Qələmin dəyəri dəyişmir - KÖŞƏ YAZISI
Bəzi peşələr var ki, onların əhəmiyyətini yalnız cəmiyyət üçün gördüyü işlə ölçmək olar. Jurnalistika da məhz belə peşələrdəndir. Bu peşə illər keçsə də, texnologiyalar dəyişsə də öz mahiyyətini itirmir. Çünki insanların doğru xəbərə, etibarlı məlumata ehtiyacı heç vaxt bitmir.
Azərbaycan milli mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin böyük cəsarətlə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə tarixə qədəm qoydu. O dövrdə məqsəd təkcə qəzet çıxarmaq deyildi. Məqsəd insanları maarifləndirmək, cəmiyyətdə düşünən fərdlər yetişdirmək, sözün gücünü göstərmək idi. Aradan bir əsrdən çox vaxt keçsə də, həmin missiya bu gün də aktuallığını qoruyur.
İndi xəbər əvvəlkindən qat-qat sürətlə yayılır. Telefonu əlinə alan hər kəs bir məlumat paylaşa bilir. Amma hər paylaşım xəbər, hər yazan isə jurnalist olmur. Jurnalistikanı fərqləndirən əsas cəhət məsuliyyətdir. Hər cümlənin arxasında araşdırma, dəqiqləşdirmə və vicdan dayanır. Elə buna görə də peşəkar medianın dəyəri zaman keçdikcə daha aydın görünür.
Bu peşə bayramı münasibətilə təkcə tanınmış jurnalistləri deyil, kameranın arxasında çalışan operatoru, gecə növbəsində xəbəri redaktə edən əməkdaşı, hadisə yerinə ilk çatan reportyoru, bir sözlə, medianın görünən və görünməyən bütün zəhmətkeşlərini xatırlamaq lazımdır. Çünki oxucunun bir neçə dəqiqəyə oxuduğu xəbərin ərsəyə gəlməsi üçün bəzən saatlar, hətta günlərlə zəhmət çəkilir.
22 İyul sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün Azərbaycan mətbuatının keçdiyi yolu xatırlamaq, bu peşəyə xidmət edən insanlara təşəkkür etmək üçün gözəl fürsətdir. Çünki güclü mətbuat yalnız jurnalistlərin deyil, bütövlükdə cəmiyyətin qazancıdır.
Milli Mətbuat Günü münasibətilə ömrünü bu peşəyə həsr edən bütün media nümayəndələrini səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm can sağlığı, tükənməz enerji, qələmlərinə qüvvət və yeni yaradıcılıq uğurları arzulayıram. Həqiqətin izi ilə gedən qələm heç vaxt tükənməsin.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 747 Tarix: 22 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNiyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera
11:57 222 İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı
10:51 156 Saleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
17:45 135 50 yaşına qədər öləcəyini bilən, evlilikdən qaçan bəstəkar
O, qeyri-adi geyimləri, özünəməxsus danışıq tərzi, fərqli səhnə davranışı və mahnıları ilə Azərbaycan şou-biznesinin ən çox diqqət çəkən simalarından birinə çevrilmişdi. Onu digərlərindən fərqləndirən təkcə səsi deyildi. Bəstələr yazır, verilişlər aparır, yeni layihələr hazırlayırdı. Tamaşaçı qarşısınd
20:00 55 ABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır
Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə
13:34 233 Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
17:51 172 Qəhvə beyinə necə təsir edir? Yeni kəşf
Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund
16:21 239 Limit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib
Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektro
17:59 139 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
13:06 310