Alimlər qədim adətin sirrini açıqladı: İnsanlar niyə ölülərini evdə dəfn edirdilər?

Alimlər qədim adətin sirrini açıqladı: İnsanlar niyə ölülərini evdə dəfn edirdilər?Min illər boyu dünyanın müxtəlif bölgələrində insanlar yaxınlarını qəbiristanlıqlarda deyil, yaşadıqları evlərin içində və ya həyətyanı sahəsində dəfn ediblər. Antropoloqların yeni araşdırması bu qədim ənənənin səbəblərini və onun niyə zamanla demək olar ki, tamamilə yoxa çıxdığını ortaya qoyub.

Qaynarinfo xəbər verir ki, "American Antiquity" jurnalında dərc olunan araşdırmaya görə, müasir cəmiyyətlərdə yaşayış məkanı ilə dəfn yerləri bir-birindən ayrılsa da, keçmişdə ev həm həyatın, həm də ölümün mərkəzi hesab olunurdu. Buna görə də bir çox qədim mədəniyyətlərdə insanlar ölülərini evlərin döşəməsinin altında, həyətlərdə və ya bağlarda dəfn edirdilər.

Belə dəfn nümunələrinə Mesopotamiya, Qədim Misir, Mərkəzi Amerika, eləcə də Afrika və Asiyanın müxtəlif bölgələrində rast gəlinib.

Araşdırmada Meksikanın El Palmillo arxeoloji abidəsi nümunə göstərilir. Burada ailə məzarlarının evlərin altındakı terraslarda yerləşdiyi, məzarlara girişin isə həyətlərdən olduğu müəyyən edilib.

Uzun illər alimlər hesab edirdilər ki, evdə dəfn ənənəsi insanların oturaq həyata keçməsi ilə bağlıdır. Bu nəzəriyyəyə görə, insanlar öz torpaqları üzərində hüquqlarını və ata-baba yurduna bağlılıqlarını nümayiş etdirmək üçün əcdadlarını evlərinin yaxınlığında dəfn edirdilər.

Lakin yeni tədqiqat bu fərziyyəni tam təsdiqləmir.

"Field Museum"un tədqiqatçısı Sabina Çveçek və həmkarları dünyanın müxtəlif bölgələrinə aid etnoqrafik və arxeoloji məlumatları təhlil ediblər. Onlar son bir neçə əsrə aid 60 müxtəlif cəmiyyət üzrə məlumatları araşdırıblar. Məlum olub ki, onların yalnız 12 faizində evdə və ya evin yaxınlığında dəfn ənənəsi qeydə alınıb.

Daha sonra alimlər min illər əvvələ aid 49 arxeoloji yaşayış məntəqəsini təhlil ediblər. Bu dəfə isə nəticə fərqli olub - araşdırılan məskənlərin 33 faizində evlərin daxilində və ya yaxınlığında məzarlar aşkarlanıb.

Tədqiqat müəlliflərinin fikrincə, bu ənənənin tədricən yox olmasının əsas səbəbi böyük dünya dinlərinin yayılması və müstəmləkəçilik dövründə baş verən mədəni dəyişikliklər olub.

Xristianlıq, islam və hinduizmin geniş yayılması ilə bir çox bölgədə yerli dəfn adətləri qəbiristanlıqlarda dəfn və ya kremasiya kimi yeni dini normalarla əvəzlənib. Müstəmləkəçilik isə yalnız yeni dini inanclar deyil, həm də hüquqi və inzibati qaydalar gətirərək qədim dəfn ənənələrinin sıradan çıxmasına səbəb olub.

Alimlər vurğulayırlar ki, dəfn mərasimləri təkcə ölən insanlara hörmətin ifadəsi deyil, həm də cəmiyyətlərin kimliyini, tarixi yaddaşını və mənsubiyyət hissini formalaşdıran mühüm mədəni elementdir.

Araşdırmaya görə, bu gün bizə adi görünən qəbiristanlıqlar əslində bəşər tarixində nisbətən yeni bir ənənədir. Min illər boyunca isə bir çox xalq üçün ölülərin evə yaxın dəfn olunması həyatın təbii bir hissəsi hesab edilirdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 807   Tarix: 30 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA

Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is

15:16 145
.

Əxlaqın Örtüyü Olmaz

Günlərdir birja üzərindən ortaya atılan iddialar və bu iddialar ətrafında aparılan müzakirələr gündəmin əsas mövzularından biridir. İddiaların hüquqi və siyasi tərəfi, əlbəttə, ayrıca müzakirə edilməli, sənədlər ortaya qoyulmalı və əgər məsuliyyət varsa, hüquq qarşısında müəyyən edilməlidir. Lakin bütü

09:58 161
.

Qızıl bazarlarında son vəziyyət

Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)

29.09.2026 242
.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

33 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayo

09:59 195
.

Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA

"Səhər məktəbin qapıları açılır, uşaqlar siniflərə daxil olur, müəllim jurnalını götürüb dərsə başlayır. Lövhədə mövzu yazılır, dəftərlər açılır, suallar verilir, cavablar dinlənilir. Bir neçə saatdan sonra zəng çalır və uşaqlar evlərinə gedirlər. Ertəsi gün isə eyni mənzərə yenidən təkrarlanır"

11:44 178
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 190
.

Makrondan etiraf: "Avropa özü bundan imtina etdi"

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas elementlərindən biri olub və Avropa özü bundan imtina edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron Madriddə keçirilən iqtisadi forumda deyib. "Bizim rəqabət qabiliyyəti və innovasiya ilə bağl

15:45 0
.

Ən faydalı bitki yağı - Zeytun deyil

Faydalı bitki yağlarından danışarkən adətən zeytun, kətan və ya balqabaq yağı yada düşür. Lakin mütəxəssislərin fikrincə, çox vaxt diqqətdən kənarda qalan raps yağı da gündəlik qidalanma üçün ən yaxşı seçimlərdən biri ola bilər. xarici mediaya istinadən xəbər verir ki, raps yağı yağ turşularının tərkibin

29.09.2026 262
.

Aİ-nin genişlənmə üzrə komissarı Ukraynanın maliyyə naziri ilə görüşüb

Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə görüşüb. APA xəbər verir ki, bu barədə Aİ rəsmisi "X" hesabında yazıb. Marta Kos Marçenko ilə görüşü zamanı Avropa İttifaqının Ukraynaya Dəstək Planı çərçivəsində Kiyevə daha 2.9 milyar

29.09.2026 219
.