Güzəştli ipoteka kreditləri: Şərtlərin sadələşdirilməsinin vaxtı çatıb? - İQTİSADÇIDAN AÇIQLAMA

Güzəştli ipoteka kreditləri: Şərtlərin sadələşdirilməsinin vaxtı çatıb? - İQTİSADÇIDAN AÇIQLAMAGüzəştli ipoteka kreditləri minlərlə ailənin mənzil sahibi olması üçün nəzərdə tutulsa da, bu imkandan yararlana bilənlərin sayı hələ də məhduddur. Vətəndaşlar hesab edirlər ki, mövcud şərtlər, o cümlədən ilkin ödəniş tələbi, gəlir meyarları və müraciət prosedurları bir çox insanın güzəştli ipotekadan faydalanmasına mane olur.

Digər tərəfdən, güzəştlərin daha da genişləndirilməsinin dövlət büdcəsinə və mənzil bazarına təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəs güzəştli ipoteka kreditləri hazırkı şərtlərlə nə dərəcədə sərfəlidir? Şərtlərin sadələşdirilməsinə ehtiyac varmı və bu addım daha çox vətəndaşın mənzil sahibi olmasına şərait yarada bilərmi?
Güzəştli ipoteka kreditləri: Şərtlərin sadələşdirilməsinin vaxtı çatıb? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, hazırda güzəştli ipoteka kreditləri bazar şərtləri ilə müqayisədə daha əlverişli hesab olunsa da, onların az təminatlı ailələrin büdcəsinə tam uyğun olduğunu söyləmək çətindir. Onun sözlərinə görə, kredit üzrə illik faiz dərəcəsinin aşağı olması aylıq ödənişi nisbətən azaltsa da, mənzilin qiyməti, ilkin ödəniş və kredit məbləği ailənin maliyyə yükünü müəyyən edən əsas amillərdir: "Güzəştli dövlət ipotekasında illik faiz dərəcəsi 4%, kredit müddəti isə 30 ilədək nəzərdə tutulur.

Məsələn, 100 min manat məbləğində, 30 il müddətinə və 4 faiz illik faizlə götürülən güzəştli ipoteka üzrə aylıq ödəniş təxminən 475-480 manat təşkil edir. Kredit məbləği artdıqca aylıq ödəniş də yüksəlir. Bu məbləğə kommunal xərclər, mənzilin saxlanılması və digər ailə xərcləri əlavə olunduqda, xüsusilə aşağı gəlirli ailələr üçün maliyyə yükü kifayət qədər yüksək ola bilər.

Bu baxımdan, güzəştli ipoteka şərtləri bazar kreditləri ilə müqayisədə əlverişli olsa da, az təminatlı ailələrin əhəmiyyətli hissəsi üçün əsas çətinlik aşağı faiz deyil, sabit və kifayət qədər gəlirin, eləcə də tələb olunan ilkin ödənişin təmin edilməsidir. Buna görə də bu proqramlardan daha çox müntəzəm gəlirə malik ailələr yararlana bilir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 129   Tarix: 30 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Venesuela zəlzələsində ölənlərin sayı 1700-ü keçdi

Venesuelada ötən həftə baş verən dağıdıcı zəlzələlərdən bəri 1700- dən çox insan ölüb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, sağ qalanların axtarışına müxtəlif ölkələrdən gələn onlarla xilasetmə heyəti ilə yanaşı, digər kiçik qəhrəmanlar da bu kimi vəziyyətlər üçün xüsusi təlim keçmiş itlər irəlilədilər

10:47 100
.

Ukraynada azərbaycanlı tələbə həlak oldu

Rusiyanın Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində azərbaycanlı tələbə həlak olub. Axşam.az xəbər verir ki, Xarkov Tibb Universitetinin altıncı kurs tələbəsi Fatimə Hüseynova raket zərbələri nəticəsində həyatını itirib. Qeyd edək ki, son günlərdə Rusiya və Ukraynanın bir-birinə hava hücumlarını

10:10 151
.

Azərbaycan builki "Uşaq Avroviziya"da iştirak etməyəcək

Azərbaycan bu ilin oktyabrında Maltada təşkil ediləcək "Uşaq Avroviziya" mahnı müsabiqəsində iştirak etməyəcək. "Qafqazinfo" "Eurovoix" portalına istinadən xəbər verir ki, bu barədə məlumatı İctimai Televiziyanın (İTV) mətbuat xidmətinin rəhbəri Turab Teymurov təsdiqləyib

10:47 104
.

Avropa İttifaqında Xarici Fəaliyyət Xidmətinin ləğvi müzakirə olunur

Avropa İttifaqının (Aİ) bir qrup məmuru Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) fəaliyyətinin dayandırılmasını tələb edir. xəbər verir ki, bu məlumatı Avropanın "Politico" nəşri öz mənbələrinə əsaslanaraq yayıb. "Həm Avropa Şurasında, həm də Avropa Komissiyasında Avropa Xarici Fəaliyyə

29.06.2026 296
.

İsrailə qarşı kiberhücumlar kəskin artıb: Təl-Əviv Tehranı ittiham etdi

"Bu il İranın İsrailə qarşı kiberhücumlarının sayı kəskin artıb". xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək rütbəli İsrail təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb. İsrailin Milli Kibertəhlükəsizlik İdarəsinin baş direktoru Yossi Karadi bildirib ki, 2025-ci ili

29.06.2026 280
.

Vitkoff İranla danışıqlar üçün Dohaya gedir

ABŞ-ın iki rəsmisinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İran danışıqlarının bu gün Qətərdə keçirildiyini və onun nümayəndəsi Stiv Vitkoffun paytaxt Dohaya gedəcəyini bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, yaxı

10:39 115
.

Tehran təkzib etdi: "Dohada görüş olmayacaq"

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu həftə Dohada Birləşmiş Ştatlarla texniki məsləhətləşmələrin başlaması ilə bağlı yayılan məlumatları təkzib edib. xəbər verir ki, bu barədə diplomat jurnalistlərə açıqlamasında bildirib. "Bu həftə işçi qrupların texniki iclaslarının keçirilməs

29.06.2026 253
.

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 30-u və iyulun 1-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan

29.06.2026 292
.

Tramp ABŞ üçün əsas təhlükədən danışdı: "Kommunizmi biz dayandıracağıq"

ABŞ Prezidenti Donald Tramp kommunizmi onun ölkəsi üçün əsas təhlükə adlandırıb. -ın xəbərinə görə, bu barədə Tramp "Truth Social" hesabında yazıb. ABŞ liderinin sözlərinə görə, kommunizm hər iki dünya müharibəsindən, Yaponiyanın Perl-Harbora zərbəsindən və 11 sentyabr 2001-ci ildə Nyu-Yorkd

29.06.2026 255
.

TOP MP3