Niyə amerikalılar yumurtanı soyuducuda saxlayır, avropalılar isə yox?
ABŞ və Avropa arasındakı kulinariya mədəniyyəti fərqləri həmişə maraqlı olub. Ancaq iki qitə arasındakı əsl böyük ayrılıq damaq dadında deyil, mətbəx təhlükəsizliyi qaydalarındadır. Bir amerikalı supermarketdən aldığı yumurtanı düşünmədən soyuducuya qoyarkən, bir avropalı eyni yumurtanı mətbəx piştaxtasının üzərində, otaq temperaturunda həftələrlə saxlaya bilir. Üstəlik, bu, sadə bir şəxsi seçim və ya vərdiş deyil; arxasında milyard dollarlıq nəhəng qida tənzimləmələri və bioloji mübarizə dayanır.
Milli.Az xəbər verir ki, ABŞ-də qida təhlükəsizliyi qanunları ticari yumurta istehsalçılarının yumurtaları satışa təqdim etməzdən əvvəl məcburi şəkildə yumasını və sterilizasiya etməsini şərt qoyur. Yumurtalar əvvəlcə ilıq suyla yuyulur, daha sonra isə, ümumiyyətlə, qida sinfinə aid yüngül xlor məhlulu ilə dezinfeksiya edilir. Bu aqressiv təmizliyin tək bir məqsədi var: Qida mənşəli təhlükəli zəhərlənmələrə yol açan Salmonella enteritidis bakteriyasını məhv etmək. Salmonella, toyuğun yoluxması halında yumurtanın içinə təbii olaraq yerləşə biləcəyi kimi, qumeslərdəki gigiyenik olmayan şəraitdə toyuğun nəcisindən qabığa da bulaşa bilir.
Amerika metodu bakteriyaları öldürməkdə son dərəcə effektivdir, ancaq ölümcül bir yan təsiri vardır: Yuma prosesi, yumurta qabığının ən xaricindəki tamamilə orqanik və mikro qoruyucu bir təbəqə olan kutikülü (yumurta zarı) qaçılmaz olaraq soyub atır. Kutikül yumurtanı xaricdən gələcək bakteriyalara qarşı polad jilet kimi qoruyan təbii bir baryerdir. Bu təbəqə məhv olduğunda, yumurta gələcəkdəki bütün bakteriya hücumlarına tamamilə açıq və müdafiəsiz qalır. Bu səbəbdən, yuyulmuş bir Amerika yumurtasını təhlükəsiz tutmağın tək yolu, Salmonellanın böyüməsini əngəlləmək üçün onu istehsaldan istehlaka qədər (daşınma, market və ev daxil) fasiləsiz olaraq soyuducuda saxlamaqdır. Soyuducudan çıxan bir Amerika yumurtası, otaq temperaturunda iki saatdan çox qalarsa, bakteriya istehsal etməyə başlayır.
Avropa Birliyi və İngiltərə qida orqanları isə Salmonella probleminə tamamilə zidd bir pəncərədən yanaşır: Riski yumurtada deyil, birbaşa qaynağında (toyuqda) həll etmək. Avropadakı ticari toyuq sürüləri, mütəmadi olaraq Salmonella testlərindən keçirilir və toyuqlar bu bakteriyaya qarşı peyvənd olunur. Qumeslərdə bioloji təhlükəsizlik və heyvan rifahı standartları o qədər yüksəkdir ki, yumurtanın daha yumurtlanma anında çirklənmə ehtimalı minimuma endirilir. Əgər bir sürüdə Salmonella aşkar edilərsə, o yumurtaların süfrəlik olaraq çiy satılması qanuni olaraq qadağan edilir; ancaq pasterizasiya texnikaları ilə bakteriyalardan təmizlənərək sənaye sousu və ya işlənmiş qida hazırlanmasında istifadə edilə bilər.
Avropada yumurtaların fabrikdə yuyulması qətiyyən qadağandır. Beləliklə, yumurtalar, təbiətin onlara bəxş etdiyi qoruyucu kutikül təbəqəsini itirmirlər. Qabığdakı bu zireh pozulmadığı üçün xaricdən içəriyə bakteriya sızması qeyri-mümkündür. Nəticə olaraq, avropalı istehlakçıların yumurtanı soyuducuya qoymasına ehtiyac qalmır; təbii qoruma mexanizmi sayəsində yumurtalar mətbəx piştaxtasında, otaq temperaturunda etibarlı şəkildə təravətini qoruyur.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 314 Tarix: 11 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO
İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin
16.09.2021 3201 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554