Boşanmış qadınlar niyə hələ də qınaq hədəfindədir? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmış qadınlar niyə hələ də qınaq hədəfindədir? - PSİXOLOQDAN AÇIQLAMABoşanmış qadınlara münasibət cəmiyyətdə hələ də birmənalı deyil. Bir çox hallarda onlar qərəzli münasibət, ittihamlar və müxtəlif stereotiplərlə üzləşirlər. Bəziləri boşanmış qadınlara ciddi ailə qurulacaq insan kimi deyil, yalnız müvəqqəti münasibət üçün uyğun biri kimi yanaşır, subay kişinin boşanmış qadınla evlənməsini isə tənqid edir.

Nəticədə, boşanmış qadınlar yenidən ailə qurmaq istəyərkən cəmiyyətin qınağı, qərəzli yanaşması və ikili standartları ilə qarşılaşırlar. Bu stereotiplər haradan qaynaqlanır və onların insanların həyatına təsiri nə dərəcədə böyükdür?
Boşanmış qadınlar niyə hələ də qınaq hədəfindədir? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bu cür yanaşmalar fərdi seçimdən çox, cəmiyyətin kollektiv düşüncə modelləri ilə bağlıdır. Onun sözlərinə görə, boşanmış qadına qarşı formalaşan stereotiplər adətən "namus" anlayışının yanlış yozulmasından və qadın dəyərinin münasibət statusu ilə ölçülməsindən qaynaqlanır: "Bu da patriarxal dəyərlərdən qalma yanaşmadır, yəni cəmiyyətin şüur səviyyəsinin inkişafdan qalmasının göstəricisidir. Kütləvi şüurun bu kimi mövzulara qarşı uzun illər formalaşmış stereotiplərinin dəyişməsi üçün, qadının iqtisadi müstəqilliyi, insanların psixoloji maariflənməsi, medianın rolu, boşanmış qadın və kişilər üçün hüquqi qoruma, psixoloji dəstək və sosial imkanların güclənməsi, sürətli şəkildə baş verməsi vacibdir. Əvvəl evlilikdə "ömür boyu davam etməlidir" düşüncəsi dominant idi. Sonra "sağlamdırsa davam etməlidir" düşüncəsi gücləndi.

Məsələn, ABŞ da bu mövzu hələ 1960 ci ildən mərhələli şəkildə başlayaraq, 1970- ci ildə artıq nəticəsini göstərdi. Bu dəyişiklik ABŞ cəmiyyətinə boşanmanı həyat təcrübəsi kimi qəbul etməyi öyrətdi. Önəmli olan məsələ odur ki, ABŞ qanunlarında boşanma ilə bağlı böyük dəyişikliklər oldu. Xüsusilə "no-fault divorce" sistemi yayıldı. Yəni, tərəflərdən biri mütləq günahkar elan olunmadan boşanmaq mümkün oldu. Bu, isə boşanmanın sosial yükünü azaltmış oldu. Dediyiniz kimi " boşanmış qadın " yox, həyat təcrübəsi olan insan kimi yanaşma formalaşdı".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 136   Tarix: 30 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Venesuela zəlzələsində ölənlərin sayı 1700-ü keçdi

Venesuelada ötən həftə baş verən dağıdıcı zəlzələlərdən bəri 1700- dən çox insan ölüb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, sağ qalanların axtarışına müxtəlif ölkələrdən gələn onlarla xilasetmə heyəti ilə yanaşı, digər kiçik qəhrəmanlar da bu kimi vəziyyətlər üçün xüsusi təlim keçmiş itlər irəlilədilər

10:47 100
.

Ukraynada azərbaycanlı tələbə həlak oldu

Rusiyanın Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində azərbaycanlı tələbə həlak olub. Axşam.az xəbər verir ki, Xarkov Tibb Universitetinin altıncı kurs tələbəsi Fatimə Hüseynova raket zərbələri nəticəsində həyatını itirib. Qeyd edək ki, son günlərdə Rusiya və Ukraynanın bir-birinə hava hücumlarını

10:10 151
.

Azərbaycan builki "Uşaq Avroviziya"da iştirak etməyəcək

Azərbaycan bu ilin oktyabrında Maltada təşkil ediləcək "Uşaq Avroviziya" mahnı müsabiqəsində iştirak etməyəcək. "Qafqazinfo" "Eurovoix" portalına istinadən xəbər verir ki, bu barədə məlumatı İctimai Televiziyanın (İTV) mətbuat xidmətinin rəhbəri Turab Teymurov təsdiqləyib

10:47 104
.

Avropa İttifaqında Xarici Fəaliyyət Xidmətinin ləğvi müzakirə olunur

Avropa İttifaqının (Aİ) bir qrup məmuru Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) fəaliyyətinin dayandırılmasını tələb edir. xəbər verir ki, bu məlumatı Avropanın "Politico" nəşri öz mənbələrinə əsaslanaraq yayıb. "Həm Avropa Şurasında, həm də Avropa Komissiyasında Avropa Xarici Fəaliyyə

29.06.2026 296
.

İsrailə qarşı kiberhücumlar kəskin artıb: Təl-Əviv Tehranı ittiham etdi

"Bu il İranın İsrailə qarşı kiberhücumlarının sayı kəskin artıb". xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək rütbəli İsrail təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb. İsrailin Milli Kibertəhlükəsizlik İdarəsinin baş direktoru Yossi Karadi bildirib ki, 2025-ci ili

29.06.2026 280
.

Vitkoff İranla danışıqlar üçün Dohaya gedir

ABŞ-ın iki rəsmisinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İran danışıqlarının bu gün Qətərdə keçirildiyini və onun nümayəndəsi Stiv Vitkoffun paytaxt Dohaya gedəcəyini bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, yaxı

10:39 115
.

Tehran təkzib etdi: "Dohada görüş olmayacaq"

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu həftə Dohada Birləşmiş Ştatlarla texniki məsləhətləşmələrin başlaması ilə bağlı yayılan məlumatları təkzib edib. xəbər verir ki, bu barədə diplomat jurnalistlərə açıqlamasında bildirib. "Bu həftə işçi qrupların texniki iclaslarının keçirilməs

29.06.2026 253
.

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 30-u və iyulun 1-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan

29.06.2026 292
.

Tramp ABŞ üçün əsas təhlükədən danışdı: "Kommunizmi biz dayandıracağıq"

ABŞ Prezidenti Donald Tramp kommunizmi onun ölkəsi üçün əsas təhlükə adlandırıb. -ın xəbərinə görə, bu barədə Tramp "Truth Social" hesabında yazıb. ABŞ liderinin sözlərinə görə, kommunizm hər iki dünya müharibəsindən, Yaponiyanın Perl-Harbora zərbəsindən və 11 sentyabr 2001-ci ildə Nyu-Yorkd

29.06.2026 255
.

TOP MP3