"Flora xanım səhhətinə görə təmtəraqlı yubiley təklifindən imtina etdi"
Xalq artisti Flora Kərimovanın 85 yaşı tamam olub. Sənətkarın yubileyi paytaxt restoranlarının birində yaxınlarının əhatəsində keçirilib.
Müğənni Rövşən Civişov Qaynarinfo-ya açıqlamasında bildirib ki, yubiley məclisi restoran sahibi tərəfindən Flora Kərimovaya hədiyyə edilib:
"Əslində restoran sahibi Flora Kərimovanın böyük pərəstişkarıdır. O, Flora xanımın yubileyinin daha təmtəraqlı keçirilməsini istəyirdi. Lakin Flora xanım səhhəti buna imkan vermədiyindən təklifi qəbul etmədi".
Rövşən Civişovun sözlərinə görə, məclisdə sənət dünyasından yalnız müğənni Rəqsanə İsmayılova iştirak edib:
"Rəqsanə xanım Flora Kərimovanı şəxsən təbrik etməyə gəlmişdi. Sağ olsun, Flora xanımın sənətinə olan böyük sevgisindən irəli gələrək bu özəl gündə onu tək qoymadı. Ümumilikdə isə mərasimdə yalnız ailə üzvləri yer alıb".
Rövşən Civişov bildirib ki, Flora Kərimovaya dövlət tərəfindən diqqət var:
"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir, hər zaman onun müalicəsinə dəstək olurlar. Bundan əlavə Mədəniyyət Nazirliyinin də Flora Kərimovaya böyük dəstəyi olub, həmişə onunla maraqlanırlar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 137 Tarix: 24 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"ABŞ-Rusiya münasibətlərinin yaxın perspektivdə tam normallaşması real görünmür" - BƏHRUZ QULİYEV
"ABŞ ilə Rusiya arasında münasibətlər uzun illərdir ki, strateji rəqabət müstəvisində formalaşır və hazırkı mərhələdə də bu xəttin qısa müddətdə dəyişəcəyini gözləmək doğru olmaz. Sergey Lavrovla Marko Rubionun görüşü, ilk növbədə, tərəflər arasında dialoq kanallarının açıq saxlanılması baxımında
13:04 329 Sabah da 39° isti olacaq
İyulun 25-də gözlənilən hava şəraiti açıqlnıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26 isti, gündüz 33-38 ist
12:56 316 Cəbrayılda traktorçu minaya düşdü
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində 2026-cı il iyulun 23-də mina partlayışı hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb. Bildirilib ki, Cəbrayıl rayon
23.07.2026 443 Buraxılış imtahanında 1472 nəfərin 0 bal toplaması nə ilə bağlıdır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Buraxılış imtahanlarının nəticələri ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Açıqlanan statistikaya əsasən, 1472 abituriyent imtahanda 0 bal toplayıb. Bu göstərici həm valideynlər, həm də təhsil ictimaiyyəti arasında suallar yaradıb. Bəs yüzlərlə şagirdin sıfır nəticə göstərməsinin əsas səbəbi nədir?
12:50 355 Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Rusiyanın neft emalı zavodlarına (NEZ) Ukraynanın endirdiyi zərbələrdən sonra rəsmi Moskva Hindistanda öz neftindən istehsal olunan benzini idxal etməyə başlayıb. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Financial Times nəşri yayıb. Məlumata görə, Rusiyaya Hindistanın Vadinar neft emalı zavodunda
23.07.2026 479 İran ABŞ-ın Küveytdəki hərbi bazasını vurduğunu açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Küveytdə yerləşən hərbi obyektinə zərbə endirildiyini bəyan edib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, hücum zamanı ABŞ-ın Əl-Ədiri hərbi bazasında silah-sursat və hərbi texnikanın saxlanıldığı üç anqar, həmçini
15:33 125 "Xanımlar, kişilərin arxasınca qaçmayın"
"Doğulduğum mühit, ailəm və kasıbçılıq məni bir qərar almağa vadar etdi. Özümə söz verdim ki, böyüyəndə çox yaxşı həyatım olacaq, varlı olacağam, ailəmə və ətrafımdakı insanlara kömək edəcəyəm. Niyyət etdim və istədiyim həyata nail oldum". Axşam.az xəbər verir ki, bu sözləri keçmiş model, sosia
11:28 391 Fransada meşə yanğınları geniş əraziləri külə döndərib, Aİ-dən yardım istənilib
Fransada davam edən meşə yanğınları nəticəsində indiyədək təxminən 50 min hektar ərazi yanaraq məhv olub. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, ölkənin mülki təhlükəsizlik üzrə baş direktoru Jülyen Marion bildirib ki, Fransa son illərin ən ağır yanğın mövsümlərindən birini yaşayır. Onun sözlərin
15:25 134 Pakistanda kamikadze hücumu: Ölən və yaralananlar var
Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik postuna təşkil edilən kamikadze hücumu çoxsaylı itkilərlə nəticələnib. Məlumata görə, partlayıcı maddələrlə doldurulmuş avtomobil təhlükəsizlik postunun yaxınlığında partladılıb. Güclü partlayış nəticəsində post tamamilə dağılıb. BİG.A
15:44 130