Pakistan-Əfqanıstan gərginliyi böyüyür: Region yeni münaqişə riski ilə üz-üzədir - POLİTOLOQDAN AÇIQLAMA
Pakistan və Əfqanıstan arasında son günlər yenidən alovlanan hərbi qarşıdurma regionda təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Pakistan ordusunun sərhədin Əfqanıstan tərəfində silahlı qruplaşmalara qarşı əməliyyat keçirdiyini bildirməsi, Əfqanıstanın isə zərbələr nəticəsində mülki şəxslərin həlak olduğunu iddia etməsi iki ölkə arasında gərginliyi daha da dərinləşdirib.
Qarşılıqlı ittihamlar və davam edən silahlı toqquşmalar fonunda ekspertlər xəbərdarlıq edirlər ki, münaqişənin genişlənməsi bütün Cənubi Asiya regionunun sabitliyinə təsir göstərə bilər.
Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Pakistan və Əfqanıstan arasında yaşanan gərginliyin əsas səbəbi sərhəd təhlükəsizliyi və silahlı qruplaşmalar məsələsidir. Onun sözlərinə görə, hər iki tərəf bir-birini sərhəd bölgəsində fəaliyyət göstərən silahlı dəstələrə dəstək verməkdə ittiham edir ki, bu da münasibətləri daha da gərginləşdirir: "Hazırkı vəziyyətin uzunmüddətli hərbi müharibəyə çevrilməsi ehtimalı aşağı olsa da, sərhəddə lokal toqquşmaların davam etməsi mümkündür. Əgər tərəflər arasında diplomatik dialoq bərpa olunmasa və qarşılıqlı etimadın artırılması istiqamətində addımlar atılmasa, bu gərginlik təkcə Pakistan və Əfqanıstan üçün deyil, bütün Cənubi Asiya regionunun təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Bundan əlavə, terror qruplaşmalarının yaranmış vəziyyətdən istifadə etməsi riski də artır. Buna görə də beynəlxalq vasitəçilərin prosesə cəlb edilməsi və siyasi dialoqun gücləndirilməsi vacib hesab olunur".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 131 Tarix: 29 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNəriman Həsənzadənin SON DURUMU
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan -a verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır. Bildirilib ki, Nəriman Həsənzadənin kompleks müalicəsi davam edir. Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığ
13:45 210 Ərdoğan: "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil"
"1926-cı ildə baş tutan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil". "Report"a istinadən xəbər verir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsini
14:30 151 Azərbaycanda ilin sonunadək kripto haqqında qanun təsdiqlənə bilər
"Azərbaycan Mərkəzi Bankı (AMB) 2027-2030-cu illəri əhatə edəcək yeni maliyyə sektorunun inkişaf strategiyası hazırlayır. Strategiyada rəqəmsallaşma və süni intellekt əsas prioritetlərdən olacaq". xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyala
14:00 170 Tramp Peleni geridə qoyan yeganə futbolçunun adını çəkdi
ABŞ prezidenti bildirib ki, yalnız Lionel Messi əfsanəvi braziliyalıdan daha yaxşı hesab olunmağa layiqdir. ABŞ prezidenti Donald Tramp tarixin ən görkəmli futbolçuları haqqında fikirlərini bölüşüb və əfsanəvi Peleni geridə qoyan oyunçunun adını çəkib. -ın xarici mediaya istinadən xəbərinə görə, amerikal
16:00 122 Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1500-ə yaxınlaşıb, xilasetmə işləri davam edir
Xilasetmə qrupları bazar günü Venesuelada bu həftə baş verən iki güclü zəlzələdən sağ qalanları tapmaq üçün yarışa başladılar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, həyat əlamətləri on minlərlə itkin düşmüş şəxsin siyahısını azaltmaq üçün edilən çətin bir işə ara-sıra rahatlıq gətirirdi. Çərşənb
10:53 180 İsrail hökuməti 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıdı
İsrail hökuməti Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında baş vermiş hadisələri, xüsusən də ermənilərin kütləvi qətllərini yekdilliklə "soyqırımı" kimi qəbul edib. -ın "Euronews"a istinadən verdiyi xəbərə görə, bu təşəbbüs İsrailin xarici işlər naziri Gideon Saar tərəfində
11:30 172 Rusiya Ukraynanın "qala kəməri"nin qapılarına zərbələr endirir
Rusiya, 1200 km-lik cəbhə xəttinin qalan hissəsindəki irəliləyişləri əsasən dayansa da, Kremlin uzun müddətdir ki, Ukraynanın şərqindəki "qala qurşağı"nda əsas qala olan Kostyantinovkaya doğru irəliləyir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, döyüşlər şəhərin özünə sızmağa başlayıb. Ukraynanı
10:32 180 Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi bildirib ki, "Saudi Aramco" helikopterinin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub
Səudiyyə Ərəbistanının neft nəhəngi Aramco şirkətinə məxsus helikopter, Dövlət xəbər agentliyinin verdiyi məlumata görə, bazar günü Səudiyyə Ərəbistanının şərq sahilində, Hörmüz boğazının qərbində, Ras Tanurada qəzaya uğrayan təyyarə 14 vətəndaşın ölümünə səbəb olub. BİG.AZ Reuters-ə istinadən xəbə
11:02 180 Keir Starmer NATO-nun baş katibi ola bilər
Keir Starmer gələcəkdə NATO-nun baş katibi postuna namizəd ola bilər. Məlumata görə, 2028-ci ildə baş katib vəzifəsinin yenidən vakant olacağı dövrdə Starmerin bu posta maraq göstərdiyi iddia edilir. Bildirilir ki, bu planın reallaşması üçün o, baş nazirlikdən ayrıldıqdan sonra da House of Commons-d
12:22 194