Bir-iki fincan, ya daha çox? - Həkim qəhvənin qan təzyiqini kəskin artıran miqdarını açıqlayıb
Qəhvənin orqanizmə təsiri onun istehlak miqdarından birbaşa asılıdır.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı kardioloq və tibb elmləri namizədi Valentina Baydina Lenta.ru nəşrinə verdiyi müsahibədə danışıb.
Həkim orqanizmə mənfi təsir göstərə biləcək qəhvə miqdarını açıqlayıb. Valentina Baydina bildirib ki, çox miqdarda - gündə iki-üç fincandan artıq qəhvə içmək qan təzyiqinin kəskin yüksəlməsinə və nəbzin sürətlənməsinə səbəb ola bilər. O, həmçinin xəbərdarlıq edib ki, stres və ya yuxusuzluq fonunda kofeinlə siqaretin birlikdə qəbulu xüsusi təhlükə yaradır: bu, qaçılmaz olaraq qan təzyiqinin kəskin artmasına və taxikardiyaya gətirib çıxarır.
Valentina Baydina qeyd edib ki, dərman qəbul edən hipertoniklər qan təzyiqləri stabil olduğu halda gündə bir fincan orta tündlükdə qəhvə içə bilərlər:
"Əgər səhər qan təzyiqi göstəriciləri bir qədər yüksək olursa və gün ərzində normala qayıdırsa, o zaman qəhvəni günün ikinci yarısına keçirmək olar. Eyni zamanda, qəhvəni südlə içmək daha məqsədəuyğundur: süd içkini durulaşdırır və qan damarlarına olan sərt təsirini azaldır", - deyə həkim məsləhət görüb.
Valentina Baydina əlavə edib ki, nəzarət olunmayan hipertoniyası olanlar, tez-tez təzyiqi yüksələnlər və ürək döyüntüsü sürətli olan insanlar qəhvədən tamamilə imtina etsələr, daha yaxşı olar. Həkim onu da izah edib ki, atmosfer təzyiqinin dəyişməsi səbəbindən sağlamlıq göstəricilərinin qeyri-sabit olduğu yaz və payız aylarında xüsusilə ehtiyatlı olmaq lazımdır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30.10.2026 1005 Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
25.10.2026 903 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 1053 Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28.10.2026 1036 AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 895 Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video
"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl
17.10.2026 950 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 654 Yumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17.10.2026 919 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 752