Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfərAzərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixinə nəzər salsaq görərik ki, Azərbaycan Respublikasının Parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün 1992-ci il yanvarın 24-də Avropa Şurasına müraciət edib. 1995-ci ilin fevral ayında AŞPA Bürosu üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 (1994) saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Ölkəmizin bu təşkilata üzv qəbul edilməsi Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsində mümkün olub. Məhz onun təşəbbüsü ilə Azərbaycanda 1993-cü ildən ölüm cəzasına moratorium qoyulub, 1998-ci ildə isə ləğv edilib. Ölüm cəzasının ləğvi və cəza siyasətinin humanistləşdirilməsi Azərbaycanın Avropa ailəsinə qoşulmasını təmin edən mühüm amillərdən biri olmuşdur.
2001-2003-cü illərdə AŞPA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başlanılıb.
Sonrakı illərdən Bakıda Avropa Şurasının bir çox tədbirlərin keçirilməsinə başlanılıb. belə ki, üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransı da böyük əhəmiyyət kəsb edib. 2010-cu il mayın 25-də Bakıda keçirilən Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı da bu baxımdan əlamətdardır. Konfransda Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etmişdi.
Əlamətdar hal kimi qeyd edilməlidir ki, Avropa Şurası Nazirlər Komitəsinin 2014-cü il mayın 6-da Vyanada keçirilmiş 124-cü Sessiyasında Avropa Şurası Nazirlər Komitəsinə Sədrlik Avstriyadan Azərbaycana keçmişdir. 2014-cü ilin iyun ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında nitq söyləmişdir.
Hazırda, Azərbaycan Respublikası Avropa Şurası çərçivəsində qəbul edilmiş 60-dan çox beynəlxalq konvensiyanın iştirakçısıdır. Azərbaycan Respublikası Milli Məclisinin AŞPA-dakı nümayəndə heyəti 6 həqiqi və 6 əvəzedici üzv olmaqla, ümumilikdə 12 üzvdən ibarətdir. Nümayəndə heyəti sessiyanın gündəliyinə uyğun olaraq Azərbaycanın maraq və mənafelərinə xidmət edən təşəbbüslər irəli sürür, müvafiq sənədlər üzrə müzakirələrdə fəal iştirak edir.
Bu baxımdan iyulun 1-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycan Respublikasına işgüzar səfəri ölkəmizlə AŞ arasında əlaqələrin geçişlənməsinə təkan olacaqdır. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək və geniştərkibdə görüşləri keçirilib, ölkə başçısı və AK rəhbəri mətbuata bəyanatla çıxış ediblər.
Mətbuata açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal, dinamik dialoqun olduğunu qeyd edib. Ölkə başçısı Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Hazırda Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Dövlətimizin başçısı öz çıxışında vurğulayıb ki, ticarətin 70 faizdən artığı məhz Azərbaycanın payına düşür. Bildirilib ki, bu gün Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Belə ki, Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz idxal edir və bu coğrafiyanın genişləndirilməsi üçün imkanlar vardır.
Görüş zamanı xüsusi vurğulanıb ki, enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir. Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Azərbaycan bir çox siyasi, diplomatik səylər göstərmişdir və maliyyə yatırımları etmişdir ki, müvafiq infrastruktur yaradılsın və bizim neft-qaz resurslarımız Avropaya yönlənsin. Cənub Qaz Dəhlizi bizim birgə fəaliyyətimizin nəticəsidir".
Hazırda hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır. "Biz həm Azərbaycanda, həm də qonşuluqda infrastruktur layihələrinə böyük sərmayə yatırmışıq, bu işlər davam edir", - deyə dövlətimizin başçısı öz çıxışında vurğulayıb.
Birgə mətbuat konfransında çıxış edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilk növbədə, əlbəttə ki, bu regionda baş verən məsələ - cərəyan edən proses sülh prosesi olduğunu bildirib və tarixi sülh sazişinin parafladığına görə Prezident İlham Əliyevi təbrik edib. "Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin və bu da sabitlik, etimad və birgə firavanlıq üçün yol açır", - deyə o qeyd edib.
AŞ Prezidenti Ursula Fon der Lyayen deyib ki, biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq və bu gün də, hər gün bu istiqamətdə çalışmalıyıq. "Biz bağlantı vasitəsilə sülhü təşviq etmək istərdik", - deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.
Xanım Ursula Fon der Lyayen Azərbaycanın regional sabitliyi və inkişafı irəli apara bilən nadir ölkələrdən olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan özünün strateji əhəmiyyətini və regional nüfuzunu artırır. Bu gün Azərbaycanla Avropa İttifaqı bağlantı sahəsində də yüksəksəviyyəli dialoq həyata keçirir.
Enerji sahəsinin Azərbaycan ilə AŞ arasında tərəfdaşlığın ən vacib sütunlarından biri olduğu qeyd edilib. Vurğulanıb ki, son dövrdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib.
AŞ Prezidenti bildirib ki, Azərbaycan bərpaolunan enerji layihələri icra edir. "Sizin Xəzər dənizində böyük potensialınız var və Azərbaycan təmiz enerji üçün də regionda qovşaq rolunu oynaya bilər", - deyə o əlavə edib.
Görüşdə gələcəkdə Azərbaycanla Avropa İttifaqı arasında ticarətin genişləndirilməsinə toxunulub. Bildirilib ki, Avropa İttifaqı artıq Azərbaycanın ən böyük sərmayəçisi və ticarət tərəfdaşıdır. Bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərin artırılması qərara alınıb.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə mətbuata bəyanatında mühüm məqamlara toxunub. Bildirib ki, AŞ "Qlobal Qapılar" Sərmayə Proqramı vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağdır. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər.
"Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Həmçinin yaxşı olardı ki, burada - Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi üzərində də işləyək. Beləliklə Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik", - Ursula Fon der Lyayen bildirib.
Beləliklə, bu səfər Azərbaycan ilə Aİ arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olaraq tərəflər arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcəkdir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 770   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı

Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçinin 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil oluna

30.09.2026 168
.

Ev almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər

"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür

30.09.2026 196
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 155
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30.09.2026 184
.

Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA

Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is

30.09.2026 370
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 151
.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30.09.2026 154
.

Zelenski cəbhə xəttinə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai

30.09.2026 132
.

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbayca

30.09.2026 166
.