Qida məhsullarındakı "E" kodları: Sağlamlığımıza təhlükə varmı?

Qida məhsullarındakı "E" kodları: Sağlamlığımıza təhlükə varmı?Mağaza rəflərində satılan bir çox qida məhsulunun etiketində "E" hərfi ilə başlayan müxtəlif kodlara rast gəlmək mümkündür. Bu işarələr məhsulun tərkibinə əlavə edilən rəngləyiciləri, konservantları, antioksidantları və digər qida əlavələrini ifadə edir.

İstehlakçıların əksəriyyəti bu kodların mənasını bilmədiyi üçün onların sağlamlığa təsiri ilə bağlı narahatlıq keçirir. Bəs "E" ilə işarələnən qida əlavələri nədir, hansıları təhlükəsiz hesab olunur, hansılarından isə ehtiyatlı olmaq lazımdır?
Qida məhsullarındakı "E" kodları: Sağlamlığımıza təhlükə varmı?Mövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, bir istehlakçı olaraq qida seçimi edərkən nisbətən az qatqılı məhsulları üstün tutmaq faydalı ola bilər. Onun sözlərinə görə, qida sənayesində qidalara müxtəlif təyinatlı qida qatqı maddələri əlavə olunur: "Rəngləndiricilər, dadlandırıcılar, rəf ömrünü uzatmaq üçün istifadə olunan maddələr, stabilizatorlar və başqa təyinatlarda qatqılar bunlara misaldır. Bu maddələr arasında sintetik azo-boyalar və bəzi kimyəvi tərkibli intensiv dadlandırıcılar həssas qruplar, xüsusən uşaqlar üçün nisbətən daha ciddi diqqət tələb edən qatqılar sırasındadır.

Qidaların vizual cəlbediciliyini artırmaq və maya dəyərini aşağı salmaq üçün əlavə edilən bu maddələri qruplaşdıra bilərik. İlk qrupa sintetik azo-rəngləndiricilər daxildir. E102, E110, E124, E129 buna misaldır. Məhsula canlı, iştahaaçıcı sarı, narıncı və qırmızı rənglər verirlər. Southampton Universitetinin araşdırması bu boyaların uşaqlarda hiperaktivliyə təsirini göstərdiyi üçün Avropa İttifaqı bu boyaları olan məhsullarda uşaqlarda fəaliyyət və diqqətə mənfi təsir göstərə bilər xəbərdarlığının yazılmasını məcburi edib. Bununla belə, EFSA və FDA kimi qurumlar bu əlaqəni qəti sübut kimi deyil, ehtiyat prinsipi əsasında nəzərə alınmalı məsələ kimi qiymətləndirir. Həmçinin həssas insanlarda allergik reaksiyalara səbəb ola bilərlər.

Digər qrupa süni dadlandırıcılar daxildir. Aspartam (E951) və acesulfam K (E950) buna misaldır . Şəkərsiz və dietik məhsullarda şəkərdən qat-qat artıq şirinlik təmin edirlər. Aspartam orqanizmdə fenilalaninə parçalanır ki, bu da fenilketonuriya xəstələri üçün ciddi, hətta təhlükəli səviyyədə risk yaradır. Buna görə də bu cür məhsulların üzərində xəbərdarlıq yazılması qanunla məcburidir.

Növbəti qrup ləzzət artırıcılardır. Bunlardan ən əsası mononatrium qlutamatdır (E621). Bu maddə dad reseptorlarını "aldadaraq" məhsulu daha dadlı göstərir. Çox yüksək dozalarda və ac qarına qəbul zamanı bəzi həssas şəxslərdə keçici narahatlıq yarada bilər.

Məhsulun tərkib bölməsinə baxarkən yalnız tanıdığımız maddələri deyil, E kodlarını da nəzərdən keçirmək faydalıdır. Xüsusilə uşaqlar üçün alınan qidalarda daha diqqətli olmalıyıq. Üzərində şəkərsiz yazılan hər məhsul avtomatik olaraq daha sağlam demək deyil. O, şəkər əvəzinə kimyəvi dadlandırıcılarla yüklənmiş ola bilər. Ümumi tövsiyə kimi, mümkün qədər yerli və mövsümi təbii qidalanmaya üstünlük vermək məqsədəuyğundur.

Bu qatqı maddələri, xüsusilə yüksək dozalarda və müntəzəm istehlak zamanı, uşaqlar, hamilə qadınlar və fenilketonuriya kimi xüsusi vəziyyəti olan şəxslər üçün nəzərə alınmalı amillərdir. Xroniki narahatlıqları olan şəxslərin bu barədə öz həkimi ilə məsləhətləşməsi və qida rasionunu mümkün qədər təbii xammallarla qurması faydalı ola bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 649   Tarix: 29 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29.09.2026 320
.

Rosatom rəhbəri Metsamor AES-in ilk ümumi sxemini Paşinyana təqdim edib

Rosatom-un baş direktoru Aleksey Lixaçev Metsamor Atom Elektrik Stansiyasının (AES) ilk ümumi sxeminin orijinalını Ermənistanın Baş naziri Nikol Paşinyana təqdim etdiyini açıqlayıb. xəbər verir ki, Lixaçevin sözləri "Sputnik Near Abroad"ın "Telegram" kanalında dərc olunub. "B

10:59 148
.

Süni intellekt bunu əvvəlcədən bilir: 10 gün ərzində…

ABŞ alimləri insanın nə vaxt uzun müddət hərəkətsiz qalacağını əvvəlcədən müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Mount Sinai Tibb Məktəbinin tədqiqatçıları 195 qadının fiziki aktivlik, ürək döyüntüsü və yuxu məlumatlarını geyilə bilən cihazla

16:03 45
.

Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA

"Səhər məktəbin qapıları açılır, uşaqlar siniflərə daxil olur, müəllim jurnalını götürüb dərsə başlayır. Lövhədə mövzu yazılır, dəftərlər açılır, suallar verilir, cavablar dinlənilir. Bir neçə saatdan sonra zəng çalır və uşaqlar evlərinə gedirlər. Ertəsi gün isə eyni mənzərə yenidən təkrarlanır"

11:44 182
.

Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır

Türkiyə və Azərbaycan Antalyada keçiriləcək COP31 ərəfəsində əməkdaşlığı daha da dərinləşdirir. Bakıda keçirilən görüşlər zamanı Sıfır Atıq Fondu "Sıfır Atıq" baxışını, resurslardan səmərəli istifadəni və dairəvi iqtisadiyyatı Türkiyənin iqlim gündəliyinin əsas elementləri kimi vurğulayıb

16:01 56
.

"The New York Times"ın top-meneceri güllələnib

"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli

29.09.2026 232
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 193
.

Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir

Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb

29.09.2026 227
.

Putindən limit qadağası: Azərbaycana təsir edəcək?

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar

13:47 226
.