Yayda hər kəsin geyindiyi bu ayaqqabı təhlükəli ola bilər

Yayda hər kəsin geyindiyi bu ayaqqabı təhlükəli ola bilərYay aylarında ən çox istifadə edilən ayaqqabılardan biri olan barmaqarası şlapanlar (vyetnamkalar) rahat görünsə də, mütəxəssislər onları uzun müddət geyinməyi məsləhət görmürlər. Ortopedlərin sözlərinə görə, bu ayaqqabılardan davamlı istifadə ayaqlarda narahatlıq, pəncə problemləri, barmaq deformasiyası və zədələnmə riskinin artmasına səbəb ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yay mövsümündən sonra nazik barmaqarası şlapan geyinən bir çox pasiyent daban ağrısı və ayaq əzələlərində gərginlikdən şikayət edir.

Ən çox rast gəlinən problemlərdən biri plantar fassiit adlanan xəstəlikdir. Bu, ayaq tağını dəstəkləyən toxumanın iltihabıdır və güclü daban ağrılarına səbəb ola bilər.

Ayağa kifayət qədər dəstək vermir

Barmaqarası şlapanlar ayağı kifayət qədər sabit saxlamır və pəncəni dəstəkləmir. Gəzərkən ayaqqabının ayaqdan çıxmaması üçün insanlar barmaqlarını daha çox sıxmağa məcbur olurlar. Bu isə zamanla əzələlərə, bağlara və vətərlərə əlavə yük salır. Belə ayaqqabıların uzun müddət geyinilməsi xroniki ağrılara, iltihaba və ayaq barmaqlarının formasının dəyişməsinə səbəb ola bilər.

Zədə və infeksiya riski artır

Barmaqarası şlapanlar ayaqları xarici təsirlərdən kifayət qədər qorumur. Bu səbəbdən kəsiklər, infeksiyalar, isti səthlərdən yanıq və yerdəki iti əşyalar nəticəsində yaranan zədələr daha çox baş verə bilər. Bu risk xüsusilə şəkərli diabet və qan dövranı problemləri olan insanlar üçün daha təhlükəlidir.

Hündürdaban barmaqarası şlapanlar daha risklidir

Həkimlər hündürdaban barmaqarası şlapanların daha təhlükəli olduğunu da bildirirlər. Belə ayaqqabılar adi şlapanların qeyri-sabitliyini dabanın hündür olması ilə birləşdirir. Nəticədə ayağın ön hissəsinə düşən yük artır, barmaqların vəziyyəti dəyişə bilər və burxulma, çıxıq kimi zədələrin yaranma ehtimalı yüksəlir.

Barmaqarası şlapanlardan tamamilə imtina etmək lazımdır?

Ortopedlər hesab edirlər ki, bu ayaqqabılardan tamamilə imtina etməyə ehtiyac yoxdur. Onlar çimərlikdə, hovuzda və qısa müddətli istifadə üçün uyğun seçimdir. Lakin uzun gəzintilər və gündəlik istifadə zamanı dabanı sabit saxlayan, ayaq tağını dəstəkləyən ortopedik xüsusiyyətlərə malik ayaqqabılara üstünlük vermək tövsiyə olunur.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 440   Tarix: 05 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pələng onunla video çəkmək istəyən bloqeri parçaladı

Pakistanda "TikTok" üçün video çəkmək istəyən 19 yaşlı gənc pələngin hücumuna məruz qalaraq həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, faciə Lahor şəhəri yaxınlığında yerləşən vəhşi heyvanların yetişdirildiyi fermada baş verib. Məlumata görə, fermada çalışan 19 yaşlı gənc "TikTok"

15.11.2026 349
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. BİG.AZ fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14.11.2026 480
.

Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar

Arılar qışda 35 dərəcə şaxtaya baxmayaraq sağ qala bilirlər. Bunun üçün onlar bədənlərində istilik yaradan xüsusi üsuldan istifadə edirlər. xarici mediaya istinadən xəbər verir ki, yay aylarında hər yerdə rast gəldiyimiz arılar və eşşəkarıları havalar soyuyan kimi sanki birdən-birə yoxa çıxırlar. Laki

15.11.2026 306
.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13.11.2026 508
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12.11.2026 513
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

14.11.2026 744
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14.11.2026 288
.

Honkonqlu milyarderin varisi nəvəsi rusiyalı modellə evlənir

Honkonqun nüfuzlu biznes ailəsinin varisi, 43 yaşlı Erik Fokun 29 yaşlı rusiyalı model Narana Erdıneyeva ilə evlənəcəyi iddia olunur. Axşam.az xəbər verir ki, Çin mediasında cütlüyün qonaqlara göndərdiyi bildirilən toy dəvətnaməsinin fotosu yayılıb. Məlumata görə, toy dekabrın 12-də Honkonqdakı beşulduzl

16.11.2026 571
.

Dünyanın ən qəribə qadağaları açıqlandı

Dünyanın müxtəlif ölkələrində tətbiq olunan bəzi qanunlar eşidənləri təəccübləndirir. Gündəlik həyatda tamamilə adi hesab edilən davranışlar bəzi ölkələrdə cəriməyə, hətta hüquqi məsuliyyətə səbəb ola bilər. Saqqız çeynəməkdən tutmuş göyərçin bəsləməyə, ev heyvanlarının tək saxlanılmasına qədər fərql

13.11.2026 415
.