Satışdakı sular nə dərəcədə təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Satışdakı sular nə dərəcədə təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon illər evlərə və ofislərə çatdırılan qablaşdırılmış içməli suya tələbat xeyli artsa da, istehlakçılar arasında bu məhsulların keyfiyyəti ilə bağlı narahatlıqlar da səngimir. Bəzi vətəndaşlar aldıqları suların dad və keyfiyyət baxımından adi kran suyundan fərqlənmədiyini iddia edir, hətta bazarda satışda olan bəzi suların sağlamlıq üçün yararlı olub-olmaması barədə suallar səsləndirilir. Mütəxəssislərin illər əvvəl səsləndirdiyi "satışda olan suların yalnız az bir hissəsi içməyə yararlıdır" fikri də bu müzakirələri yenidən gündəmə gətirib.

Bəs həqiqətən bazarda satılan bütün qablaşdırılmış sular eyni keyfiyyətdə deyilmi? İstehlakçılar su alarkən hansı məqamlara diqqət yetirməli, keyfiyyətli məhsulu necə seçməlidirlər?
Satışdakı sular nə dərəcədə təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, İçməli su seçərkən əsas meyar brendin tanınmış olması deyil, suyun təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməsidir. Onun sözlərinə görə, bazarda həm təbii bulaq suları, həm mineral sular, həm də təmizlənərək qablaşdırılmış içməli sular satılır: "Hər bir məhsul müvafiq standartlara uyğun istehsal olunmalı və mütəmadi laboratoriya nəzarətindən keçməlidir. "Satışda olan suların yalnız bir-ikisi içməyə yararlıdır" kimi ümumi fikir elmi baxımdan təsdiqlənmiş fakt kimi qəbul edilə bilməz. Əgər hər hansı məhsulun təhlükəsizlik tələblərinə cavab vermədiyi müəyyən olunarsa, bunu yalnız rəsmi nəzarət orqanlarının laboratoriya nəticələri əsasında söyləmək mümkündür. Buna görə də bütün qablaşdırılmış suları eyni şəkildə qiymətləndirmək düzgün yanaşma deyil.

Vətəndaşlar su alarkən ilk növbədə qablaşdırmanın bütöv olmasına, qapağın açılmamış vəziyyətdə olmasına, istehsal və son istifadə tarixinə, istehsalçı haqqında məlumatların tam göstərilməsinə və etiketdə suyun növünün (təbii bulaq suyu, mineral su və ya təmizlənmiş içməli su) qeyd edilməsinə diqqət etməlidirlər. Su günəş şüaları altında və yüksək temperaturda saxlanılıbsa, belə məhsulu almaq məsləhət görülmür. Həmçinin suyun dadında, qoxusunda və ya şəffaflığında dəyişiklik hiss edilərsə, ondan istifadə edilməməlidir.

Xüsusilə evlərə və ofislərə çatdırılan 19 litrlik suların qablarının təmizlənməsi və dezinfeksiyası da böyük əhəmiyyət daşıyır. Etibarlı şirkətlər dövri olaraq qabları xüsusi üsullarla yuyur və dezinfeksiya edir. Buna görə də istehlakçılar etibarlı, fəaliyyəti məlum olan və keyfiyyətə nəzarət sisteminə malik istehsalçılara üstünlük verməlidirlər. Bu yanaşma təhlükəsiz içməli su seçimi baxımından ən doğru seçim hesab olunur.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 843   Tarix: 24 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır

Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə

13:34 229
.

Limit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektro

17:59 64
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

14:15 232
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 219
.

Prezidentdən "ADEX 2026"nın iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətd

11:14 178
.

İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il

13:33 385
.

Əxlaqın Örtüyü Olmaz

Günlərdir birja üzərindən ortaya atılan iddialar və bu iddialar ətrafında aparılan müzakirələr gündəmin əsas mövzularından biridir. İddiaların hüquqi və siyasi tərəfi, əlbəttə, ayrıca müzakirə edilməli, sənədlər ortaya qoyulmalı və əgər məsuliyyət varsa, hüquq qarşısında müəyyən edilməlidir. Lakin bütü

09:58 162
.

İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı

10:51 155
.

Niyə yadplanetlilər Yerə hücum etmir?

Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric

19:15 1
.