Ailəsinin bütün pulunu plastik əməliyyata xərcləyən Sara prosedur zamanı ÖLDÜ
Kolumbiyada bir qadın ailəsinin illərlə topladığı bütün vəsaiti plastik əməliyyata xərclədikdən sonra əməliyyat zamanı vəfat edib.
Oxu.Az bu barədə "Need to Know" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Kolumbiyanın 31 yaşlı sakini Sara Milena Eçeverriya Alsendra əməliyyat otağına daxil olduqdan bir neçə saat sonra plastik əməliyyat zamanı dünyasını dəyişib. Onun həyat yoldaşı Karlos bildirib ki, Sara tamamilə sağlam olub, bütün zəruri tibbi müayinələrdən keçib və illərdir bu əməliyyata hazırlaşırdı.
Ərinin sözlərinə görə, onlar liposaksiya və döş böyütmə əməliyyatı üçün uzun müddət pul yığıblar. Ümumilikdə əməliyyat və sonrakı müalicə xərcləri 20 min ABŞ dollarından çox olub və bu, ailənin bütün yığımı idi.
Əməliyyatdan əvvəl həkimlər pasiyentə arıqlamağı tövsiyə ediblər. Sara beş ay ərzində diyetoloqun nəzarəti altında ciddi qidalanma və məşq proqramına əməl edərək 30 kiloqramdan çox çəki atıb. Bundan sonra o, hemoqlobin səviyyəsinin artırılması üçün müalicə də daxil olmaqla, kompleks tibbi müayinələrdən keçib və əməliyyata icazə alıb.
Əməliyyatın təxminən yeddi saat davam edəcəyi planlaşdırılırdı. Lakin prosedur başlayandan cəmi iki saatdan bir qədər çox vaxt keçdikdən sonra Karlos həyat yoldaşının vəfat etdiyi barədə məlumat alıb.
Onun sözlərinə görə, həkimlər ölümün səbəbi ilə bağlı ailəyə aydın izahat verməyiblər. Yaxınları iddia edirlər ki, əvvəlcə onlara qadının ürəyinin əməliyyat başlamazdan əvvəl dayandığı bildirilsə də, cəsədi gördükdən sonra cərrahi müdaxilənin artıq həyata keçirildiyi qənaətinə gəliblər.
Hadisə ilə bağlı Kolumbiya Prokurorluğu araşdırmalara başlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 803 Tarix: 25 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır
Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə
13:34 229 Limit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib
Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektro
17:59 64 Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
14:15 232 Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera
11:57 219 Prezidentdən "ADEX 2026"nın iştirakçılarına - Müraciət
Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətd
11:14 178 İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il
13:33 385 Əxlaqın Örtüyü Olmaz
Günlərdir birja üzərindən ortaya atılan iddialar və bu iddialar ətrafında aparılan müzakirələr gündəmin əsas mövzularından biridir. İddiaların hüquqi və siyasi tərəfi, əlbəttə, ayrıca müzakirə edilməli, sənədlər ortaya qoyulmalı və əgər məsuliyyət varsa, hüquq qarşısında müəyyən edilməlidir. Lakin bütü
09:58 162 İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı
10:51 155 Niyə yadplanetlilər Yerə hücum etmir?
Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric
19:15 1