Ağaclara və evlərə zərərvericilər daraşıb - Rəsmi açıqlama
Lənkəranda ağaclara kütləvi şəkildə zərərvericilər daraşıb.
Bununla bağlı "Qafqazinfo"ya müraciət edən rayon sakinləri bildirib ki, onlar bütün ağacları kökündən yeyir və təsərrüfata ziyan vurur.
Vətəndaşlar qeyd edirlər ki, həmin ağ rəngli həşəratlar ağaclardan əlavə, evlərin divarlarına da daraşırlar. Bunun qarşısını almaq üçün vətəndaşlar həyətlərindəki tut və ərik ağaclarını kəsirlər.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə (KTN) sorğu ünvanladıq. Bildirilib ki, son günlər Lənkəran rayonu ərazisindəki ağaclarda müşahidə edilən zərərvericilərlə bağlı vətəndaşların narahatlığı barədə məlumatlar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin nəzarətindədir: "Vətəndaşların şikayətlərində qeyd olunan, kütləvi şəkildə ağaclara və evlərin divarlarına yayılan zərərverici Amerika ağ kəpənəyidir (Hyphantria cunea). Bu zərərverici təhlükəli karantin tətbiq edilən növ olmaqla, polifaq xüsusiyyətə malikdir. Yəni, bir çox bitki növü ilə, xüsusən də tut, ərik, alma və digər meyvə-giləmeyvə ağacları, eləcə də bəzək bitkiləri ilə qidalanır. Hazırda bölgədə müşahidə edilən vəziyyət Amerika ağ kəpənəyinin 2-ci nəslinin tırtıllarının inkişaf dövrünə təsadüf edir. Bu tırtıllar çox qısa müddətdə ağacların yarpaqlarını tora bürüyərək tamamilə yeyir.
Bildirmək istəyirik ki, vətəndaşlar zərərvericidən xilas olmaq məqsədilə təşvişə düşərək tut, ərik və digər meyvə ağaclarını kəsməsinlər. Zərərvericilər hazırki dövrdə ağacların yaşıl kütləsi ilə qidalanaraq onlara ziyan vururlar. Bu zaman onlara qarşı ən əlverişli mübarizə üsulu zədələnmiş hissənin kəsib atılmasıdır, belə ki, həmin ağaclar növbəti ildə yenidən özlərini bərpa etmək potensialını qoruyub saxlayırlar".
Nazirlikdən qeyd edilib ki, zərərvericinin kütləvi yayılmasının qarşısının alınması məqsədilə mərkəz tərəfindən dövlət büdcəsi hesabına təxirəsalınmaz mübarizə tədbirləri həyata keçirilir: "Hazırda Lənkəran rayonunun Girdəni, İstisu və Vilvan kənd ərazilərində Amerika ağ kəpənəyinin 2-ci nəslinin tırtıllarına qarşı kənd təsərrüfatı sahələrində kimyəvi mübarizə işləri aparılır. Əlavə olaraq, Şirinsu, Port kəndləri və Liman şəhəri ərazilərində də kimyəvi mübarizə tədbirləri intensiv şəkildə davam edir. İşlərin miqyası nəzərə alınaraq mübarizə tədbirləri növbəti həftə ərzində də davam etdiriləcək. İndiyədək artıq 100 hektara yaxın ərazidə dərmanlama işləri icra olunub və ehtiyac yaranarsa bu tədbirlərin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılıb.
Əhaliyə bildiririk ki, Gələcəkdə ərazilərində bu cür kütləvi zərərverici hücumları və ya analoji hallarla qarşılaşdıqda dərhal Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə müraciət etsinlər. Müraciət əsasında mütəxəssislərimiz tərəfindən əraziyə operativ baxış keçiriləcək və müvafiq zərərsizləşdirmə tədbirlərinin görülməsi təmin ediləcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 693 Tarix: 24 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır
Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə
13:34 229 Limit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib
Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektro
17:59 64 Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
14:15 232 Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera
11:57 219 Prezidentdən "ADEX 2026"nın iştirakçılarına - Müraciət
Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətd
11:14 178 İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il
13:33 385 Əxlaqın Örtüyü Olmaz
Günlərdir birja üzərindən ortaya atılan iddialar və bu iddialar ətrafında aparılan müzakirələr gündəmin əsas mövzularından biridir. İddiaların hüquqi və siyasi tərəfi, əlbəttə, ayrıca müzakirə edilməli, sənədlər ortaya qoyulmalı və əgər məsuliyyət varsa, hüquq qarşısında müəyyən edilməlidir. Lakin bütü
09:58 162 İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı
10:51 155 Niyə yadplanetlilər Yerə hücum etmir?
Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric
19:15 1