Sağlam olmayan münasibətlərin 7 gizli əlaməti - Psixoloq açıqladı

Sağlam olmayan münasibətlərin 7 gizli əlaməti - Psixoloq açıqladıAmerikalı psixoloq Mark Trevers (Mark Travers) diqqətdən yayınan, lakin münasibətin sağlam olmadığını göstərən yeddi əsas əlaməti sadalayıb.

Qaynarinfo-nun məlumatına görə, CNBC-də dərc olunan məqaləsində Trevers bildirib ki, bir çox insan aylarla, hətta illərlə sağlam olmayan münasibətlərdə qalır. Onlar hisslərinin əsaslı olub-olmadığına şübhə edir, vəziyyəti şişirtdiklərini düşünür və münasibətə son qoymaq qərarını verməkdə tərəddüd edirlər.

Psixoloqun sözlərinə görə, münasibətin sağlam olmadığını göstərən əsas əlamətlər bunlardır:

* Münaqişələr hörmətsizlik və alçaldıcı davranışla nəticələnir. Araşdırmalar göstərir ki, tərəfdaşlardan birinin digərinə qarşı davamlı nifrət və ya hörmətsizlik nümayiş etdirməsi ayrılıq riskini artıran ən güclü amillərdən biridir.

* Bir tərəf israr edir, digəri isə geri çəkilir. Psixologiyada "tələb-uzaqlaşma" modeli kimi tanınan bu davranış formasında tərəflərdən biri problemi müzakirə edib həll yolu tapmağa çalışır, digəri isə söhbətdən yayınır, mövzunu dəyişir və ya problemi tamamilə görməzlikdən gəlir.

* Özünüzü daim ehtiyatlı davranmağa məcbur hiss edirsiniz. Sağlam olmayan münasibətdə insan dediyi hər sözü ölçüb-biçir, vacib mövzuları gündəmə gətirməkdən çəkinir və münaqişədən yayınmağa çalışır.

* Nəzarət sevgi adı altında təqdim olunur. Tərəfdaşın hər zaman harada olduğunuzu bilməyə çalışması, telefonunuza çıxış tələb etməsi, müstəqilliyinizi məhdudlaşdırması və sizi yaxın çevrənizdən tədricən uzaqlaşdırması təhlükəli siqnallar hesab olunur.

* Hər problemdə günahkar siz olursunuz. Sağlam münasibətdə məsuliyyət tərəflər arasında bölüşdürülür. Əksinə, bütün problemlərə görə yalnız bir tərəfin günahlandırılması münasibətin qeyri-sağlam olduğunu göstərir.

* Aqressiya adi hala çevrilib. Aqressiya yalnız fiziki zorakılıqla məhdudlaşmır. O, verbal, emosional və psixoloji formada da özünü göstərə bilər.

* Öz şəxsiyyətinizi itirməyə başlayırsınız. Münasibəti qorumaq naminə hobbilərinizdən, maraqlarınızdan, məqsədlərinizdən və şəxsi inkişafınızdan imtina etməyiniz təhlükəli əlamət sayılır.

Trevers vurğulayıb ki, ideal münasibətlər mövcud deyil. Lakin bu davranış nümunələrindən bir neçəsi davamlı şəkildə müşahidə olunursa və ya zaman keçdikcə daha da güclənirsə, vəziyyətə ciddi yanaşmaq və zərurət yarandıqda psixoterapevtə müraciət etmək məqsədəuyğundur.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 770   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30.10.2026 1005
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

25.10.2026 903
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1036
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 895
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17.10.2026 950
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 654
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17.10.2026 919
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 752
.