Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər - Kardioloq açıqladı
Yüksək qan təzyiqi hər zaman nəzərəçarpan əlamətlərlə özünü göstərmir.
Oxu.Az xəbər verir ki, bu barədə RT-yə rusiyalı kardioloq Ella Vinoqradova danışıb.
Həkimin sözlərinə görə, stres və ya ağrı fonunda qan təzyiqinin kəskin yüksəlməsi adətən baş ağrısı, ürəkbulanma, halsızlıq və göz önündə qaraltıların uçuşması kimi əlamətlərlə müşayiət olunur.
Lakin qan təzyiqi tədricən yüksələrək uzun müddət yüksək səviyyədə qalarsa, orqanizm bu vəziyyətə uyğunlaşmağa başlayır. Belə hallarda insan heç bir simptom hiss etməyə və hipertoniyanın inkişafından xəbərsiz ola bilər.
Vinoqradova vurğulayıb ki, hipertoniya fəsadlarına görə olduqca təhlükəli xəstəlikdir.
Onun sözlərinə görə, yüksək qan təzyiqi ürəkdə struktur dəyişikliklərinə, qan damarlarının zədələnməsinə, böyrəklərin fəaliyyətinin pozulmasına, görmə problemlərinə və idrak qabiliyyətinin zəifləməsinə səbəb ola bilər.
Müalicə olunmadıqda isə bu problem ürək və böyrək çatışmazlığı, infarkt, insult, görmə qabiliyyətinin itirilməsi, eləcə də demensiya riskini əhəmiyyətli dərəcədə artırır.
Problemi vaxtında aşkarlamaq üçün kardioloq ev şəraitində mütəmadi olaraq qan təzyiqinin ölçülməsini tövsiyə edir. Bunun üçün üç-yeddi gün ərzində səhər və axşam saatlarında ölçmə aparmaq, nəticələri isə xüsusi gündəlikdə qeyd etmək məsləhətdir.
Əgər tonometr 135/85 mm civə sütunu və ya daha yüksək göstərici qeydə alarsa, müayinə və müvafiq müalicənin təyin edilməsi üçün dərhal kardioloqa müraciət etmək lazımdır.
Hipertoniyanın profilaktikası məqsədilə Vinoqradova balanslı qidalanmağı, duzun, fastfudun, kolbasa məhsullarının və transyağ tərkibli qidaların istehlakını məhdudlaşdırmağı, müntəzəm fiziki aktivliklə məşğul olmağı, siqaret və spirtli içkilərdən imtina etməyi, həmçinin təşviş pozuntuları və yuxu apnoesini vaxtında müalicə etdirməyi tövsiyə edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş5-dən çox yuxu pozğunluğu simptomu insult riskini kəskin artırır
Yuxu problemləri insult riskini 16% artırır. -a istinadən xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. O qeyd edib ki, insult ciddi və həyati təhlükə yaradan təcili vəziyyətdir:. "Bu
02.08.2026 572 50 yaşdan yuxarı insanlar səhər yeməyində nə yeməlidir?
Oyandıqdan sonrakı ilk saatlarda səhər yeməyi yemək qanda şəkərin səviyyəsinə nəzarət, əzələ kütləsinin qorunması və maddələr mübadiləsinin normal fəaliyyəti üçün faydalıdır. Lakin 50 yaşdan sonra qadınların hormonları "balanslaşdırmaq" üçün mütləq oyandıqdan sonra bir saat ərzində yemək yeməl
13.08.2026 404 Allergiyadan astmaya aparan səbəblər: Kondisioner də nəfəs yollarını zədələyir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında tənəffüs yolları xəstəliklərindən danışılıb. Tənəffüs yolları xəstəlikləri hansı qruplara bölünür?. Ən çox rast gəlinən problemlər hansılardır?. Tənəffüs yolları xəstəliklərinin səbəbləri nələrdir?. Hava çirkliliyi ağciyərlərə necə təsir edir?. Siqareti
01.08.2026 361 Saçların sağlam uzanmasını dəstəkləyən 16 qida
Mütəxəssislər bildirirlər ki, saçların sağlamlığı orqanizmin qəbul etdiyi qida maddələri ilə sıx bağlıdır. Qaynarinfo xəbər verir ki, "Prevention" nəşrinin yazdığına görə, yaş artdıqca saçların tökülməsi və nazikləşməsi daha çox müşahidə olunsa da, düzgün qidalanma bu prosesi ləngitməyə v
10.08.2026 449 Arıqlamaq üçün az yemək şərt deyil: diyetoloq sirri açıqladı
Daha çox qida qəbul etmək istəyən, lakin eyni zamanda arıqlamağı hədəfləyən şəxslərə tövsiyələr verilib. Ölkə.az xəbər verir ki, bu barədə diyetoloq Eliza Harlou Yahoo-ya müsahibəsində danışıb. Mütəxəssisin sözlərinə görə, bunun üçün rasiona böyük həcmdə, lakin aşağı kalorili qidalar daxil etmək lazımdır
13.08.2026 469 Günəş hər kəsdə D vitaminini artırmır
Yayda günəş işığının D vitamini çatışmazlığını aradan qaldırdığı düşünülsə də, yeni araşdırma bunun hər kəs üçün doğru olmadığını göstərib. Axşam.az xəbər verir ki, bu barədə "ScienceAlert" məlumat yayıb. Nyukasl Universitetinin alimləri 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədə
01.08.2026 314 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər - Mühüm xəbərdarlıq
"Boynu xarakterik xırtıltı səsi gələnə qədər kəskin şəkildə fırlatmaq vərdişi onurğa arteriyasının zədələnməsinə və nadir hallarda işemik insultun yaranmasına səbəb ola bilər". xəbər verir ki, bunu "İzvestiya"ya rusiyalı nevroloq Aleksandr Tkaçyov deyib. Mütəxəssisin sözlərinə görə
02.08.2026 379 Yayda hər şey yemək olmaz
Yay mövsümünün gəlişi ilə hava temperaturunun yüksəlməsi orqanizmin maye tələbatını artırır və qidalanma vərdişlərinə təsir edir. Axşam.az xəbər verir ki, dietoloq yay aylarında ağır və yağlı qidalardan uzaq durmağı tövsiyə edib. Qış aylarında daha çox üstünlük verilən yüksək kalorili yeməklərin əvəzin
16.08.2026 426 Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? - Kardioloqlardan açıqlama
Kardioloqlar Lu Çen və Kevin Heder insanın ürəyinin bəzən gecələr niyə güclü döyündüyünü izah ediblər. xəbər verir ki, mütəxəssislər "Prevention" nəşrinə müsahibələrində gecə saatlarında sürətli ürək döyüntüsünün səbəblərindən danışıblar. Lu Çenin sözlərinə görə, gecələr sürətli ürək döyüntüsün
15.08.2026 202