Dünyadakı son bitkilərin nə vaxt yox olacağı hesablandı
Alimlərin apardığı yeni araşdırma Yer üzündə bitki həyatının nə vaxta qədər davam edə biləcəyini müəyyənləşdirib. Üçölçülü iqlim modellərinə əsaslanan hesablamalara görə, planetimizdəki son bitki növləri təxminən 1,87 milyard il sonra yox olacaq.
"Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Geophysical Research: Atmospheres" jurnalında dərc olunub.
Astrobioloq Ceykob Haqq-Misra və iqlimşünas Erik Volf növbəti iki milyard il ərzində Yerin iqlimində baş verəcək dəyişiklikləri modelləşdiriblər.
Alimlərin proqnozuna görə, bu müddətdə Günəş təxminən 20 faiz daha parlaq olacaq. Nəticədə ya həddindən artıq istilik bitki örtüyünü məhv edəcək, ya da atmosferdə karbon qazının azalması bitkilərin yaşamasını mümkünsüz edəcək.
Tədqiqatda vurğulanır ki, Yerin ümumi biokütləsinin təxminən 80 faizini təşkil edən bitkilərin taleyi atmosferdəki karbon qazının səviyyəsi və qlobal temperaturun dəyişməsindən asılı olacaq.
Araşdırma çərçivəsində iki fərqli ssenari nəzərdən keçirilib. Birinci ssenaridə karbonun udulması güclü olur, temperatur nisbətən sabit qalsa da, atmosferdə karbon qazı sürətlə azalır. Bu halda bitkilər karbon çatışmazlığı səbəbindən təxminən 1,84 milyard il sonra məhv olur.
İkinci ssenaridə isə karbon qazı səviyyəsi sabit qalır, lakin qlobal orta temperatur 65 dərəcə Selsiyə yüksəlir. Bu şəraitdə qurudakı son bitkilərin təxminən 1,87 milyard il sonra yox olacağı hesablanıb. Alimlərin sözlərinə görə, bu müddət Yer okeanlarının buxarlanaraq tamamilə yox olması üçün tələb olunan vaxtla, demək olar ki, üst-üstə düşür.
Tədqiqat müəllifləri qeyd edirlər ki, bu hesablamalar müasir bitki növlərinin indiki xüsusiyyətlərini qoruyacağı fərziyyəsinə əsaslanır. Onların fikrincə, gələcəkdə bitkilərin təkamül yolu ilə dəyişməsi və ya inkişaf etmiş texnologiyaların tətbiqi bu müddəti uzada bilər.
Ehtimal edilir ki, gələcəkdə bitkilər dəyişən iqlim şəraitinə uyğunlaşaraq daha yüksək hündürlüklərdə yaşaya və ya insanlığın Günəş radiasiyasını azaltmağa yönəlmiş texnologiyaları Yer kürəsinin daha uzun müddət yaşanılan qalmasına kömək edə bilər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 729 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPələng onunla video çəkmək istəyən bloqeri parçaladı
Pakistanda "TikTok" üçün video çəkmək istəyən 19 yaşlı gənc pələngin hücumuna məruz qalaraq həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, faciə Lahor şəhəri yaxınlığında yerləşən vəhşi heyvanların yetişdirildiyi fermada baş verib. Məlumata görə, fermada çalışan 19 yaşlı gənc "TikTok"
15.11.2026 349 Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. BİG.AZ fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14.11.2026 480 Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
Arılar qışda 35 dərəcə şaxtaya baxmayaraq sağ qala bilirlər. Bunun üçün onlar bədənlərində istilik yaradan xüsusi üsuldan istifadə edirlər. xarici mediaya istinadən xəbər verir ki, yay aylarında hər yerdə rast gəldiyimiz arılar və eşşəkarıları havalar soyuyan kimi sanki birdən-birə yoxa çıxırlar. Laki
15.11.2026 306 Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13.11.2026 508 Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12.11.2026 513 Turlar.AZ - Xarici Turlar
saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço
14.11.2026 744 Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14.11.2026 288 Honkonqlu milyarderin varisi nəvəsi rusiyalı modellə evlənir
Honkonqun nüfuzlu biznes ailəsinin varisi, 43 yaşlı Erik Fokun 29 yaşlı rusiyalı model Narana Erdıneyeva ilə evlənəcəyi iddia olunur. Axşam.az xəbər verir ki, Çin mediasında cütlüyün qonaqlara göndərdiyi bildirilən toy dəvətnaməsinin fotosu yayılıb. Məlumata görə, toy dekabrın 12-də Honkonqdakı beşulduzl
16.11.2026 571 Dünyanın ən qəribə qadağaları açıqlandı
Dünyanın müxtəlif ölkələrində tətbiq olunan bəzi qanunlar eşidənləri təəccübləndirir. Gündəlik həyatda tamamilə adi hesab edilən davranışlar bəzi ölkələrdə cəriməyə, hətta hüquqi məsuliyyətə səbəb ola bilər. Saqqız çeynəməkdən tutmuş göyərçin bəsləməyə, ev heyvanlarının tək saxlanılmasına qədər fərql
13.11.2026 415