Bu baş ağrısı həyatınız üçün təhlükəli ola bilər

Bu baş ağrısı həyatınız üçün təhlükəli ola bilərMütəxəssislər xəbərdarlıq edirlər ki, qəfil başlayan və bir neçə saniyə ərzində çox şiddətlənən baş ağrısı həyati təhlükə yaradan vəziyyətin əlaməti ola bilər. Belə hallarda vaxtında tibbi yardım göstərilməsi həyatı xilas edə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkimlər "ildırımvari baş ağrısı" adlandırılan bu vəziyyət miqrendən fərqləndiyini bildirirlər. Ağrı bir dəqiqədən az müddətdə ən yüksək həddə çatır və çox vaxt insanın həyatında hiss etdiyi ən güclü baş ağrısı olur.

Mütəxəssislər bildirirlər ki, ilk dəfə baş verən belə tutmanı qətiyyən görməzliyə vurmaq olmaz.

Hansı xəstəliklərin əlaməti ola bilər?

Belə qəfil və güclü baş ağrısı aşağıdakı həyati təhlükəli vəziyyətlərlə əlaqəli ola bilər:

• Beyin anevrizmasının partlaması;

• Subaraxnoidal beyin qanaxması;

• Beyində qan dövranının digər ciddi pozğunluqları;

• İnsult.

Həkimlər vurğulayırlar ki, bu hallarda vaxtında tibbi yardım göstərilməsi həlledici rol oynaya bilər.

Nə vaxt təcili yardım çağırmaq lazımdır?

Mütəxəssislər aşağıdakı hallarda dərhal təcili tibbi yardım çağırmağı tövsiyə edirlər:

• Güclü baş ağrısı ilk dəfə yaranıbsa;

• Ağrı qəfil başlayıb və çox qısa müddətdə şiddətlənibsə;

• Ağrı sonradan keçsə belə.

Onların sözlərinə görə, simptomlar aradan qalxsa belə, həyati təhlükə yaradan səbəbləri istisna etmək üçün mütləq tibbi müayinədən keçmək lazımdır.

Hər belə ağrı təhlükəli deyil

Həkimlər qeyd edirlər ki, bütün ildırımvari baş ağrıları ağır xəstəliklərlə əlaqəli olmur. Bəzi insanlarda ətraflı müayinədən sonra təhlükəli səbəbi olmayan ilkin ildırımvari baş ağrısı diaqnozu qoyulur.

Lakin bunun təhlükəli olub-olmadığını insanın özünün müəyyən etməsi mümkün deyil. Buna görə də belə əlamət yaranarsa, mütləq həkimə müraciət edilməlidir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 643   Tarix: 05 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17.10.2026 950
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?

07.11.2026 518
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3426
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25.10.2026 908
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 654
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1036
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 1079
.