Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb - Elmdə ilk

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb - Elmdə ilkABŞ-nin Minnesota Universitetinin alimləri ilk dəfə olaraq ayrı-ayrı bioloji komponentlərdən canlı hüceyrənin xüsusiyyətlərinə malik sintetik hüceyrə yaratmağa nail olub.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar sıfırdan yaradılan bu hüceyrəyə "SpudCell" adını verib.

"SpudCell" hələlik tam canlı orqanizm olmasa da, artıq əsl hüceyrənin bir sıra əsas funksiyalarını yerinə yetirməyə qadirdir və qidalanmaq, böyümək və bölünmək qabiliyyətinə sahibdir.

Layihə rəhbəri, bioloq Keyt Adamala "SpudCell"i karyerasının ən mühüm işi adlandırıb. Onun sözlərinə görə, tədqiqatın əsas məqsədi həyatın mövcudluğunun fundamental prinsiplərini başa düşməkdir. Adamala vurğulayıb ki, müasir elm artıq genetik kodu oxumağı bacarır, lakin ayrı-ayrı molekullardan funksional hüceyrənin məhz necə yarandığını elə də yaxşı anlaya bilmir.
Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb - Elmdə ilkOnu da qeyd edək ki, "SpudCell" təxminən 150-200 molekuldan ibarətdir. Adi canlı hüceyrə isə özündə milyardlarla molekul ehtiva edə bilər. Hüceyrənin təxminən hər 12 saatdan bir bölünməsi üçün alimlər onu əllə qidalandırmalı və təxminən 30°C temperatur şəraitində saxlamalı olurlar. Bununla yanaşı, "SpudCell" müstəqil şəkildə zülal istehsal etməyi bacarmır. Bu isə o deməkdir ki, sintetik hüceyrə insanlar tərəfindən daimi "qidalandırma" olmadan yaşaya bilməz.

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb - Elmdə ilkBu yenilik elm sahəsində çoxsaylı müzakirələrə səbəb olub. Hazırda bioloqların müzakirə etdiyi əsas sual isə "SpudCell"i ümumiyyətlə canlı adlandırmaq olarmı?"dan ibarətdir. Bu suala isə hələlik birmənalı və konkret cavab yoxdur.

Artıq qeyd etdiyimiz kimi, yeni yaradılan hüceyrə bəzi ən mühüm funksiyaları - daxili prosesləri dəstəkləməyi, enerjidən istifadə etməyi, böyüməyi və bölünməyi yerinə yetirməyə qadirdir. Lakin o, hələlik tamamilə müstəqil şəkildə mövcud ola bilməz. Məhz buna görə də bir çox alim "SpudCell"i yeni həyat formasının yaradılması kimi deyil, ciddi texnoloji irəliləyiş kimi qiymətləndirir.

Fotoda: Keyt Adamala

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb - Elmdə ilk


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 685   Tarix: 29 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29.09.2026 320
.

Rosatom rəhbəri Metsamor AES-in ilk ümumi sxemini Paşinyana təqdim edib

Rosatom-un baş direktoru Aleksey Lixaçev Metsamor Atom Elektrik Stansiyasının (AES) ilk ümumi sxeminin orijinalını Ermənistanın Baş naziri Nikol Paşinyana təqdim etdiyini açıqlayıb. xəbər verir ki, Lixaçevin sözləri "Sputnik Near Abroad"ın "Telegram" kanalında dərc olunub. "B

10:59 148
.

Süni intellekt bunu əvvəlcədən bilir: 10 gün ərzində…

ABŞ alimləri insanın nə vaxt uzun müddət hərəkətsiz qalacağını əvvəlcədən müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Mount Sinai Tibb Məktəbinin tədqiqatçıları 195 qadının fiziki aktivlik, ürək döyüntüsü və yuxu məlumatlarını geyilə bilən cihazla

16:03 45
.

Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA

"Səhər məktəbin qapıları açılır, uşaqlar siniflərə daxil olur, müəllim jurnalını götürüb dərsə başlayır. Lövhədə mövzu yazılır, dəftərlər açılır, suallar verilir, cavablar dinlənilir. Bir neçə saatdan sonra zəng çalır və uşaqlar evlərinə gedirlər. Ertəsi gün isə eyni mənzərə yenidən təkrarlanır"

11:44 182
.

Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır

Türkiyə və Azərbaycan Antalyada keçiriləcək COP31 ərəfəsində əməkdaşlığı daha da dərinləşdirir. Bakıda keçirilən görüşlər zamanı Sıfır Atıq Fondu "Sıfır Atıq" baxışını, resurslardan səmərəli istifadəni və dairəvi iqtisadiyyatı Türkiyənin iqlim gündəliyinin əsas elementləri kimi vurğulayıb

16:01 56
.

"The New York Times"ın top-meneceri güllələnib

"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli

29.09.2026 232
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 193
.

Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir

Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb

29.09.2026 227
.

Putindən limit qadağası: Azərbaycana təsir edəcək?

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar

13:47 226
.