vətəndaşlar viza müraciəti zamanı səyahət sığortasını məcburi qaydada təqdim etməlidirlər: "Əks halda, onların viza müraciəti rədd edilir. Lakin digər qonşu və ya uzaq ölkələrə səfərlərdə belə bir tələb olmadığından, əksər insanlar səyahət sığortası almağa ehtiyac duymurlar.
Halbuki hər bir vətəndaş bilməlidir ki, xarici ölkədə baş verə biləcək gözlənilməz hadisə zamanı səyahət sığortası onun ən böyük təminatçısına çevrilə bilər. Xaricdə tibbi xidmətlərin qiyməti əksər hallarda çox yüksək olduğundan, qəfil xəstəlik, bədbəxt hadisə və ya təcili tibbi müdaxilə böyük maliyyə yükü yarada bilər. Səyahət sığortası isə bu xərclərin əhəmiyyətli hissəsini qarşılayaraq vətəndaşı həm maddi, həm də psixoloji baxımdan çətin vəziyyətdən qoruyur. Məhz buna görə də ölkə hüdudlarını tərk edən hər bir şəxs səyahət sığortasını vacib təhlükəsizlik vasitəsi kimi qiymətləndirməlidir.
2026-cı il yanvarın 1-dən etibarən Gürcüstanda qüvvəyə minən yeni qanuna əsasən, ölkəyə daxil olan bütün xarici ölkə vətəndaşlarının etibarlı səyahət sığortasına malik olması məcburidir.
Bu qərar Azərbaycan vətəndaşlarının bir qismi üçün gözlənilməz oldu və müəyyən narazılıq doğurdu. Çünki minlərlə vətəndaşımız Gürcüstana iş, təhsil, müalicə, biznes və qohumluq əlaqələri səbəbindən uzunmüddətli səfərlər edir. Belə hallarda uzunmüddətli səyahət sığortasının dəyəri xüsusilə ailə üzvləri ilə birlikdə səfər edənlər üçün kifayət qədər yüksək məbləğ təşkil edir və əlavə maliyyə yükü yaradır.
Lakin məsələyə digər prizmadan baxdıqda, bu tələbin ilk növbədə vətəndaşların təhlükəsizliyinə xidmət etdiyi görünür. Çünki heç kim gözlənilməz qəza, xəstəlik və ya digər risklərdən sığortalanmayıb. Belə vəziyyətlərdə sığorta şirkətləri yaranan tibbi və digər zəruri xərclərin qarşılanmasında mühüm rol oynayır. Buna görə də səyahət sığortasına əlavə xərc kimi deyil, xaricdə baş verə biləcək risklərə qarşı maliyyə təminatı və şəxsi təhlükəsizliyin ayrılmaz hissəsi kimi yanaşmaq daha doğru olardı".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 358 Tarix: 29 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMinlərlə izləyicisi var, amma təkdir - DİQQƏTÇƏKƏN AÇIQLAMA
Sosial şəbəkələr artıq yalnız insanların bir-biri ilə əlaqə saxladığı platformalar deyil. İnsanlar həyatlarının müxtəlif anlarını minlərlə izləyicisi ilə bölüşür, istifadə etdikləri məhsulları və getdikləri məkanları tanıdaraq gəlir əldə edirlər. Lakin sosial mediada böyük auditoriyaya sahib olmaq rea
30.09.2026 324 İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30.09.2026 203 Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30.09.2026 346 Metsamor AES-in fəaliyyətinin uzadılması narahatlıq doğurur - Ekspert
"Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması və gələcəkdə yeni nüvə enerji blokunun yaradılması ilə bağlı beynəlxalq dəstək alması ciddi suallar doğurur". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. Eksperti
30.09.2026 190 MegaSec ADEX 2026 sərgisində ilk dəfə iştirak edəcək-VİDEO
MegaSec MMC ilk dəfə ADEX 2026 beynəlxalq müdafiə sərgisində iştirak edəcək. xəbər verir ki, şirkətdən verilən məlumata görə, sərgi 30 sentyabr - 2 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. MegaSec sərginin 4-cü pavilyonunda yerləşən stendində müasir texnologiyalarını nümayi
30.09.2026 243 Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?
Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca
30.09.2026 196 Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30.09.2026 287 Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA
Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is
30.09.2026 424 Ev almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər
"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür
30.09.2026 218