Bir canlı yayımın ortaya çıxardığı acı həqiqətlər
"Gəncə məktəbində baş verən hadisəni təkcə bir şagirdin davranışı kimi deyil, ailə, məktəb və cəmiyyətin ortaq məsuliyyətinin zəifləməsinin nəticəsi kimi qiymətləndirmək daha doğru olar. Ekspertlərin valideyn məsuliyyətini önə çəkməsi əsaslıdır. Lakin problemi yalnız valideyn amili ilə izah etmək onun mahiyyətini tam əks etdirmir və çıxış yolu da təqdim etmir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, ilk növbədə, uşağın şəxsiyyətinin və mənəvi dəyərlərinin formalaşması ailədən başlayır. Valideyn övladının sosial şəbəkələrdə nə paylaşdığını, kimlərlə ünsiyyətdə olduğunu, hansı məzmuna maraq göstərdiyini və internetdən hansı məqsədlərlə istifadə etdiyini izləmirsə, əslində onu rəqəmsal mühitdə nəzarətsiz buraxmış olur. Rəqəmsal savadlılıq bu gün artıq təhsilin deyil, ailə tərbiyəsinin də ayrılmaz hissəsinə çevrilib:
"Digər tərəfdən, hadisənin məktəbdə, dərs zamanı baş verməsi təhsil müəssisəsində nəzarət mexanizmlərinin yetərincə işləmədiyini göstərir. Şagirdin dərs prosesində telefonla canlı yayım açması və nalayiq ifadələr işlətməsi nizam-intizam qaydalarının tətbiqində boşluqlar olduğunu ortaya qoyur. Məktəb yalnız bilik verən müəssisə deyil, həm də davranış mədəniyyətinin formalaşdırıldığı, məsuliyyət hissinin aşılandığı bir mühit olmalıdır.
Bununla yanaşı, sosial şəbəkələrin yaratdığı saxta populyarlıq uğrunda yarış və cəmiyyətdə müşahidə olunan etik aşınma da yeniyetmələrin davranışına ciddi təsir göstərir. Daha çox baxış, bəyənmə və izləyici qazanmaq istəyi bəzi gəncləri diqqət çəkmək naminə qeyri-etik və aqressiv davranışlara sövq edir.
Nəticə etibarilə, bu hadisə ailə, məktəb və cəmiyyət arasında əlaqənin zəiflədiyini göstərən ciddi xəbərdarlıqdır. Problemin həlli tərəflərin bir-birini günahlandırmasında deyil, hər kəsin öz məsuliyyətini dərk etməsindədir. Məktəblərdə daxili nizam-intizam daha effektiv təmin edilməli, valideynlər isə övladlarının rəqəmsal həyatına ən azı real həyatı qədər diqqət göstərməlidirlər.
Bu hadisə sadəcə bir şagirdin qeyri-etik davranışı deyil. O, yetişməkdə olan nəslin rəqəmsal mühitdə nəzarətsiz qalmasının, ailə-məktəb əməkdaşlığının zəifləməsinin və sosial media təsirinin yaratdığı risklərin cəmiyyət üçün ciddi təhlükə siqnalı olduğunu bir daha nümayiş etdirir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 705 Tarix: 01 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678