İti görmənin sirri açıldı: Hər şey ana bətnində başlayır
A vitamini insan orqanizmində təkcə immunitet və dəri sağlamlığı üçün deyil, həm də görmə qabiliyyətinin formalaşmasında mühüm rol oynayır.
Alimlərin son araşdırması göstərib ki, bu vitaminin törəmələri insanın hələ ana bətnində olarkən iti mərkəzi görməsinin yaranmasına birbaşa təsir edir.
BAKU.WS-in məlumatına görə, araşdırmanın nəticələri Science Daily nəşrində dərc olunub.
Tədqiqat zamanı müəyyən edilib ki, tor qişanın mərkəzində yerləşən və dəqiq görməyə cavabdeh olan hüceyrələrin inkişafı əvvəllər düşünüldüyü kimi baş vermir. Əvvəlki elmi yanaşmaya görə, mavi rəngi qəbul edən işığahəssas hüceyrələr (kolbacıqlar) əvvəlcə tor qişanın mərkəzində yaranır, daha sonra isə digər nahiyələrə doğru hərəkət edir.
Lakin yeni araşdırma göstərib ki, bu hüceyrələr yerini dəyişmir. Əksinə, inkişafın müəyyən mərhələsində onların bir hissəsi qırmızı və yaşıl rəngləri qəbul edən hüceyrələrə çevrilir.
Alimlərin məlumatına görə, hamiləliyin 10-12-ci həftələri arasında tor qişanın ən dəqiq görməyə cavabdeh hissəsində əvvəlcə az sayda mavi kolbacıq yaranır. Təxminən 14-cü həftədən etibarən isə bu hüceyrələr tədricən qırmızı və yaşıl kolbacıqlara çevrilir.
Bu dəyişiklik iki mərhələdə baş verir. İlk mərhələdə A vitamini ilə əlaqəli olan retinoik turşunun səviyyəsi azalır və nəticədə yeni mavi kolbacıqların yaranması məhdudlaşır. Daha sonra isə qalxanabənzər vəz hormonları qalan mavi hüceyrələrin qırmızı və yaşıl hüceyrələrə çevrilməsini təmin edir.
Tədqiqatın rəhbəri, Cons Hopkins Universitetinin biologiya üzrə dosenti Robert Conston bildirib ki, tor qişanın mərkəzində mavi kolbacıqların qalması görmə keyfiyyətinin zəifləməsinə səbəb ola bilər.
Alimlər hesab edirlər ki, bu kəşf gələcəkdə görmə itkisi ilə müşayiət olunan göz xəstəliklərinin müalicəsi üçün yeni yanaşmaların hazırlanmasına kömək edə bilər.
Xatırladaq ki, oftalmoloqlar daha əvvəl də gündəlik həyatda rast gəlinən bəzi vərdişlərin görmə qabiliyyətinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYayda hər şey yemək olmaz
Yay mövsümünün gəlişi ilə hava temperaturunun yüksəlməsi orqanizmin maye tələbatını artırır və qidalanma vərdişlərinə təsir edir. Axşam.az xəbər verir ki, dietoloq yay aylarında ağır və yağlı qidalardan uzaq durmağı tövsiyə edib. Qış aylarında daha çox üstünlük verilən yüksək kalorili yeməklərin əvəzin
16.08.2026 426 Dişləri saraldan qidalar açıqlandı: Siyahıda gözlənilməz məhsullar var
Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb. Karla Fornasın sözlərinə görə, qəhvə, çay və tütün adətən dişlərin ağlığını itirməsini
23.08.2026 184 Arıqlamaq üçün az yemək şərt deyil: diyetoloq sirri açıqladı
Daha çox qida qəbul etmək istəyən, lakin eyni zamanda arıqlamağı hədəfləyən şəxslərə tövsiyələr verilib. Ölkə.az xəbər verir ki, bu barədə diyetoloq Eliza Harlou Yahoo-ya müsahibəsində danışıb. Mütəxəssisin sözlərinə görə, bunun üçün rasiona böyük həcmdə, lakin aşağı kalorili qidalar daxil etmək lazımdır
13.08.2026 469 Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
Avokado sağlam yağları və lifləri ilə tanınır, lakin omeqa-3 baxımından zəngin qida sayılmır. Mütəxəssislər onun omeqa-3 mənbələri ilə birlikdə qəbul edilməsini tövsiyə edirlər. BİG.AZ -a istinadla xəbər verir ki, bunun üçün gündəlik qidalanmaya 4 sadə qida əlavə etmək olar:. Somon - avokado ilə sala
20.08.2026 380 Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı
Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib. "Qafqazinfo" xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərli ola biləcəyini vurğulayıb. "Banan təmiz fruktozadan ibarətdir. Yetişmiş bi
19.08.2026 389 Kimlər aclığa dözə bilmir? - Həkimdən məsləhət
Maqnezium çatışmazlığı və qanda şəkəri aşağı olan qadınlar qısa müddətli aclığa belə dözməkdə çətinlik çəkirlər. Onlarda daha tez zəiflik və qıcıqlanma, əsəbilik yaranır. BİG.AZ xəbər verir ki, bunu məşhur endokrinoloq Natalya Tananakina bildirib. O qeyd edib ki, bədənləri enerji mənbəyi kimi qlükozan
17.08.2026 316 Sağlamlığın qorunması üçün ən yaxşı üsul: "Göy qurşağı diyeti"
Mümkün qədər uzun müddət sağlam qalmaq üçün müəyyən qidalanma rejiminə riayət etmək vacibdir. -ın xəbərinə görə, bu barədə diyetoloq Pablo Oxeda "ABC" nəşrinə müsahibəsində danışıb. O, özünü yaxşı hiss etmək üçün ən yaxşı diyeti açıqlayıb. Pablo Oxedanın sözlərinə görə, sağlamlığı qorumaq üçü
14.08.2026 369 Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Dünya miqyasında xərçəng hallarının sayının artması bir daha erkən diaqnozun və bədənin incə xəbərdarlıq əlamətlərinin düzgün şərh edilməsinin vacibliyini vurğulayır. Məşhur inancın əksinə olaraq, xərçəng növləri həmişə ağır simptomlarla qəfildən ortaya çıxmır. Alimlər vurğulayırlar ki, bədəndə həftələrl
02.08.2026 474 COVID-19-un mənşəyi ilə bağlı yeni iddialar yayıldı
Ağ Ev COVID-19-un mənşəyi ilə bağlı yeni materiallar yayımlayıb. xəbər verir ki, sənəddə koronavirusun laboratoriya mənşəli ola biləcəyi iddiasına yer verilib. ABŞ administrasiyasının rəsmi internet saytında dərc olunan hesabatda bildirilir ki, virusun bəzi xüsusiyyətləri təbii ştammlarda nadir hallard
01.08.2026 385