Xarici kitabların Azərbaycan dilinə tərcüməsindəki problemlər: Çıxış yolu nədir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Xarici kitabların Azərbaycan dilinə tərcüməsindəki problemlər: Çıxış yolu nədir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMASon illər oxucular arasında xarici müəlliflərin əsərlərinə maraq artsa da, rus və ingilis dillərindən Azərbaycan dilinə tərcümə olunan bəzi kitablarda ciddi qüsurlara rast gəlinir. Oxucular tərcümələrin məna itkisi, dil və üslub səhvləri, eləcə də orijinal mətnin ruhunun tam əks etdirilməməsi ilə bağlı narazılıqlarını tez-tez dilə gətirirlər.

Bəs bu problemin əsas səbəbləri nələrdir? Keyfiyyətsiz tərcümələrin qarşısını almaq və oxuculara daha peşəkar nəşrlər təqdim etmək üçün hansı addımlar atılmalıdır?
Xarici kitabların Azərbaycan dilinə tərcüməsindəki problemlər: Çıxış yolu nədir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, hər şeydən əvvəl, tərcümə sahəsindəki köhnə bir mifə birdəfəlik son qoyulmalıdır: xarici dili bilmək hələ bədii ədəbiyyatı tərcümə etmək bacarığı demək deyil. Onun sözlərinə görə, bədii tərcümə sadəcə sözlərin yerini dəyişmək yox, bir ruhu başqa bir bədənə köçürmək, əsəri ana dilində yenidən yaratmaq prosesidir: "Buna görə də əsərlər mütləq yaradıcı təfəkkürə və bədii duyuma malik adamlar tərəfindən tərcümə olunmalıdır. Tərcüməçi xarici dildən öncə öz ana dilinin frazeologiyasını, atalar sözlərini və sinonim zənginliyini mükəmməl bilməlidir ki, "Google Translate" səviyyəli quru, cansız mətndən uzaqlaşa bilsin. Nəşriyyatlar xərcləri azaltmaq üçün təcrübəsiz gənclərə və ya sadəcə dil kursu keçmiş tələbələrə ucuz qonorarla böyük əsərləri etibar etmək vərdişindən əl çəkməli, hər bir müqavilədən əvvəl əsərin ən çətin hissələrindən ibarət iki-üç səhifəlik sınaq tərcüməsi tələb edərək ciddi portfoliolar formalaşdırmalıdırlar.

Lakin ən istedadlı tərcüməçinin mətni belə ikinci bir gözün süzgəcindən keçməlidir. Təəssüf ki, bu gün Azərbaycanda peşəkar redaktor institutu demək olar ki, tamamilə ölüb və kitab istehsalı quru bir konveyer üsuluna çevrilib. Bu problemi həll etmək üçün ana dilinin incəliklərinə vaqif olan redaktor və korrektor sistemini mütləq bərpa etmək lazımdır. Redaktorun əsas funksiyası mətni orijinal variantla müqayisə etməklə bərabər, həm də onu milliləşdirmək - Azərbaycan dilinin qrammatik qanunauyğunluqlarına və daxili musiqisinə uyğunlaşdırmaqdır. Üstəlik, təkcə bədii deyil, elmi və fəlsəfi kitabların tərcüməsinə də sahə mütəxəssisləri - filosoflar, tarixçilər elmi redaktor qismində cəlb olunmalıdır ki, eyni dil ağırlığı və anlaşılmazlıq məktəb dərsliklərinə də sirayət etməsin. Bu gün dərsliklərin uşaq psixologiyasından uzaq, ağır və qəliz dili məhz yaradıcı təfəkkürün və ciddi redaktənin yoxluğundan xəbər verir. Rəsmilərin bu "makulatura" dərsliklərin qüsurunu düzəltmək əvəzinə milləti suçlaması isə sadəcə məsuliyyətdən qaçmaqdır; halbuki dərslik də eynilə bədii əsər kimi uşaq dünyasını duyan sənətkarlar tərəfindən, canlı və aydın bir dillə qələmə alınmalıdır.

Sistemin hüquqi və peşəkar tərəfini tənzimləmək üçün ölkədə kimin hansı səviyyədə tərcümə ilə məşğul olduğunu müəyyən edən vahid mexanizmlər qurulmalıdır. Dövlət Tərcümə Mərkəzi və ya müvafiq qurumlar vasitəsilə bədii, elmi-kütləvi və texniki sahələr üzrə xüsusi akkreditasiya, yəni sertifikatlaşdırma sistemi tətbiq olunmalı, nəşriyyatların istifadəsi üçün peşəkar tərcüməçi və redaktorların rəsmi vahid reyestri yaradılmalıdır. Bu intellektual nəzarət nəşriyyatların daxili məsuliyyəti ilə birləşməlidir. Kitaba sadəcə ticari bir mal kimi baxılmamalı, hər bir ciddi nəşriyyatın daxilində xüsusi Keyfiyyət Şurası (daxili senzura) fəaliyyət göstərməlidir. Əgər bir kitabda kobud tərcümə və korrektor qüsurları kütləvi xarakter daşıyırsa, oxucuya həmin kitabı mağazaya geri qaytarmaq və ya keyfiyyətli nəşrlə dəyişdirmək hüququ verilməlidir ki, bu da nəşriyyatları birbaşa maddi məsuliyyət qarşısında qoysun.

Əlbəttə, keyfiyyətli iş həm də layiqli maddi təminat tələb edir. Bu gün ölkədə tərcüməçilərə verilən vərəqbaşı və ya sözbaşı qonorarın həddindən az olması peşəkar qələm adamlarını bu sahədən uzaqlaşdırır, qalanları isə az qonorarı kompensasiya etmək üçün tələsik, kəmiyyətə qaçaraq işləyirlər. Nəşriyyatlar büdcə bölgüsündə dizayn və marketinqlə yanaşı, tərcümə və redaktə xərclərinə də layiqli pay ayırmalı, uğurlu satılan kitablardan tərcüməçiyə faiz (royalti) verilməsi təcrübəsini genişləndirməlidirlər. Bu maddi stimul yaradıcı canyananlığı artıracaq ən mühüm amildir.

Nəhayət, bu zəncirin son halqası güclü ictimai nəzarət və peşəkar resenziya institutunun formalaşmasıdır. Bərbad tərcümə olunmuş kitablar sükutla qarşılanmamalı, ədəbi tənqidçilər, jurnalistlər və müstəqil blogerlər tərəfindən mütəmadi olaraq sosial və rəsmi mediada linqvistiki təhlillərlə ifşa edilməlidir. İctimai qınaq və anti-reklam qorxusu nəşriyyatları öz brendlərini qorumaq naminə daha diqqətli olmağa vadar edəcək. Yalnız bu addımların birgə tətbiqi həm ədəbiyyatımızı, həm dərsliklərimizi, həm də gələcək mütaliə nəsillərini bu intellektual böhrandan xilas edə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 512   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı

Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçinin 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil oluna

30.09.2026 168
.

Ev almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər

"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür

30.09.2026 196
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 155
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30.09.2026 184
.

Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA

Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is

30.09.2026 370
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 151
.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30.09.2026 154
.

Zelenski cəbhə xəttinə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai

30.09.2026 132
.

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbayca

30.09.2026 166
.