Böyrək sağlamlığı üçün ən faydalı 9 məhsul
Böyrəklər orqanizmdə qanın filtrasiyası, arterial təzyiqin tənzimlənməsi və maye balansının qorunmasında mühüm rol oynayır.
Qaynarinfo xəbər verir ki, "Prevention" nəşrinin yazdığına görə, diyetoloqlar və nefroloqlar böyrəklərin qorunması üçün düzgün qidalanmanın vacibliyini vurğulayırlar.
"Böyrəklərin əsas funksiyalarından biri maddələr mübadiləsi nəticəsində yaranan tullantıların orqanizmdən çıxarılmasıdır. Bəzi qidalardan yaranan tullantılar böyrəklər üçün digərlərinə nisbətən daha az yükləyici olur", deyə diyetoloq Melanie Betz bildirib.
Mütəxəssislərə görə, xüsusilə böyrək xəstəlikləri olan və ya risk qrupuna daxil olan insanlar üçün düzgün qida seçimi daha böyük əhəmiyyət daşıyır.
Aşağıda böyrək sağlamlığı üçün ən faydalı 9 məhsul təqdim olunur:
1. Qaragilə (çernika)
Qaragilə güclü antioksidant olan antosianlarla zəngindir. "Nutrients" jurnalında dərc olunan araşdırmalara görə, bu maddələr hüceyrələri oksidativ stresdən və iltihabdan qoruyur. Nefroloq Blake Shusterman bildirir ki, qaragilədə kalium, fosfor və natriumun az olması onu böyrək xəstələri üçün təhlükəsiz meyvəyə çevirir.
2. Gül kələm
Gül kələm C vitamini, lif və iltihabəleyhinə maddələrlə zəngindir və böyrəklərə əlavə yük yaratmır. Nefroloq Stephanie Diaz qeyd edir ki, bu tərəvəz kartofa yaxşı alternativdir və aşağı kalium tərkibinə görə böyrək xəstələri üçün uyğundur.
3. Sarımsaq və göyərti
Sarımsaq tərkibindəki allisin maddəsi ilə iltihabı azaldır və arterial təzyiqin tənzimlənməsinə kömək edir. Rozmarin, kəklikotu, oregano, cəfəri və keşniş kimi göyərtilər yeməklərə duzsuz dad qataraq böyrəklərin qorunmasına dəstək verir.
4. Qırmızı bolqar bibəri
Qırmızı bibər kaliumu az olan tərəvəzlərdəndir və A, C, B6 vitaminləri ilə zəngindir. Tərkibindəki likopen güclü antioksidantdır və böyrək hüceyrələrini zədələrdən qorumağa kömək edir.
5. Zeytun yağı
Zeytun yağı monodoymamış yağlar və antioksidantlarla zəngindir, iltihabı azaldır. Ürək-damar sağlamlığını qorumaqla dolayı yolla böyrəklərə də müsbət təsir göstərir. Həmçinin tərkibində fosfor yoxdur.
6. Alma
Alma az kaliumlu meyvədir və liflə zəngindir. Oksidativ stresi azaldaraq böyrək funksiyasını dəstəkləyə bilər.
7. Üzüm
Qırmızı və bənövşəyi üzüm flavonoidlər və resveratrol kimi antioksidantlarla zəngindir. Araşdırmalar bu maddələrin damar sağlamlığını və böyrək funksiyasını yaxşılaşdıra biləcəyini göstərir.
8. Qızılbalıq
Qızılbalıq keyfiyyətli zülal və omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr iltihabı azaldır və böyrəklər üçün daha "yüngül" protein mənbəyi hesab olunur.
9. Ağ düyü
Ağ düyü fosfor və kaliumu az olan taxıldır və böyrək xəstələri üçün uyğun garnir sayılır. O, asan həzm olunur və orqanizmə enerji verir.
Mütəxəssislər qeyd edirlər ki, xüsusilə xroniki böyrək xəstəlikləri olan şəxslər zülal və mineral qəbulunu həkim nəzarəti altında tənzimləməlidirlər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXərçəngə qarşı fərdiləşdirilmiş vaksinlərdə mühüm irəliləyiş
"Moderna" və "Merck" tərəfindən hazırlanan fərdiləşdirilmiş mRNA xərçəng vaksini yüksək riskli melanoma xəstələri üzərində aparılan son mərhələ klinik sınaqda müsbət nəticə göstərib. xəbər verir ki, vaksin "Merck"in Keytruda immunoterapiyası ilə birlikdə istifadə olunu
23.08.2026 168 Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?
Dünyada milyonlarla insan axşam saat 6-dan sonra yeməyin artıq çəkiyə səbəb olub-olmadığını düşünür. Bu məsələ xüsusilə gec saatlara qədər işləyən insanlar üçün aktualdır. Qaynarinfo xəbər verir ki, bəziləri orqanizmə zərər vermək qorxusundan acqarına yatmağa üstünlük verir. Lakin alimlər bildirirlə
24.08.2026 342 Həkimdən xəbərdarlıq: Baş və boyun xərçənginin bu əlamətlərini görməzliyə vurmayın
"Baş və boyun xərçəngi ağız boşluğu, udlaq, qırtlaq, burun boşluğu və burunətrafı ciblərdə yaranan bədxassəli şişlər qrupunun ümumi adıdır". Ölkə.az " "ya istinadla xəbər verir ki, bu barədə rusiyalı kəkim-otorinolarinqoloq Andrey Makarin-Kibak danışıb. Onun sözlərinə görə, xəstəli
11.08.2026 506 Ürəyiniz üçün portağal yeyin
Portağal həm dadlı, həm də sağlamlıq baxımından olduqca qiymətli sitrus meyvəsidir. Xüsusilə beyin və ürək sağlamlığının qorunmasında mühüm rol oynayan qida maddələri ilə zəngindir. BİG.AZ xəbər verir ki, gün ərzində bir dəfə yemək sağlamlığınıza müsbət təsir edə bilər. Mütəxəssislər bildirir ki, b
24.08.2026 293 Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər
Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır. xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarında ayaqyalın gəzməmək və şəxsi dəsmal, başmaqdan istifadə etmək vacibdir. Bu
01.08.2026 372 Dabanınız çatlayırsa, bunu edin
Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər. Axşam.az xəbər verir ki, xüsusilə uzun müddət ayaq üstə qalan, açıq ayaqqab
23.08.2026 331 Yuxusuzluq beyni dəyişdirir: Alimlər düşüncə və emosiyalara təsirini izah etdi
Yuxu pozuntuları, xüsusilə də yuxusuzluq diqqət, qərarvermə və emosiyaların tənzimlənməsinə cavabdeh olan beyin nahiyələrində nəzərəçarpan struktur dəyişikliklərinə səbəb ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" nəşri yeni elmi araşdırmaya istinadən məlumat yayıb. Bildirili
10.08.2026 403 Həkimdən HƏYƏCAN TƏBİLİ: Bağırsaq xərçəngi gəncləşir
Azərbaycanda bağırsaq xərçəngi ilə mübarizədə ən böyük problem təkcə gec diaqnoz deyil. Bunun arxasında maarifləndirmənin kifayət qədər olmaması, insanların ilk simptomları ciddiyə almaması, həkimə gec müraciət etməsi və sosial məsuliyyətin aşağı olması dayanır. Son illər dünyada həkimləri və alimlər
23.08.2026 189 Günəş hər kəsdə D vitaminini artırmır
Yayda günəş işığının D vitamini çatışmazlığını aradan qaldırdığı düşünülsə də, yeni araşdırma bunun hər kəs üçün doğru olmadığını göstərib. Axşam.az xəbər verir ki, bu barədə "ScienceAlert" məlumat yayıb. Nyukasl Universitetinin alimləri 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədə
01.08.2026 314