"QoçƏt" biabırçılığı - İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

"QoçƏt" biabırçılığı - İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" marketlər şəbəkəsinə məxsus filialda baş verən son olay yerli istehlak bazarında qida təhlükəsizliyinin hansı acınacaqlı durumda olduğunu bir daha üzə çıxarıb. Tanınmış "QoçƏt" brendinə məxsus kolbasa məhsulunu alaraq evə aparmaq istəyən vətəndaş məhsulun paketini açan kimi yayılan dözülməz və kəskin üfunət qoxusundan şübhələnərək dərhal geri qayıdıb.

Marketin kassadakı satıcıları da məhsulun iylənmiş, köhnə və kiflənmiş olduğunu öz gözləri ilə görüb dərhal təsdiq etməyə məcbur qalıblar və alıcının haqlı etirazından sonra pulu geri qaytarıblar. Lakin məsələnin ən dəhşətli tərəfi odur ki, qablaşdırmanın üzərindəki istehsal və istifadə tarixi hələ iyulun 17-ni göstərməsinə, yəni məhsulun hələ bir aylıq yararlılıq müddətinin qalmasına baxmayaraq, içindən zəhər saçan çürümüş kütlənin çıxması xüsusilə isti yay günlərində əhalinin sağlamlığına birbaşa təhlükə yaradır. İstehsal tarixi hələ qüvvədə ola-ola ət məhsulunun bu cür bərbad və xarab vəziyyətdə olması sadəcə fərdi məsuliyyətsizlik deyil, bütövlükdə ölkənin qida təhlükəsizliyi sisteminə və istehlakçı hüquqlarına vurulan ağır zərbədir.
"QoçƏt" biabırçılığı - İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sərbəst ekspert Samir Fərəcov qeyd edib ki, üzərində hələ yararlılıq müddətinin bitdiyini göstərən tarix olduğu halda ət və kolbasa məhsullarının kəskin üfunət iyi verməsi və xarab olması ya saxta markalanmanın, ya da anbar və daşınma zamanı soyuq zəncir qaydalarının kobud şəkildə pozulmasının açıq sübutudur: "İsti yay günlərində ət məhsulları mikroorqanizmlərin inkişafı üçün ən əlverişli mühitdir və düzgün saxlanılmadıqda bir neçə saata ölümcül zəhərlənmə mənbəyinə çevrilir. Əgər 'QoçƏt' kimi tanınmış brendin məhsulu hələ vaxtı bitmədən bu cür çürüyürsə, deməli, ya məhsulun istehsal tarixi saxtalaşdırılaraq yenidən paketlənib, ya da ticarət obyektləri onu saxlama rejiminə zərrə qədər riayət etmədən piştaxtaya düzüblər. Belə halların cəzasız qalması sabah məktəblərin, bağçaların və sadə vətəndaşların stoluna gələn bu cür qidalar vasitəsilə kütləvi zəhərlənmə dalğalarına səbəb ola bilər".

Onun sözlərinə görə, AQTA və digər nəzarət qurumları bu cür hallara qarşı yalnız şikayət əsasında deyil, qabaqlayıcı sərt reydlərlə cavab verməlidir: "Marketlərin soyuducu sistemlərinin işləkliyini yoxlamadan, məhsulların logistika zəncirini izləmədən istehlakçını bu cür təhlükə ilə baş-başa qoymaq yolverilməzdir. 'QoçƏt' rəhbərliyi də öz növbəsində həmin partiyanın bazar necə çıxığını dərhal araşdırmalı, ictimaiyyətə açıqlama verməlidir, çünki bir brendin adı qazanılana illər gedir, lakin belə bir biabırçılıq isə həmin etimadı bir anda yerlə-yeksan edir. Vətəndaşlarımıza isə tövsiyə edirik ki, xüsusilə yay mövsümündə aldıqları ət və kolbasa məhsullarının yalnız tarixinə deyil, qoxusuna, rənginə və qablaşdırmasının bütövlüyünə həssaslıqla diqqət etsinlər, çünki heç bir şikayət insan sağlamlığından və həyatından qiymətli ola bilməz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 841   Tarix: 24 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır

Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə

13:34 229
.

Limit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektro

17:59 64
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

14:15 232
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 219
.

Prezidentdən "ADEX 2026"nın iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətd

11:14 178
.

İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il

13:33 385
.

Əxlaqın Örtüyü Olmaz

Günlərdir birja üzərindən ortaya atılan iddialar və bu iddialar ətrafında aparılan müzakirələr gündəmin əsas mövzularından biridir. İddiaların hüquqi və siyasi tərəfi, əlbəttə, ayrıca müzakirə edilməli, sənədlər ortaya qoyulmalı və əgər məsuliyyət varsa, hüquq qarşısında müəyyən edilməlidir. Lakin bütü

09:58 162
.

İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı

10:51 155
.

Niyə yadplanetlilər Yerə hücum etmir?

Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric

19:15 1
.