Həkimdən xəbərdarlıq: Bəzi eynəklər gözünüzü məhv edə bilər

Həkimdən xəbərdarlıq: Bəzi eynəklər gözünüzü məhv edə bilərHəkim-oftalmoloq Darya Orlova ultrabənövşəyi (UV) filtri olmayan gün eynəklərinin göz sağlamlığı üçün ümumiyyətlə eynək taxmamaqdan daha təhlükəli olduğunu açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Regions.ru nəşri məqalə dərc edib.

Həkimin sözlərinə görə, tünd linzalar özlüyündə gözləri qorumur. Eynəklərdə UV filtri yoxdursa, onlar yalnız qaraltma effekti yaradır. Nəticədə göz bəbəyi genişlənir və daha çox ultrabənövşəyi şüa gözə daxil olur.

D.Orlovanın açıqlamasına əsasən, bu zaman mənfi təsir əsasən torlu qişaya və göz bülluruna yönəlir. Bu isə gözlərin ciddi zədələnməsi riskini əhəmiyyətli dərəcədə artırır.

Keyfiyyətsiz plastikdən hazırlanan və optik təhriflərə malik linzalar problemi daha da ağırlaşdırır. Belə linzalar göz əzələlərini normadan artıq yükləyərək onların tez yorulmasına səbəb olur.

Mütəxəssis qoruyucu gün eynəklərinin yalnız ixtisaslaşmış optika mağazalarından alınmasını tövsiyə edir. Şübhə yarandığı halda eynəyin qoruyucu xüsusiyyətlərini spektrometr adlanan xüsusi cihaz vasitəsilə yoxlamağın mümkün olduğunu bildirib.

Orlova vurğulayıb ki, gün eynəyi yalnız aksesuar deyil, həm də göz xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayan tibbi vasitədir. Xüsusilə, günəş şüalarının daha güclü əks olunduğu su hövzələri, çimərliklər və dağlıq ərazilərdə qoruyucu gün eynəklərindən istifadə mütləqdir.

Həkim həmçinin xatırladıb ki, ultrabənövşəyi şüalar buludlu havada da təsirini saxlayır. Məhz buna görə də gündüz saatlarında açıq havada olarkən keyfiyyətli, UV filtrli gün eynəklərindən istifadə edilməlidir. UV filtrli kontakt linzalar isə ənənəvi gün eynəklərinin təmin etdiyi tam qorunmanı əvəz edə bilmir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 306   Tarix: 05 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkimdən xəbərdarlıq: Bəzi eynəklər gözünüzü məhv edə bilər

Həkim-oftalmoloq Darya Orlova ultrabənövşəyi (UV) filtri olmayan gün eynəklərinin göz sağlamlığı üçün ümumiyyətlə eynək taxmamaqdan daha təhlükəli olduğunu açıqlayıb. xəbər verir ki, bu barədə nəşri məqalə dərc edib. Həkimin sözlərinə görə, tünd linzalar özlüyündə gözləri qorumur. Eynəklərdə UV filtr

05.07.2026 306
.

Bu əşyaları blokun qapısına qoymaq olmaz

Çoxmənzilli binaların giriş hissəsi və pilləkən meydançaları bəzi sakinlər tərəfindən əlavə saxlanc yeri kimi istifadə olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, ümumi istifadədə olan bu ərazilərdə bəzi əşyaların saxlanılması həm qanunvericiliyin, həm də yanğın təhlükəsizliyi qaydalarının pozulmas

12.07.2026 292
.

Kondisionerdən istifadə zamanı elektrik xərcini azaltmaq üçün TÖVSİYƏLƏR

Yay istisində kondisionerlərdən istifadə artır, lakin bununla yanaşı elektrik enerjisi xərcləri də yüksəlir. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yüksək ödənişlərin səbəbinin hər zaman tariflər olmadığını deyirlər. Çox vaxt problem kondisionerdən düzgün istifadə edilməməsi ilə bağl

12.07.2026 368
.

Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət

Həkimlər xəbərdarlıq edirlər ki, barmaqların hərəkətində yaranan bəzi dəyişikliklər təhlükəli xroniki xəstəliyin ilk əlamətlərindən biri ola bilər. Mütəxəssislərin sözlərinə görə, barmaqları tam açmaqda çətinlik, ağrı və onların ovuc istiqamətində öz-özünə bükülməsi gizli şəkərli diabetdən xəbər ver

12.07.2026 301
.

Övladlarına bu adları qoyanlar SONRADAN PEŞMAN OLURLAR

"Ad insanın şəxsiyyətinin formalaşmasına, özünəinamına və cəmiyyət tərəfindən necə qəbul olunmasına müəyyən mənada təsir göstərə bilər". Bu barədə -a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva deyib. "Valideynlə

12.07.2026 348
.

"WhatsApp"da MÖHTƏŞƏM YENİLİK! Doğum günlərində sizə GÖRÜN NƏ GÖNDƏRƏCƏK...

Dünyanın ən populyar mesajlaşma platformalarından olan "WhatsApp" istifadəçilərin yaxınlarının doğum günlərini qaçırmaması üçün yeni bildiriş funksiyası üzərində işləyir. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, tətbiq istifadəçilərin kontakt siyahısındakı şəxslərin yaxınlaşa

11.07.2026 501
.

"Netflix" ənənəvi televiziya bazarına çıxmaq niyyətindədir

"Netflix" fasiləsiz canlı yayımlar vasitəsilə xətti telekanallar və janr kanalları yaratmaq imkanını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb. Məlumata görə, şirkətin rəhbər heyəti bu planları son illik strateji toplantısında müzakir

12.07.2026 257
.

Niyə tez-tez eyni yuxuları görürük? - Yıxılmaq, qaçmaq və...

Bəzən insanlar eyni yuxunu dəfələrlə görürlər. Kimisi yuxuda hündürlükdən yıxılır, kimisi imtahana gecikir, dişlərinin töküldüyünü və ya uçduğunu görür. Mütəxəssislər bildirirlər ki, bu cür təkrarlanan yuxular təsadüfi deyil və insanın psixoloji vəziyyəti ilə bağlı müəyyən mesajlar daşıya bilər. xaric

12.07.2026 264
.

Mağazalarda yumurtalar niyə soyuducuda saxlanılmır?

Bir çox insan mağazadan aldığı yumurtaları evə çatan kimi soyuducuya yerləşdirir. Maraqlıdır ki, supermarketlərdə isə yumurtalar əksər hallarda adi rəflərdə, otaq temperaturunda satılır. Bəs bu, məhsulun keyfiyyətinə və təhlükəsizliyinə təsir edirmi?. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, mağazad

12.07.2026 234
.

TOP MP3