Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT
Yay mövsümünün ən sevilən meyvələrindən biri olan qarpız həm sərinləşdirici, həm də vitaminlərlə zəngin olması ilə seçilir. Lakin bazarda və ya marketdə şirin və yetişmiş qarpız seçmək hər zaman asan olmur. Bir çox insan qarpızı döyərək səsinə görə seçim etsə də, mütəxəssislər bunun ən etibarlı üsul olmadığını bildirirlər. Yetişmiş və dadlı qarpızı müəyyən etməyə kömək edən bir neçə əsas əlamət var.
Sarı ləkəyə diqqət yetirin
Qarpızın qabığında görünən açıq rəngli "torpaq ləkəsi" onun yetişmə zamanı torpaqla təmasda olan hissəsidir.
Bu ləkənin rəngi qarpızın yetişmə dərəcəsi haqqında məlumat verir:
Krem rəngli və ya tünd sarı ləkə qarpızın tam yetişdiyini göstərən ən yaxşı əlamətlərdən biridir. Ağ və ya çox solğun sarı ləkə isə meyvənin vaxtından əvvəl yığıldığını göstərə bilər. Tünd sarı və ya narıncı çalara yaxın ləkə də əksər hallarda normal yetişmə əlaməti sayılır.
Yetişmiş qarpız adətən öz növünə uyğun dairəvi və ya oval, simmetrik formaya malik olur. Qabığında iri çatlar, dərin əziklər və digər zədələr olmamalıdır. Bununla belə, forma təkbaşına qarpızın şirin olacağına zəmanət vermir. Seçim edərkən digər əlamətləri də birlikdə qiymətləndirmək lazımdır.
Qabığın rəngi çox şey deyir
Qarpızın qabığı mat görünüşlü olmalıdır. Mat tünd yaşıl rəng meyvənin yetişdiyini göstərən əsas əlamətlərdən hesab edilir. Parlaq və həddindən artıq işıldayan qabıq isə çox vaxt qarpızın tam yetişmədiyini göstərir. Belə qarpızların içi daha sulu və az şirin ola bilər. Zolaqlı növlərdə tünd və açıq zolaqların bir-birindən aydın seçilməsi də müsbət əlamət sayılır.
Qabığın sərtliyini yoxlayın
Yaxşı qarpızın qabığı möhkəm, hamar və elastik olur. Yumşaq, basılmış və ya zədələnmiş hissələr meyvənin xarab olmağa başladığını göstərə bilər.
Qarpızı kəsdikdən sonra isə içinin sıx, şirəli və xırtıldayan olması onun təzə olduğunu göstərir. Əgər ləti un kimi ovulan, həddindən artıq yumşaq və ya selikli görünürsə, bu, artıq yetişmə və ya xarab olma əlaməti ola bilər.
Sapına diqqət yetirin
Qarpızın sapı da onun yetişməsi haqqında məlumat verir. Quru və qəhvəyi rəngli sap meyvənin təbii şəkildə yetişdikdən sonra yığıldığını göstərir və bu, müsbət əlamət hesab olunur. Yaşıl sap isə qarpızın vaxtından əvvəl yığıldığını göstərə bilər. Bununla belə, bəzi hallarda bu, sadəcə meyvənin yeni dərildiyini ifadə edir. Buna görə sapın rəngini digər əlamətlərlə birlikdə qiymətləndirmək daha doğru olar.
Şirin və yetişmiş qarpız seçmək üçün onu döyməkdən daha çox görünüşünə diqqət yetirmək lazımdır. Krem rəngli torpaq ləkəsi, mat qabıq, simmetrik forma, möhkəm qabıq və quru sap birlikdə qarpızın yetişdiyini göstərən ən etibarlı əlamətlər hesab olunur.
/lent.az
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 770 Tarix: 11 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQarpızı dondurmaq olar? - Düzgün üsul
Bir çox insan yay mövsümündən qalan qarpızı qış üçün dondurmağın düzgün olub-olmadığını düşünür. Mütəxəssislər bildirirlər ki, qarpızı dondurmaq mümkündür, lakin bu, onun quruluşunu əhəmiyyətli dərəcədə dəyişir. xəbər verir ki, dondurulmuş qarpız qida dəyərini itirmir və sağlamlıq üçün təhlükəli olmur
09.08.2026 267 Tezbazar.Az - Hobbi və asudə, istirahət və əyləncə elanları
ın Hobbi və Asudə bölməsi hər kəs üçündür! Çünki hobbisi olmayan insan yoxdur. Hobbi asudə vaxtlarında etdiyin və ondan zövq aldığın məşğuliyyət deməkdir. Hobbilər müxtəlifdir: kimisi səyahət etməyi xoşlayır, kimisi velosiped sürməyi, kimisə kitab oxumağı, kimisi isə ova və ya balıq tutmağa getməyi
14.08.2026 915 Maqnitlər soyuducunu xarab edir və işıq pulunu artırır? - Mütəxəssislər mifləri dağıtdı
Bir çox insan səyahətlərdən gətirdiyi və ya hədiyyə aldığı suvenir maqnitlərlə soyuducunun qapısını bəzəyir. Lakin illərdir bu adi aksessuarlarla bağlı müxtəlif iddialar səsləndirilir. Bəziləri maqnitlərin soyuducunun elektronikasına zərər verdiyini, digərləri isə elektrik sərfiyyatını artırdığını düşünür
16.08.2026 254 Mürəbbənin şəkərlənməməsi üçün nə etməli? - Bıçağın ucunda əlavə etmək kifayətdir
Evdə hazırlanan mürəbbənin bir neçə aydan sonra qatılaşıb şəkər kristalları ilə örtülməsi tez-tez rast gəlinən problemdir. Bəzən mürəbbə o qədər bərkiyir ki, qaşıqla götürmək belə çətinləşir. xəbər verir ki, bir çoxları bunun mürəbbənin həddindən artıq bişirilməsi ilə bağlı olduğunu düşünür. Lakin əsa
16.08.2026 187 Turlar.AZ - Ucuz turlar, tur paketlər
Turizm elanları saytı ilin istənilən fəslində səyahət həvəskarlarını sevindirir!. Əksər insanlar çox vaxt, xüsusən də yay vaxtı gedə biləcəkləri maraqlı yer axtarışına çıxırlar. Məkanı müəyyənləşdirdikdən sonra isə ora necə getməyi, hansı yolla biletlərin daha ucuz başa gəlməsini araşdırırlar. Səyahə
18.08.2026 162 Orqanizminizdə iltihab varsa qəhvə için
Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. BİG.AZ xəbər verir ki, alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvənin tərkibindəki bəzi birləşmələr orqanizmin stress reaksiyasında rol oynayan "NR4A1"
17.08.2026 271 Avqustda MÜTLƏQ ALIN - Sonra tapmayacaqsınız
Yay mövsümünün son ayı olan avqust meyvə və tərəvəz bolluğu ilə seçilir. Məhz bu dövrdə bir çox məhsul süni yetişdirmə üsullarına ehtiyac olmadan, təbii şəraitdə yetişərək bazarlara çıxarılır. Mövsümündə yığılan məhsullar həm daha dadlı, həm də vitamin və mineral baxımından daha zəngin olur. Mütəxəssislə
09.08.2026 545 Yutub pul qazanmaq şərtlərini sərtləşdirir
Yutub məzmun yaradıcılarının reklam və premium abunə gəlirlərindən pay əldə etməsi üçün tələb olunan baxış hədlərini artırır. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar Yutub Tərəfdaş Proqramına daxil olaraq reklam və Yutub Premium gəlirlərindən pay almaq istəyən yeni yaradıcıları əhatə edəcək
12.08.2026 371 Çölə 12 min ton portağal qabığı tökdülər - 16 il sonra gördükləri MƏNZƏRƏ HEYRƏTLƏNDİRDİ
Kosta-Rikada kənd təsərrüfatı tullantılarının təbiətə faydalı şəkildə qaytarılması məqsədilə həyata keçirilən qeyri-adi layihə 16 il sonra gözlənilməz nəticə verib. BİG.AZ " "a istinadla xəbər verir ki, hadisə 1997-ci ildə Kosta-Rikanın Quanakaste Milli Parkında baş verib. Ekoloqlar Danie
16.08.2026 463