"ABŞ-Rusiya münasibətlərinin yaxın perspektivdə tam normallaşması real görünmür" - BƏHRUZ QULİYEV

"ABŞ-Rusiya münasibətlərinin yaxın perspektivdə tam normallaşması real görünmür" - BƏHRUZ QULİYEV"ABŞ ilə Rusiya arasında münasibətlər uzun illərdir ki, strateji rəqabət müstəvisində formalaşır və hazırkı mərhələdə də bu xəttin qısa müddətdə dəyişəcəyini gözləmək doğru olmaz. Sergey Lavrovla Marko Rubionun görüşü, ilk növbədə, tərəflər arasında dialoq kanallarının açıq saxlanılması baxımından əhəmiyyətlidir. Belə görüşlər münasibətlərin normallaşdığı anlamına gəlmir. Əksinə, böyük dövlətlər ən gərgin dövrlərdə belə təmasları davam etdirirlər ki, mümkün riskləri idarə edə və birbaşa toqquşma ehtimalını minimuma endirə bilsinlər." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"ABŞ-Rusiya münasibətlərinin yaxın perspektivdə tam normallaşması real görünmür" - BƏHRUZ QULİYEVEkspert bildirib ki, NATO sammitindən sonra ABŞ-ın Ukraynaya hərbi və maliyyə dəstəyini artırması Vaşinqtonun strateji kursunda ciddi dəyişiklik olmadığını göstərdi. ABŞ Rusiyanın Ukraynadakı hərbi imkanlarını məhdudlaşdırmaq siyasətini davam etdirir. Digər tərəfdən, Rusiyanın İranla hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığını davam etdirməsi, bəzi media orqanlarında Moskvanın Tehrana kəşfiyyat məlumatları ötürdüyü barədə iddiaların yayılması da onu göstərir ki, tərəflər danışıqlar aparsalar da, öz geosiyasi maraqlarından geri çəkilmirlər. Belə xəbərlərin bir hissəsi rəsmi şəkildə təsdiqlənməsə də, ümumi mənzərə dəyişmir. Belə görünür ki, hər iki dövlət paralel olaraq həm dialoq aparır, həm də rəqabət siyasətini davam etdirir.

"Hesab edirəm ki, ABŞ-Rusiya münasibətlərinin yaxın perspektivdə tam normallaşması real görünmür. Ən çox ehtimal olunan ssenari "idarə olunan rəqabət" modelidir. Yəni tərəflər bir-birinə qarşı siyasi, iqtisadi və hərbi təzyiq alətlərindən istifadə edəcək, eyni zamanda müəyyən məsələlər üzrə danışıqları da davam etdirəcəklər. Strateji sabitlik, nüvə təhlükəsizliyi, regional münaqişələr və məhbus mübadiləsi kimi mövzularda dialoq mümkündür, lakin Ukrayna məsələsində fundamental fikir ayrılığı qalmaqdadır.

Buna görə də Lavrov-Rubio görüşünü ABŞ-Rusiya münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirmək düzgün olmaz. Bu, daha çox gərginliyin idarə olunmasına xidmət edən diplomatik təmasdır. Hazırkı beynəlxalq reallıq göstərir ki, Vaşinqton da, Moskva da qarşı tərəfin mövqeyini dəyişməkdən daha çox, öz strateji maraqlarını maksimum dərəcədə təmin etməyə çalışır.

Düşünürəm ki, yaxın dövrdə ABŞ və Rusiya arasında münasibətlərdə müəyyən taktiki yumşalmalar müşahidə oluna bilər. Lakin bu, strateji rəqabətin sona çatacağı anlamına gəlmir. Əksinə, dünya siyasətində formalaşan yeni güc balansı göstərir ki, dialoq və qarşıdurma bundan sonra da paralel şəkildə davam edəcək və beynəlxalq münasibətlər sisteminin əsas xüsusiyyətlərindən biri olaraq qalacaq." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 840   Tarix: 24 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır

Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə

13:34 229
.

Limit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektro

17:59 64
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

14:15 232
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 219
.

Prezidentdən "ADEX 2026"nın iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətd

11:14 178
.

İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il

13:33 385
.

Əxlaqın Örtüyü Olmaz

Günlərdir birja üzərindən ortaya atılan iddialar və bu iddialar ətrafında aparılan müzakirələr gündəmin əsas mövzularından biridir. İddiaların hüquqi və siyasi tərəfi, əlbəttə, ayrıca müzakirə edilməli, sənədlər ortaya qoyulmalı və əgər məsuliyyət varsa, hüquq qarşısında müəyyən edilməlidir. Lakin bütü

09:58 162
.

İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı

10:51 155
.

Niyə yadplanetlilər Yerə hücum etmir?

Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric

19:15 1
.